Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2796/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 xx.xx.1940-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şahtaxtı kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X8, ana qrafasında X1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Atasından miras qalmış əmlakla bağlı notariat ofisinə müraciət edərkən atası X4 doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Atasının doğum haqqında şəhadətnaməsini tapmadığına görə Maraqlı şəxsnə doğum haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı rəsmi qaydada müraciət etmiş, cavab olaraq bildirimişdir ki, Kəngərli Rayon qeydiyyat şöbəsinin arxivində akt kitabları 1945-ci ildən saxlanıldığından Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1940-cı il tarixdə Şərur rayon Şahtaxtı kəndində anadan olmuş X4 doğum haqqında akt qeydi Qeydiyyat şöbəsinin arxivində tapılmamışdır. Bu səbəbdən ərizə ilə məhkəməyə mürcaiət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin ona əmlakla əlaqədar zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə lazım olduğunu bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X9 onun qardaşıdır. Qardaşı xx.xx.1940-cı il tarixdə doğulmuş və 2024cü il tarixdə vəfat etmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X9 onun qardaşıdır. Qardaşı xx.xx.1940-cı il tarixdə doğulmuş və 2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan: AZE seriyalı, 15912561 nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1940-cı il tarixdə Azərbaycan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şahtaxtı kəndində doğulmuşdur; AE019480 nömrəli Sürücülük vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1940-cı il tarixdə doğulmuşdur; 16769226 nömrəli Partiya üzvünün kartoçkasının surətindən görünür ki, X9 1940-cı ildə Azərbaycan SSR, Naxçıvan ASSR, Şahtaxtı kəndində doğulmuşdur; AZ-İİ seriyalı, 453795 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür; АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 1950-ci ildə Azərbaycan SSR, Naxçıvan ASSR, Şahtaxtı kəndində doğulmuş, atası X8, anası qrafasında X2r; AZ-T seriyalı, 006243 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası X7r; Kəngərli rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Kəngərli rayon Qeydiyyat şöbəsinin arxivində akt kitabları 1945-ci ildən saxlanıldığından xx.xx.1940-cı il tarixdə Şərur rayon Şahtaxtı kəndində anadan olmuş X4 doğum haqqında akt qeydi şöbənin arxivində tapılmamışdır. Maraqlı şəxs məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, X4 doğum faktını təsdiq edən sənəd olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir; Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, X9 xx.xx.1940-cı il tarixdə Azərbaycan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şahtaxtı kəndində doğulmuşdur. Ərizəçi atasının doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadələrinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.1940-cı il tarixdə Azərbaycan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şahtaxtı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Süleymanov”, adı “Qadir”, ata adı “Əli”, doğum tarixi “xx.xx.1940-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Azərbaycan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şahtaxtı kəndi”, ata qrafasında “X8, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.1940-cı il tarixdə, Azərbaycan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şahtaxtı kəndində doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Süleymanov”, adı “Qadir”, ata adı “Əli”, doğum tarixi “xx.xx.1940-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Azərbaycan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şahtaxtı kəndi”, ata qrafasında “X8, milliyyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2796/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2796/2025
31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver