Məhkəmə qərarları › İş №2(005)-2793/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2793/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2793/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 1196 (min yüz doxsan altı)manat ödənilməmiş hissə, 187 (yüz səksən yeddi)manat dəbbə, xx.xx.2019-cıı il tarixli müqavilə üzrə LG markalı Soyuducu üçün 1656 (min altı yüz əlli altı)manat ödənilməmiş hissə, 237 (iki yüz otuz yeddi)manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı Paltaryuyan üçün 1076 (min yetmiş altı)manat ödənilməmiş hissə, 186 (yüz səksən altı)manat dəbbə, ümumilikdə 4538 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4568 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Samsung LED TV, LG markalı soyuducu və Samsung markalı Paltaryuyan almış və nəticədə 4538 (dörd min beş yüz otuz səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1323 (min üç yüz iyirmi üç)manat (24 ay x 52 manat + 75 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1383 (min üç yüz səksən üç) manat olmaqla ondan, 1196 (min yüz doxsan altı)manat ödənilməmiş hissə, 187 (yüz səksən yeddi)manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1728 (min yeddi yüz iyirmi səkkiz)manat (24 ay x 72 manat + 0 manat ilkin ödəniş) LG markalı Soyuducu üçün ümumilikdə, 1893 (min səkkiz yüz doxsan üç) manat olmaqla ondan, 1656 (min altı yüz əlli altı)manat ödənilməmiş hissə, 237 (iki yüz otuz yeddi)manat dəbbə,xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1116 (min yüz on altı)manat (18 ay x 62 manat + 0 manat ilkin ödəniş) Samsung markalı Paltaryuyan üçün ümumilikdə, 1262 (min iki yüz altmış iki) manat olmaqla ondan, 1076 (min yetmiş altı)manat ödənilməmiş hissə, 186 (yüz səksən altı)manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 239 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00781265 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 1116 manat olan Samsung markalı paltaryuyan almış və 18 ay müddətinə ayda 62 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00781414 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 1728 manat olan LG markalı soyuducu almış və 24 ay müddətinə ayda 72 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00713708 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh 75 manat ilkin ödəniş etməklə “xxxxxxxxxxx” MMC-dən qiyməti 1323 manat olan Samsung markalı LED TV televizoru almış və 24 ay müddətinə ayda 52 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2019, xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktlarına əsasən Samsung markalı LED TV televizor, LG markalı soyuducu və Samsung markalı paltaryuyan Cavabdeh təhvil verilmişdir; “xxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən “xxxxxxxxxxx” MMC-dən LG markalı soyuducu, Samsung markalı paltaryuyan və Samsung markalı LED TV televizoru almışdır. Cavabdeh bu günə kimi hər hansı məbləğdə pul ödəməmiş, xx.xx.2020-ci il tarixə cavabdehin cəmiyyətə 3928 manat məbləğində ödənilməmiş əsas borcu, 610 manat dəbbə pulu borcu, cəmi 4538 manat borcu vardır; “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; X1 çıxarılmış məlumatın surətindən görünür ki, Bayramova X4 Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi vəzifəsində işləyir və 567 manat əmək haqqı alır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019, xx.xx.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 1323 manat olan Samsung markalı LED TV televizoru 52 manat məbləğində ilk ödəniş etməklə 24 ay müddətinə hər ay 52 manat aylıq ödəniş etməyi, qiyməti 1728 manat olan LG markalı soyuducunu 24 ay müddətinə 72 manat aylıq ödəniş etməyi, qiyməti 1116 olan Samsung markalı paltaryuyanı 18 ay müddətinə hər ay 62 manat aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 3.3-cü bəndi). LG markalı LED televizor “xxxxxxxxxxx” MMC tərəfindən cavabdeh X5 təhvil verilmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixinə 239 manat ödəniş etdiyini, nəticədə onun 3928 manat məbləğində əsas, 610 manat məbləğində cərimə, cəmi 4538 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənilməsini təsdiq edən sənəd mövcud deyil. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2019, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə yaranmış cəmi 3928 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 610 manat məbləğində cərimənin ödəniməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə hesablanmış 187 manat, 237 manat, 186 manat məbləğində cərimə əsas borclara məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 87 manat, 100 manat, 86 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 3928 manat məbləğində əsas, cəmi 273 manat məbləğində cərimə məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06.2019, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 1196 (min yüz doxsan altı)manat ödənilməmiş hissə, 87 manatdəbbə, 1656 (min altı yüz əlli altı)manat ödənilməmiş hissə, 100 manat dəbbə, 1076 (min yetmiş altı)manat ödənilməmiş hissə, 86 manat dəbbə, cəmi 4201 manat (dörd min iki yüz bir) məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar