Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2822/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə doğum faktının müəyyən edilməsinə dair tələbinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair tələbi ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini, oğlu Amin Əliyevin 16 may 2005ci ildə Bakı şəhərində anadan olması (milliyyəti azərbaycanlı, anası Ərizəçi) faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Allahverdiyev Hüseyn Məhkəmə oğlu ilə ailə qurmuşdu, lakin ailə münasibətləri rəsmiləşdirilməmişdir. Allahverdiyev Hüseyn Məhkəmə oğlu ilə ailə münasibətlərindən xx.xx.2005-ci ildə Amin adlı uşaqları doğulmuşdur. Lakin maddi imkanları aşağı olması səbəbindən doğuş xəstəxanada deyil, ev şəraitində həyata keçirilmişdir. Bu səbəbdən də xəstəxanadan onlara tibbi sənəd verilməmişdir. Uşaq hazırda yaşayır və sağlamdır. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni oğluna şəxsiyyət vəsiqəsi almaq, onun əsasında digər vacib sənədlərin rəsmiləşdirilməsi məqsədilə doğum haqqında şəhadətnaməsi lazımdır. Bu məqsədlə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nikah haqqında şəhadətnaməsi; doğum faktının, vaxtını və yerini təsdiq edən tibb müəssisəinin sənədləri qeydiyyat şöbəsinə təqdim edilməlidir. Uşaq tibb müəssisəsində kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğudan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu əsaslar olmadıqda uşağın doğum faktı məhkəmə qaydasında müəyyən edilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Ərizəçi oğlu 16 may 2005-ci il təvəllüdlü oğlunun doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə hesab edir ki, ərizəçinin oğlu yetkinlik yaşına çatdığından, doğum faktının təsdiqi üçün məhkəmə özü müraciət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 6.6. Uşaq aralarında nigah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. 6.12. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı ilə yol verilir. İstinad edilən normalardan aydın şəkildə görünür ki, yetkinlik yaşına çatmış şəxs doğum faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə şəxsən özü müraciət etməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə doğum faktının müəyyən edilməsinə dair tələbi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərzəçiyə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etməyə mane olmur. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (qənz №:**********, tarix: xx.xx.2025) Ərizəçi qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2822/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2822/2025
20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver