Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2835/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa olunması” barədə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum akt qeydinin bərpa olunması” barədə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilərək, qanunamüvafiq prosessual hərəkətlər edilmişdir. Ərizəçi məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəməərizəni nəzərdənkeçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundantəminedilməli, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geriqaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən,məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “doğum akt qeydinin bərpa olunması” barədə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2835/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2835/2020
04.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver