Məhkəmə qərarları › İş №2(005)-282/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-282/2025

14.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-282/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X12, Cavabdeh2, X11 və Cavabdeh4 qarşı (Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər X12, Cavabdeh2, X11 və Cavabdeh4 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 163 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 163 saylı fərdi yaşayış evi 1988-ci ildən iddiaçının atası Tanrıverdi Cəfərovun xüsusi mülkiyyətində olmuşdur. 1988-ci ildən onun ailəsi ünvan 1 ünvanda yaşayır. xx.xx.2017-ci il tarixdə iddiaçının atası Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 163 saylı fərdi yaşayış evini iddiaçıya və onun bacısına bağlamış, bu haqda notariusda daşınmaz əmlakın bağışlanması haqqında müqavilə bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdə Çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı 5 Asan xidmət mərkəzinə müraciət edərək ona yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın verilməsini xahiş etdi. Arayış ona təqdim olunandan sonra gördü ki, onun ailəsinə heç bir aidiyyatı, bağlığı olmayan tanımadığı şəxslər yəni cavabdehlər Eldəniz İrak oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ona məxsus olan fərdi yaşayış evinə qanunsuz olaraq iddiaçının heç bir razılığı olmadan qeydiyyata düşmüşlər.xx.xx.2022-cü il tarixli 55 saylı MKİS-nin arayışı əsasən cavabdehlər Cavabdeh1 oglu, Cavabdeh2 oglu, Cavabdeh3, Cavabdeh4 Bakı səhəri, Nərimanov rayonu, X30 Karxanası küçəsi, 163 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. İddiaçının mənzili isə 18 saylı MKİS aiddir. Hansı ki, həmin arayışda qeyd olunur ki, ünvan 2 ünvandan iddiaçının atası, anası, iddiaçı və bacısı qeydiyyatdadır. Göründüyü kimi iddiaçıya məxsus fərdi yaşayış evinin, cavabdehlərə aid olan fərdi yaşayış evinin tam başqa bir ünvanda olması MKİS arayışları ilə sübut olunur. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi" ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması" mənasını da ehtiva edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etdi ki, cavabdehlərin yaşadğı ev Nərimanov rayonu Böyük Şor qəsəbəsində yerləşən Daş Karxanası küçəsində; iddiaçının evi isə Nərimanov rayonu Daş Karxanası küçəsində yerləşir. Buna baxmayaraq cavabdehlərin şəxsiyyət vəsiqələrində Böyülk Şor qəsədəbəsi barədə qeyd olmadığından iddiaçı öz əmlakna istdiyi kimi sərəncam verə bilmir. Belə ki, evin özgəninkiləşdirilməsi zamanı notarius qeydiyyatda olan bütün şəxslərin razılığını tələb edir. Hətta küçənin adı dəyişdirildiyi halda belə cavabdehlər yenə də eyni ünvanda qeydiyyatda olmağa davam edirlər. Mübahisəli məsələ ilə əlaqədar inzibati məhkəməyə müraciət edilsə də, iddia mümkün sayılmamış və iddiaçıya mübahisənin mülki məhkəmə qaydasında həlli tövsiyə edilmişdir. Buna baxmayaraq, iddiaçıya məxsus mülkiyyətdə yaşamağa davam edir ki, bu da iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları 1097394 nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanınd ayerləşən fərdi yaşayışevi İddiaçı və X2 paylı mülkiyyətindədir. 18 saylı MKİS-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, X7, X13, X1 rayonu, Daş Karxanası, 163 ünvanında qeydiyyatdadırlar 55 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi 163 №-li evdə qeydiyyatdadırlar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8538/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı, X2 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Eldəniz qızı) “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1065/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadından görünür ki,apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirimədən saxlanılmışdır. 55 saylı MKİS-in xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X20, X21, Cavadova aygün İlqar qızı, Cavabdeh1, X16, Cavabdeh2, Cavabdeh3,X14, Cavabdeh4 Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi 163 №-li evdə qeydiyyatdadırlar. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı, X7, X13, X5ünvan 4 ünvanında qeydiyyatdadırlar. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X8 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,4 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə oğlu İddiaçı (birinci mərtəbəni) və qızı X3 (ikinci mərtəbəni) bağışlamışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi arayışa əsasən onlarda olan məlumata görə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə qeydiyyatdadır. AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il arixli, 18/2- 29423/24 saylı məktubundan görünür ki, ünvan 6 ünvanında X20, Cavabdeh3, X6, Cavabdeh2, X17, Cavabdeh4 Eldar qızı yaşayış yeri üzerə qeydiyyatdadırlar. AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanına “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə AR Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qadalarla ünvan 9 ünvan rekviziti təyin edilmişdir. AR DİN Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məltubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarına dəyişikliklər edildikdə, vətəndaş müraciəti olmadığı halda, pasport qeydiyyatında ünvan dəyişdirilmir və ya qeydiyyatdan çıxarılmış hesab edilmir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, (Montin qəsəbəsi) Daş Karxanası 163 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və onun bacısı X3 xüsusi mülkiyyyət hüququ əsasında məxsusdur. Həmin fərdi yaşayış evində iddiaçı və onun ailə üzvləri qeydiyyatdadırlar. Cavabdehlər fərqli ünvanda – Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi, 163 ünvanında yaşasalar da, şəxsiyyət vəsiqələrində Böyük Şor qeydi yoxdur. Cavabdehlərin yaşadığı fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. İddiaçı hüquqlarının bərpa edilməsi üçün inzibati məhkəməyə müraciət etsə də, iddiası mümkün sayılmamışdır. Hazırda iddiaçı mülki məhkəmə icraatı qaydasında məsələni mübahisələndirərək, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən. mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, istinad edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin faktiki halları ilə uyğun gəlmir. Belə ki, iddi ərizəsindən, iddiaçının nümayəndə və vəkilinin izahatından, mülki işin materiallarından birmənalı şəkildə müəyyən edilir ki, cavabdehlər heç bir zaman iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Daş Karxanası, 163 (Montin qəsəbəsində yerləşən) ümvanında yerləşən fərdi yaşayış evində yaşamamışdırlar. İddiaçının mülkiyyət hüquqlarının lazımi qaydada həyata keçirilməsinə yaranan maneələr cavabdehlər tərəfindən yaradılmamışdır. Cavabdehlərin yaşadığı Böyük Şor qəsəbəsi, Daş Karxanası, 163 ünvanı isə tam fərqli ərazidə yerləşən başqa bir fərdi yaşayış evidir. Cavabdehlərin qeydiyyatda olduqları ünvan ilə iddiaçının xüsusi mülkiyyətinin ünvanının eyni olması cavabdehlərin həmin evdə istifadə hüquqlarının olduğundan xəbər vermir. Beləliklə, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan əmlakından hər hansı istifadə hüququ yaranmamışdır. Yaranmayan, mövcud olmayan istifadə hüququ xitam edilə bilməz. Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadlarında da qeyd edilmişdir ki, iddiaçı hüquqi marağına uyğun olaraq özünə məxsus olan daşınmaz əmlakın ünvanda müvafiq qəsəbə göstərilməklə dəqiqləşdirilməsi üçün ünvan reyestinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarında nəzərdə tutulmuş hüquqdan istifadə edərək aidiyyəti üzrə 1 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edə bilər. Məhkəmə onu da nəzərə almışdır ki, üçüncü şəxslər uzun illərdir ki həmin ünvanda yaşayırlar, həmin ünvan üzrə qeydiyyatda çıxarılmalarının faktiki olaraq onlar üçün əlverişsiz nəticə yaratması mübahisəsizdir. İddiaçıdan fərqli olaraq üçüncü şəxslərin yaşadıqları evin ilkin hüquqmüəyyənedici sənədləri olmadığından ünvan təyinatı üləcə də dəqiqləşdirilməsi ilə bağlı müraciət imkanları yoxdur. Beləliklə, aydın olur ki, iddiaçının nail olmaq istədiyi hüquqi nəticə cavabdehlərin Daş Karxanası, 163 ünvanında qeydiyyatdan çıxarılmalarıdır. Halbuki, mülki işin materialları ilə təsdiq edilir ki, cavabdehlərin iddiaçının Daş Karxanası, 163 (Montin qəsəbəsi) ünvanında yerləşən fərdi yaşayış evində istifadə hüququ yoxdur və heç bir zaman da olmamışdır. Cavabdehlərin uzun müddət istifadə və sahibliyində olan Böyük Şor qəsəbəsi, Daş Karxanası, 163 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna isə xitam verilə bilməz; bunu tələb etməyə iddiaçının subyektiv hüququ da yoxdur. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddiaçıya məxsus ünvanın rekvizitləri dəyişsə də, orada qeydiyyatda olan şəxslərin qeydiyyatlarının dəyişməməsi ilə bağlı dəlilinə münasibət bildirərək məhkəmə qeyd edir ki, bu dəlil özü-özlüyündə əsassız olan iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Beləliklə, iddia tələbi rədd edilməli, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X12, Cavabdeh2, X11 və Cavabdeh4 qarşı (Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar