Məhkəmə qərarları › İş №2(005)-283/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-283/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-283/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bakı X4rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bakı X4rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakı X7 xx.xx.1992-ci il tarixində İddiaçı mərhum atası tərəfindən ödənilmiş 65 000 rubl pul vəsaitinin 2022-ci il üzrə ölkə ərazisində istehlak qiymətləri artıma doğru dəyişdiyi üçün müvafiq indeksasiya edilməklə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası X3 xx.xx.2018-ci il tarixində Bakı şəhərində “Essensial (birincilli) hipertenziya” xəstəliyi səbəbindən vəfat etmişdir. xx.xx.2015-ci il tarixində 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində vəsiyyətnamə tərtib etmişdir, atasının vəfatından sonra İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq “vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Mərhum atası xx.xx.1992-ci il tarixində cavabdeh ilə müqavilə bağlamışdır. Belə ki, xx.xx.1992-ci ildə cavabdehə 65 000 rubl pul vəsaiti mərhum atası tərəfindən 13 №-li bildiriş əsasında cavabdehə ödənilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən mərhum atası ilə bağlanmış müqavilədən irəli gələn öhdəliklər icra olunmamışdır. Rəsmi qaydada cavabdehə müraciətlər etsə də, heç bir formada cavab ala bilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan; 22 noyabr 1992-ci il tarixli qəbzin surətindən görünür ki, X3 tərəfindən Bakı X7 65000 rubl ödəniş edilmişdir. Bakı şəhəri Sbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ 908622 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə “Essensial (birincilli) hipertenziya” xəstəliyi səbəbindən Bakı şəhəri Səbail rayonunda vəfat etmişdir. xx.xx.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasənxx.xx.2018-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakı X6 hüquqi ünvanı ünvan 2v İdarəsinin 13 oktyabr 2022-ci il tarixli, 4/1956 saylı soröuya cavab məktubundan görünür ki, Arxivə “Cıdır Mənzil-Tikinti Kooperativi” ilə bağlı heç bir sənəd təhvil verilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21 oktyabr 2022-ci il tarixli №MİHO/1.2-2-2022-7185 saylı məktubundan görünür ki, “Cıdır Mənzil-Tikinti Kooperativi” ilə bağlı sənədlər Nazirliyin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kooperativ Təsərrüfatı İdarəsinin 12 dekabr 2022-ci il tarixli, №23/14-22 saylı məktubunun surətindən görünür ki, İdarədə ”Cıdır Mənzil-Tikinti Kooperativi” ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bakı X7 ödənilmiş məbləğin indeksasiya olunmaqla geri tələb edilməsi ilə bağlıdır. Lakin iddiaçı atası X3 ilə”Cıdır Mənzil-Tikinti Kooperativi” arasında hər hansı bir müqavilə münasibətlərinin olmasını, həmin pul məbləğlərinin hansı məqsədlə, hansı öhdəliyin qarşılığı olaraq ödədiyini göstərən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda ümumiyyətlə bu iş üzrə cavabdeh kimi qoyulan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakı X6 qəbzdə göstərilən “Cıdır MTK”-nın hüquqi varisi olması barədə heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə çoxsaylı sorğular göndərsə də, hazırda fəaliyyət göstərən “Bakı Cıdır Meydanının” “Cıdır MTK” ilə hər hansı əlaqəsi müəyyən edilməmişdir. Sadalanalara əsasən məhkəmə hesab edir ki, həm iddiaçını iddia etdiklərini sübuta yetirə bilmədiyinə, həm də cavabdeh subyektiv cavabdehlik daşımadığına görə hazırki iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bakı X4rşı pul tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bakı X4rşı pul tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar