Məhkəmə qərarları › İş №2(005)-2779/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2779/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2779/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi X6 və Cavabdeh, üçüncü şəxslər X8 və X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, üçüncü şəxslər X8, X9, X10, X11 cəlb edilməklə mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi, maneələrə son qoyulması və maddi zərərin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı, üçüncü şəxslər X8, X9, X10, X11 cəlb edilməklə mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi, maneələrə son qoyulması və maddi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış AN-1 seriyalı, ******* saylı, xx xxxx 2018-ci il tarixli ‘‘Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 16, 43 saylı mənzili almışdır. Mənzil halhazırda mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehdən mənzili alan zaman ondan xahiş etmişdir ki, bacısının əri X8 həmin mənzildə yaşayır və onlar başqa yerdə olan mənzillərini təmir edib iki ay müddətinə mənzili ona təhvil verəcəklər. İddiaçı onunla razılaşmışdır. Lakin müqavilənin bağlanmasından iki il keçməsinə baxmayaraq cavabdeh mənzili ona təhvil vermir, və orada yaşayan X2, arvadı X3, Hacıyev oğlanları X10 və X5 mənzilini tərk etmələrini dəfələrlə xahiş etsə də, onlar müxtəlif bəhanələrlə bundan boyun qaçırırlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Həmçinin ona məxsus Bakı şəhər, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 16, mənzil 43 yaşayış üçün təhlükəli vəziyyətdə olduğuna və istismar müddəti keçdiyinə görə “xxxxxxxxx” MMC ilə aralarında “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair” xx xxxx 2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzil boşaldığı gündən başlayaraq yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 650 (altı yüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqını “xxxxxxxxx” MMC-dən tələb etmək hüququ var. Lakin cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən mənzili boşaldıb ona təhvil vermədiyinə və mənzil də yaşayan üçüncü şəxslər mənzili tərk etmədiklərinə görə mənzili “xxxxxxxxx” MMC-yə təhvil verə bilmir və 3 otaqlı mənzil üçün aylıq 650 (altı yüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqından məhrum olmuşdur. Odur ki, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 16, 43 saylı mənzil orada yaşayan Fazil Nəriman oğlunun, arvadı X1, Hacıyev oğlanları X10 və X7 çıxarılması, Cavabdeh həmin mənzili ona təhvil verilməsi və ondan xx xxxx 2020-ci il tarixdən mənzil başaldılıb ona təhvil verilənədək 3 otaqlı mənzil üçün aylıq 650 (altı yüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqının tutulub ona verilməsi barədə məhkəmə qaydasında qərar qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 16, 43 saylı mənzili orada yaşayan Fazil Nəriman oğlunun, arvadı X1, oğlanları X10 və X7 çıxarılması, orada yerləşən əşyaların tam boşaldılaraq natura şəkilində ona təhvil verilməsi, mənzilin açarlarının Cavabdeh alınaraq ona təhvil verilməsi, mənzildən onun maneəsiz istifadə, sahiblik və digər hüquqlarımın həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh xx xxxx 2020-ci il tarixdən mənzilin başaldılıb ona təhvil verilənədək 3 otaqlı mənzil üçün aylıq 650 (altı yüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqının və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X12 məhkəmə iclasında cavabdeh və üçüncü şəxslərin ona məxsus mənzilinin avqust ayının 31-də boşaldıqlarını bildirdi və iddia ərizəsinin qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxslər X8 və X9 ayrı-ayrılıqda məhkəmə iclasında izahat verərək iddia tələbinin əsaasız olduğunu bildirərək rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 1 İddiaçı mülkiyyətinə keçmişdir. Həmin müqavilənin 11-ci bəndindən göründüyü kimi, satıcı daşınmaz əmlakı xx.xx.2018-ci il arixinədək alıcıya təhvil verməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan “xxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020ci il tarixli Qəzalı Vəziyyətdə olan Binanın Mülkiyyətçisinin Mənzilinin Sökülməsi və Yeni Mənzillə Təmin Edilməsinə dair Müqavilənin surətindən görünür ki, "Mülkiyyətçi" ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın "xxxxxxxxx“ MMC tərəfindən; sökülməsinə razılıq verir, "xxxxxxxxx" MMC isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada ’'Mülkiyyətçi“nin mülkiyyətində olan 3 otaqlı, ümumi sahəsi 62 kv.m (faktiki sahəsi .69,55 kv.m) olan mənzilin əvəzinə birgirişli 2 saylı binada yerləşən 3 otaqdan və bir mətbəxdən ibarət, ümumi sahəsi içdən içə hesablanmaqla 87,4 kv.m olan təmirli mənzili "Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş “xxxxxxxxx” MMC tərəfindəm məhkəməyə təqdim edilmiş məlumatdan müəyyən olur ki, iddiaçıya məxsus mənzil xx xxxxxx 2020-ci ildə MMC-nə təhvil verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; AzərbaycanRespublikasıMülkiMəcəlləsinin21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. HəminMəcəllənin21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. HəminMəcəllənin21.3-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışında hər iki tərəfin verdiyi izahatlarla müəyyən edilmişdir ki, üçüncü şəxslər sentyabr ayının əvvəlində mənzili təkr etmişlər. Bu səbəbdən məhkəmə iddia tələbinin onların mənzildən çıxarılması, mənzilin boşaldılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması hissəsində aktuallığını itirdiyni hesab edir. Bundan əlavə iddiaçının digər tələbi əldən çıxmış fayda - aylıq 650 manat kirayə pulunun müqavilə bağlandığı tarixdən mənzil boşaldılana və təhvil verilənə qədərki tarixədək cavabdehdən tutulmasıdır. Məhkəmə iddia tələbini bu hissədə əsaslı sayaraq təmin edilməsi qənaətinə gəlir. Belə ki, “xxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli Qəzalı Vəziyyətdə olan Binanın Mülkiyyətçisinin Mənzilinin Sökülməsi və Yeni Mənzillə Təmin Edilməsinə dair Müqaviləyə əsasən İddiaçı mənzili “xxxxxxxxx” MMC-yə təhvil verməlidir. Həmçinin “xxxxxxxxx” MMC mülkiyyətçini yeni mənzillə təmin edənə qədər aylıq 650 manat kirayə haqqını İddiaçı verməyi öhdəsinə götürmüşdür. Lakin mənzil cavabdeh tərəfindən avqust ayının sonlarında boşaldıldığından İddiaçı iyul və avqust ayları üçün nəzərdə tutulmuş kirayə pulunu ala bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının əldən çıxmış faydası- iki aylıq kirayə haqqı, yəni 1300 manat İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat əldən çıxmış fayda və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar