Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2822/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı X1 Cavabdeh qarşı (Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icarə müqaviləsinin bağlanması, icarə hüququnun tanıması və maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı (Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icarə müqaviləsinin bağlanması, icarə hüququnun tanıması və maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 ilə Cavabdeh arasında Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsinə olan icarə hüquqlarının alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, sözügedən torpaq sahəsi üzərində iddiaçı X1 icarə hüququnun tanınması və sözügedən torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneələr yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 27.04.2016-cı il tarixli etibarnamə əsasında Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsi üzərində icarə hüquqlarını Cavabdeh 300.000 manata almışdır. Həmin torpaq sahəsi AR ƏMDK yanında DƏDRX-nin **********96 reyestr nömrəli, 27.12.2014-cü il tarixli çıxarışa əsasən icarə hüququ ilə Cavabdeh məxsus olmuş və cavabdehin birgə nikahda olduğu X5 həmin torpaq sahəsinə dair hüquqlarının satılmasına etiraz etmədiyini 27.04.2016-cı il tarixli notarial qaydada ərizə ilə yazılı olaraq bildirmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinə dair çıxarışın əsli, həyat yoldaşı - X3 şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə, 27.04.2016-cı il tarixli notarial qaydada tərtib edilmiş ərizə və yerquruluşu planından çıxarış iddiaçıya təqdim edilmişdir. Daha sonra Cavabdeh törətdiyi cinayət əməllərinə görə həbs olunmuş və həbsdə olduğu müddətdə heç bir əsas olmadan 27.04.2016-cı il tarixli etibarnaməni ləğv etdirmişdir. Halbuki həmin torpaq sahəsində iddiaçı X2 300.000 manat dəyərində əlavə tikililər də inşa etmişdir (torpaq sahəsinə və əlavə tikililərə dair fotoşəkillər qoşmaya əlavə olunur). Bundan əlavə, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti cavabdehlər Cavabdeh, X6 və X8 qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı notariat kontorunda Cavabdeh ilə X10 arasında bağlanmış 03 iyun 2017-ci il tarixli torpaq sahəsi üzərində icrarə hüququnun bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X6 verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarış və 30801 ******* nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, müqavilə bağlanarkən torpaq sahəsi dövlət mülkiyyəti olduğundan Abşeron Rayon İcra Hakimiyyətinin icazəsi alınmalı olduğu halda, alınmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2433/2018 saylı, 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddia təmin edilməmişdir. AR Ali Məhkəməsinin qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2433/2018 saylı, 17 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. Göründüyü kimi, hazırda sözügedən torpaq sahəsinə dair hüquqlar əvvəlki vəziyyətə, yəni Cavabdeh qaytarılmışdır. Bununla da iddiaçı X2 tərəfindən 300.000 manat məbləğində dəyəri ödənilən və əlavə olaraq 300.000 manat məbləğində üzərində əlavə tikililər inşa olunan torpaq sahəsinə dair iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. Qeyd edir ki, 27.04.2016-cı il tarixdən hal-hazıradək sözügedən torpaq sahəsi İddiaçı istifadəsindədir. Hesab edir ki, iddiaçı X2 ilə Cavabdeh arasında Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsinə olan icarə hüquqlarına dair müqavilə bağlanmış hesab edilməli, sözügedən torpaq sahəsi üzərində iddiaçı X1 icarə hüququ tanınmalı və sözügedən torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneələr yaradılması cavabdehə qadağan edilməlidir. Yuxarıda qeyd olunan faktiki hallara və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbimiz tam əsaslıdır və təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək qeyd etdi ki, Cavabdeh mübahisəli torpaq üzərindəki icarə hüquqlarını 300.000 manata iddiaçıya satmışdır. Belə ki, bu deyilənləri təsdiq edən hallardan Cavabdeh tərəfindən torpaq sahəsinə dair çıxarışın əslinin, həyat yoldaşı - X3 şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin, 27.04.2016-cı il tarixli notarial qaydada tərtib edilmiş ərizənin və yerquruluşu planından çıxarışın iddiaçıya təqdim edilməsindən də görmək olar. İddiaçı, cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını və iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 27.04.2016-cı il tarixli, AR-İ № 455469 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Reyestr № **********96, Qeydiyyat № **********, 27.12.2014-cü ıl tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Abşeron rayonu, 2 nömrəli Tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsini təyinatı üzrə istifadə etməyi, mənə verilmiş icarə hüquqlarımdan istifadə etməyi, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının bütün dövlət, qeyri-dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsində, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq Ərazi İdarəsində, İcra Hakimiyyəti orqanlarında, bələdiyyə orqanlarında, ASAN xidmət mərkəzlərində, notariat kontorunda, bank orqanlarında və digər aidiyyatı olan orqanlarda mənim nümayəndəm olmağı, adımdan sənədləşmə işlərini aparmağı, sənədləri və arayışları toplamağı, təqdim etməyi və almağı, lazımi sənədlərdə imza etməyi, adımdan ərizə verməyi, ərizədə imza etməyi, rüsum ödəməyi, mənə çatası sənədləri, reyestrdən çıxarış, texniki pasport almağı, yüklülüyün olub-olmaması barədə arayış (forma 1) arayış almağı, dublikat sənədləri almağı, icarə və istifadə hüquqlarının üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi, pulunu almağı, qanunla qadağan olunmayan bütün əqdləri və müqavilələri bağlamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi İddiaçı etibar edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, 27.12.2014-cü il tarixdə ********** reyestr qeydiyyat nömrəsi ilə qeydə alınan Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsi 14.03.2007-ci il tarixindən başlayaraq 99 il müddətinə 084 nömrəli icarə müqaviləsi və 27.08.2014-cü il tarixli 3M/162 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinin əsasında Cavabdeh xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 01 sentyabr 2008-ci il tarixində Naxçıvan MR Şərur rayon Dezə kənd İƏD tərəfindən nikahın bağlanması haqqında akt qeydi rəsmiləşdirilmişdir. İş materiallarında olan X4 27.04.2016-cı il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, X5, həyat yoldaşı Cavabdeh məxsus olan Abşeron rayonu, 2 nömrəli Tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsinə dair hüquqlarının satılmasına etiraz etmir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri 18 saylı notariat kontorunda Cavabdeh ilə X10 arasında bağlanmış 03 iyun 2017-ci il tarixli 3M-232 nömrəli torpaq sahəsi üzərində icarə hüququnun bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X6 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış və **********96 nömrəli torpaq sahəsinin planı və ölçüsü ləğv edilməsi, tərəflər əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2433/2018 saylı, 17 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, 27.12.2014-cü il tarixdə ********** reyestr qeydiyyat nömrəsi ilə qeydə alınan Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsi 14.03.2007-ci il tarixindən başlayaraq 99 il müddətinə 084 nömrəli icarə müqaviləsi və 27.08.2014-cü il tarixli 3M/162 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinin əsasında Cavabdeh xeyrinə yüklü edilmişdir. X4 27.04.2016-cı il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, X5, həyat yoldaşı Cavabdeh məxsus olan Abşeron rayonu, 2 nömrəli Tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsinə dair hüquqlarının satılmasına etiraz etmir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 01 sentyabr 2008-ci il tarixində Naxçıvan MR Şərur rayon Dezə kənd İƏD tərəfindən nikahın bağlanması haqqında akt qeydi rəsmiləşdirilmişdir. 27.04.2016-cı il tarixli, AR-İ № 455469 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Reyestr № **********96, Qeydiyyat № **********, 27.12.2014-cü il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Abşeron rayonu, 2 nömrəli Tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsini təyinatı üzrə istifadə etməyi,... bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri 18 saylı notariat kontorunda Cavabdeh ilə X10 arasında bağlanmış 03 iyun 2017-ci il tarixli 3M-232 nömrəli torpaq sahəsi üzərində icarə hüququnun bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X6 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış və **********96 nömrəli torpaq sahəsinin planı və ölçüsü ləğv edilməsi, tərəflər əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2433/2018 saylı, 17 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüquqlarının alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, sözügedən torpaq sahəsi üzərində iddiaçı X1 icarə hüququnun tanınması və sözügedən torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneələr yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, mübahisə müqavilənin bağlanması ilə bağlı olduğundan, məhkəmə mülki qanunvericiliyin bu münasibətləri tənzimləyən normalarına istinad etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 700-cü maddəsinin mənasına görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1). İcarə predmeti (maddə 700.2). Məcəllənin 391-ci maddəsinə görə, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. ( maddə 421.2) Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. (Maddə 422.1) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində isə təsbit olunmuşdur ki, Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.3-cü maddəsində təsbit olunmuşdur ki, binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. (Maddə 1) İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. (Maddə 5) İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. (Maddə 6) İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. (Maddə 7) İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. (Maddə 15.1) İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir. (Maddə 15.2) İcarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər. (Maddə 15.3) Baxılan işdə iddiaçı hüquqlarının pozulması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “iddiaçı X2 27.04.2016-cı il tarixli etibarnamə əsasında torpaq sahəsi üzərində icarə hüquqlarını Cavabdeh 300.000 manata almışdır. Cavabdeh tərəfindən torpaq sahəsinə dair çıxarışın əsli, həyat yoldaşı - X3 şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə, 27.04.2016-cı il tarixli notarial qaydada tərtib edilmiş ərizə və yerquruluşu planından çıxarış iddiaçıya təqdim edilmişdir. Cavabdeh törətdiyi cinayət əməllərinə görə həbs olunmuş və həbsdə olduğu müddətdə heç bir əsas olmadan 27.04.2016-cı il tarixli etibarnaməni ləğv etdirmişdir. Halbuki həmin torpaq sahəsində iddiaçı X2 300.000 manat dəyərində əlavə tikililər də inşa etmişdir. 27.04.2016-cı il tarixdən hal-hazıradək sözügedən torpaq sahəsi İddiaçı istifadəsindədir.” Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçının istinad etdiyi dəlillər əsassızdır. Məhkəmə iddiaçının “icarə hüquqlarının alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi” tələbinə münasibətdə bildirir ki, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan hüquqların öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyi vardır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə iddiaçı bağlanmış hesab edilməsini xahiş etdiyi müqaviləni azad şəkildə özləri razılaşdıra və üzərlərinə qarşılıqlı öhdəliklər götürməli idilər. Belə olan halda, həmin müqavilənin iddiaçının formal əsaslarla və mülahizələri ilə cavabdehin iradəsi əleyhinə bağlanılması yolverilməzdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı təqdim etdiyi sənədlərə əsaslanaraq Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.00 ha torpaq sahəsini Cavabdeh 300.000 manat ödəməklə aldığını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, icarə müqaviləsinin bağlanmış hesab edilməsini, həmçinin mübahisəli torpağa icraə hüququnun tanınmasını tələb etsə də bu dəlillər açıqaşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı “icarə hüquqlarının alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının digər tələbləri isə həmin iddia tələbindən törəmə olduğundan digər hissələrdə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələblərini həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı (Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icarə müqaviləsinin bağlanması, icarə hüququnun tanıması və maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2822/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2822/2021
28.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver