Məhkəmə qərarları › İş №2(005)-2796/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2796/2024

26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2796/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 7 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1961-ci il tarixdə Ermənistan SSR, Zəngibasar rayonundan anadan olmuş bacısı Məmmədova (Rəhmanova) Etibar Ələmdar qızının anası X6 və X2 qeyd edilməklə X3 doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (Ərizə dəqiqləşdirilmişdir). Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacısı X7 xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Zəngibasar (Masis) rayonunda anadan olmuşdur və bununla bağlı onun adına doğum akt qeydi tərtib edilmişdir. xx.xx.2021-ci ildə bacısı Rəhmanova (Məmmədova) Etibar Ələmdar qızı Bakı şəhərində vəfat etmişdir. Onun adına Ermənistan Respublikasının Zəngibasar rayonunda verilmiş doğum haqqında akt qeyd itmişdir. Həmin doğum haqqında akt qeydi ona notariusda vərəsəliyin açılması ilə bağlı lazımdır. Mərhum bacısının doğum haqqında akt qeydinin bərpası ilə bağlı 7 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən müraciətinə xx.xx.2024-cü il tarixli məktubla imtina edilmiş, doğum akt qeydinin bərpası yalnız bu barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olması ona bildirilmişdir. Məhz buna görə də məhkəməyə müracitə etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək,bacısının doğum haqqında şəhadətnamənin əslini itirdiklərini, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin ona vərəsəlik işi ilə əlaqədar zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə lazım olduğunu bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 7 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi 10 avqust 2019-cu il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 127A, mənzil 11 ünvanında qeydiyyatdadır. - AZ-İİ 196174 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci il tarixində stenokardiyanın digər formaları səbəbindən vəfat etmişdir. - İ-ЗЖ 707173 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1964cü il tarixində Ermənistan SSR-nin Eçmiadzin rayonu Yuxarı Necili kəndində anadan olmuşdur. X2, anası X4r. - İ-ЗЖ 707408 doğum haqqında şəhadətnamədən görünür ki, X11 19 dekabr 1959-cu il tarixində Ermənistan SSR-nin Eçmiadzin rayonu Yuxarı Necili kəndində anadan olmuşdur. X2, anası X4r. - İV-ЖГ nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X7 26 mart 1962-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1519 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rəhmanov, Rəhmənova soyadı verilmişdir. - X5 məxsus НВ seriyalı, 956786 nömrəli diplomdan görünür ki, o 1980-ci ildə V.İ. Lenin adına X23 ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1984-ü ildə “Pedaqogika və psixologiya məktəbəqədər” ixtisası üzrə tam kursu bitirmişdir. - Qəbirüstü abidənin şəklindən müəyyən edilir ki, X1 xx.xx.1961-ci il tarixdə anadan olmuş və 26 iyun 2021-ci il tarixdə vəfat etmişdir. - 7 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra E.Ə. Məmmədovanın doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, o, ərizəçi ilə eyni kənddəndir. Ərizəçi və onun bacısını tanıyır. Əizəçinin bacısı Etibar xanım 1961-ci il tarixində Zəngibasar (Masis) rayonunda anadan olmuşdur. X12. Məmmədova Etibar 2021ci il tarixində xəstəlikdən vəfat etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçinin bacısı xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Zəngibasar (Masis) rayonunda anadan olmuş, X2, anası isə X4r, milliyyəti azərbaycanlıdır. Nikahdan sonra “Rəhmanova” soyadını qəbul etmişdir. Ərizəçinin mərhum bacısı doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Ərizəçi bacısı ilə bağlı maraqlı şəxsə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadəsinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Rəhmanova (Məmmədova) Etibar Ələmdar qızı xx.xx.1961-ci il tarixdə, Ermənistan SSR, Zəngibasar rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədova”, adı “Etibar”, ata adı “Ələmdar”, doğum tarixi “xx.xx.1961-ci il”, "milliyyəti" qrafasında “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Zəngibasar rayonu”, "atası" qrafasında “X10, "milliyyəti" azərbaycanlı”, "anası" qrafasında “X6", "milliyyəti" qrafasında "azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.1961-ci il tarixdə, Ermənistan SSR, Zəngibasar rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilərək, doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum akt qeydinin “soyad, ad, ata adı” qrafasında “X7”, “atası” qrafasında “X10”, “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X6”, “milliyyəti” qrafasında “azərbaycanlı” göstərilsin. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar