Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2782/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X13 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27 saylı evin 234 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27 saylı evin 234 saylı mənzili fərdi ev olmaqla, 1992-ci ildə valideynləri tərəfindən, o cümlədən onun və bacısının maliyyə yardımı ilə qardaşı, hazırkı iş üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. Valideynlərinin sağlığında bütün ailə firavan yaşamış, lakin anası və atası vəfat etdikdən sonra cavabdeh – qardaşı onu ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən çıxarmışdır. Cavabdeh ruhi xəstədir və ağır xasiyyətlidir, lakin hazırda kirayə yaşayır və ağır maddi durum yenidən çətin olsa da, yeganə yaşayış sahəsinə qayıtmaq məcburiyyətindədir. Cavabdeh Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, onun və ailə üzvlərinin yeganə yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılmasını tələb etmişdir. Nərimanov rayon İHB-nın 487 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə mənzil növbəsinə dayanmış və bu sərəncamla təsdiq olunur ki, valideynlərinin, bacısının və onun maliyyə vəsaiti hesabına alınmış daşınmaz əmlak onun və ailəsinin yeganə yaşayış sahəsidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o, 1997-ci ildən ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə qeydiyyatdadır. Atası 1998-ci ildə ölmüşdür. Mübahisəli mənzil orderli ev olmuş, həmin evi atasıgil 1992-ci ildə cavabdehin adına özəlləşdirmişlər. O, 1989-cu ildə ailə qurmuş və ərinin evinə gəlin köçmüş, Ağa Nemətulla küçəsi ev 50 ünvanında yaşamışdır. Sonradan yaşadıqları evi satmışlar, evi satdıqdan sonra atasıgilin evinə qeydiyyata düşmüşlər. Həyətdə bir otaq, hamam, tualet, mətbəx var idi. Ev yananda o, evi təmir etdirmək üçün usta gətirmiş, lakin qardaşı-cavabdeh buna icazə verməmişdir. Qızı epilepsiya xəstəsi olduğu üçün ev növbəsinə götürülmüşdür. O, qardaşına ona ünvan üzrə yataqxanadan ev verilməsini gözləməsini bildirsə də, qardaşı onun qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət etmişdir. Cavabdeh yanan evin yerində öz oğlu üçün ev tikmişdir. Həyətdə 3 ev var, o, həyətdə yerləşən otaqlardan birinə köçmək istəyir. Xırdalandakı ev qudasının evidir və həmin evdə yaşayır. Onun Azərbaycanda mülkü yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X22 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı onun baldızıdır. İddiaçının 1997-ci ilə qədər Nərimanov rayonunda evi olmuşdur. 1998-ci ildən onların evinə gəlmişlər. İddiaçı 2003-cü ildən, uşaqları isə 2005-ci ildən mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Qaynanası iddiaçının qardaşı-cavabdeh xəstə olduğu üçün onun yanında qalmasını bildirmişdir. Bir ay yanan evdə qaldıqdan sonra iddiaçı demişdir ki, evi satır. Bacısı həyətdəki evi satandan sonra iddiaçı da evi satmaq həvəsinə düşmüşdür, lakin anası qoymamışdır. Bundan sonra iddiaçı küsüb Türkiyəyə getmiş, 10-15 ildən sonra gəlib demişdir ki, ev onundur. İddiaçı iddia edir ki, mübahisəli ev onların ata evləridir. Bu yalandır. İddiaçının ata evi Zərdab rayonunun Alıcanlı kəndində olmuş, neçə illər orada yaşamışlar. İddiaçıgil səkkiz uşaq olublar, hamısı həmin evdə oxumuş, ailə quraraq ata evindən köçmüşlər. İddiaçı mübahisəli mənzilin onun vəsaiti hesabına alındığını iddia etsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Mənzil əri-cavabdeh X26 tərəfindən alınmış və onun adına çıxarış verilmişdir. Əri və oğlu xəstədir. İddiaçı xəstə qardaşının və ailəsinin əlindən evini almaq istəyir. İddiaçının Xırdalanda yeni yaşayış kompleksində evi var və hazırda orada yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o hər iki tərəfin xalasıdır. Mübahisəli evi bacısı Adilə 1990-cı ildə almış, evin pulunu da üç nəfər ödəmişdir. Bacısının böyük qızı Ofelya iki min, kiçik qızı Məlahət min, bacısı qızı Lətafət beş min pul veriblər. Evin gəlini Aynur 1998-ci ildə həmin evə gəlin gəlib. Tərəflərin atası olan X2 bir otaq verib. Otaqda hər şərait olub. Məlahətə də bir otaq verib. Məlahət ona düşən payı satıb çıxmışdır. Kəmalə isə həmin evdə yaşayırdı, daha sonra onun evi yandı. Bundan sonra Kəmalə iki il onun evində yaşayıb. Həmin ev alınarkən atasıgil məsləhətləşdilər ki, ev kiçik oğlu yəni X14 adına rəsmiləşdirilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, iddiaçı onun xalası, cavabdeh isə dayısıdır. Mübahisəli ev babasına məxsus olub. Babası sağlığında xalasına bir otaq vermişdi. Xalası həmin ev yananadək o evdə yaşayıb. Şahid suallara cavab olaraq bildirmişdir ki, xalası ərə getdikdən sonra Nərimanovda ərinin yaşadığı ünvana gəlin köçmüşdür. Tarixi dəqiq yadında deyil. Sonradan xalasıgil birlikdə Rusiyaya köçmüşlər və orada yaşamışlar. Xalası həmin evi satdıqdan sonra hazırki mübahisəli evdə yaşamağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iddiaçı onun xalası, cavabdeh isə dayısıdır. Şahid3 ifadəsində göstərilənləri təsdiqləyərək bildirdi ki, xalası hazırda Xırdalanda bacısı qızına məxsus mənzildə yaşayır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Bakı şəhəri Nərimanov rayon MKTB 30 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 026638 №-li arayışdan görünür ki, İddiaçı bacısına məxsus Ə.Əliyev küçəsi 25b №li evdə qeydiyyatsız yaşayır. Bakı şəhəri Nərimanov rayon MKTB 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 000804 №-li Forma 2 arayışından görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27 saylı evin 234 saylı mənzilin sahibi Cavabdehdur. 38 saylı MKİSdə olan məlumata görə mənzildə İddiaçı, onun qızı X28, oğlu X29, qardaşı Cavabdeh, onun oğlanları X15, X23, arvadı X22 həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 487 №-li sərəncamının surətindən görünür ki, İddiaçı icra hakimiyyətinə müraciət edərək bildirmişdir ki, 9 nəfərlik ailə tərkibi ilə (özü, əri, oğlu, qızı, 5 qohumu) Ş.Mustafayev küçəsində 27 saylı evin yaşayış sahəsi 39,1 kv.m olan 3 otaqlı 234 saylı mənzilində yaşayır, Bakı şəhərində 1997-ci ildən daimi qeydiyyatdadır. Qızı 1992-ci il təvəllüdlü X30 epilepsiya diaqnozu ilə xəstədir. Ona görə də 4 nəfərlik ailə tərkibi ilə (özü, əri, oğlu, qızı) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sərəncama əsasən İddiaçı 4 nəfərlik ailə tərkibi ilə (özü, əri, oğlu, qızı) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 007412 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Beynəlmilər küçəsindəki 4 otaqlı, 50,6 kv.m yaşayış, 77,3 kv.m ümumi sahəsi olan 27/234 saylı fərdi yaşayış evinin 3 otağı (39,1 kv.m) Cavabdeh, 1 otağı (11,5 kv.m) X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 19 saylı reyestr kitabında 2870-ci səhifədə 30/1143 qeydə alınma nömrəsi ilə xx.xx.1992-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********39 №-li məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27, 234 saylı fərdi yaşayış evi xx.xx.1992-ci il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 9-7/4394 reyestr nömrəli xx.xx.1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1992-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 3-Ma-1-63 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı xx.xx.2000-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nin 4Ə-1/63 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı xx.xx.2007-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-1160 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-1767 reyestr nömrəli xx.xx.2019-cu il tarixli elektron alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 41 №-li məktubdan görünür ki, İddiaçı adına "xxxx" Mənzil Tikinti Kooperativində mənzil yoxdur. Əlillik haqqında xx.xx.2022-ci il tarixli, ********** №-li arayışdan görünür ki, Cavabdeh şizofreniya, paranoid qüsur halı ilə ikinci dərəcə əlildir. Bakı şəhəri Ş.Mustafayev küçəsi ev 27 mənzil 245 ünvanında qeydiyyatda olan X10 və ünvan 2 ünvanında qeydiyyatda olan X3 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı, X35 və X30 Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27, ev 234-də qeydiyyatda olsalar da yaşamırlar. Bakı şəhəri Nərimanov rayon MKTB 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 027059 №-li arayışdan görünür ki, Cavabdeh Ş.Mustafayev küçəsi 27 nömrəli evin 234 nömrəli mənzilində pasport qeydiyyatındadır. Qonşuların aktına əsasən İddiaçı, X35 və X30 qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Bakı şəhəri Nərimanov rayon MKTB 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 027067 №-li arayışdan görünür ki, X31 Ş.Mustafayev küçəsi 27 nömrəli evin 234 nömrəli mənzilində xx.xx.1993-cü ildən qeydiyyatda olub və xx.xx.2017-ci il tarixdə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. AZ-İ seriyalı, 843747 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Nərimanov rayon MKTB 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 027068 №-li arayışdan görünür ki, X27 Ş.Mustafayev küçəsi 27 nömrəli evin 234 nömrəli mənzilində xx.xx.1993-cü ildən qeydiyyatda olub və xx.xx.1998-ci il tarixdə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. V-ЖГ seriyalı, 289004 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1998-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan X11 və ünvan 5nvanında qeydiyyatda olan X6 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı və övladları X28, X29 həqiqətən 1997-ci ildən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar, lakin qardaşı- Cavabdeh ruhi xəstə olduğu üçün valideynləri İddiaçı və övladları X18, X19 həmin evdə yaşamağa imkan verməyiblər. ünvan 7 ünvanında qeydiyyatda olan X32 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 2003-cü ildən hal-hazıradək ünvan 7 ünvanında yaşayır. ünvan 8an X20 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizənin surətindən görünür ki, X36, İddiaçı, X35 və X30 ünvan 9 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2003-cü ildən həmin mənzildə yaşamırlar. Bakı şəhəri Ş.Mustafayev küçəsi ev 27 mənzil 301 ünvanında qeydiyyatda olan X11 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizənin surətindən görünür ki, X36, İddiaçı, X35 və X30 ünvan 9 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2003-cü ildən həmin mənzildə yaşamırlar. ünvan 10 ünvanında qeydiyyatda olan X37 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizənin surətindən görünür ki, X36, İddiaçı, X35 və X30 ünvan 9 ünvanında qeydiyyatda olmalarına baxmayaraq 2003-cü ildən həmin mənzildə yaşamırlar. Vİ-ЖГ seriyalı, 452930 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X22 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konsitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa;-iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olmasıdır. Lakin iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, işin mübahisəsiz hallarına əsasən 1989-cu ildə ailə qurmuş və ərinin evinə gəlin köçmüş, həmin mənzili könüllü olaraq tərk etmiş, həmin mənzildə daha sonra uzun müddət yaşadığını bildirsə də, bu hal təsdiqini tapmamış, üstəlik də ona verildiyini iddia etdiyi otağın yandığı, hazırda mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (http://e-qanun.az/alpidata/code/data/0/c_c_1.htm30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti 02 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612) ilə qüvvədən düşmüş hesab edilmişdir) müddəaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onları getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konsitusiya Məhkəməsinin “Аzərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Bakı şəhərində Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarının 29-cu bəndinə əsasən, uçotda olan vətəndaş öldükdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə onun ailə üzvlərinin mənzil şəraitinin yaxşlaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilmələri üçün əsas qüvvədə qalarsa, onun əvəzinə ailəsinin üzvlərindən biri uçota götürülür; bu zaman ailənin üzvü iş yerində ehtiyacı olanların uçotuna ancaq bu şərtlə qəbul edilir ki, həmin müəssisədə, idarədə, təşkilatda işləmiş olsun, əgər uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat edərsə, ailənin üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləmədən də uçota götürülür. Bundan başqa, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı onun hazırkı vaxtda daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qohumu olan şahidlər həmin mübahisəli yaşayış evinin iddiaçının atasına məxsus olduğunu, həmin evin bir otağının atası tərəfindən iddiaçıya verildiyini bildirirlər. Şahidlər iddiaçı ilə yaxın münasibətlərdə olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi iddiaçının köçmək istədiyi mübahisəli otağa onun istifadə hüququnun yaranması və s. kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan halın müəyyən edilməsi şahid ifadələri ilə təsdiq oluna bilməz. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiasının hüquqi əsası olmadığına görə onun Cavabdeh qarşı irəli sürdüyü hazırkı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 иyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2782/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2782/2022
29.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver