Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2837/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil1, Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh1 qarşı “mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasınını 3-cü mərtəbəsində, sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş istirahət meydançası üzərində mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması və meydançanın giriş-çıxışını əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə həvalə edilməsi və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaşlar X2 və X3 müraciəti ilə Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 124 №- li Sərəncamı ilə 994-cü məhəllə, Sabit Rəhmanov küçəsi 41 saylı ünvanda 16 mərtəbəli yayış binasının tikintisinə icazə verilmişdir. İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 234 №li Sərəncamı ilə 994-cü məhəllə, Sabit Rəhmanov küçəsi 41 saylı ünvanda yerləşən 16 mərtəbəli qeyri-yaşayış binasının zirzəmi; 1-ci və 2-ci mərtəbələrin qeyri-yaşayış sahəsi kimi qalmaqla, qalan 3-cü mərtəbədən, 16-cı mərtəbəyə qədər təqdim olunmuş layihədə göstərilən ölçülərdə mövcud vəziyyətdə yaşayış sahəsi kimi sənədləşdirilməsinə icazə verilmişdir. Sözü gedən yaşayış binası inşa edilib sakinlərə təhvil verildikdən sonra yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən müstəqil təsərrüfat subyekti kimi, “Nərimanov-23" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. Həmin Cəmiyyətin nizamnaməsinə əsasən Cəmiyyətin yaradılmasının əsas məqsədi, yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakını istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən və s. fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Həmin binada sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş binanın 3-cü mərtəbəsində yerləşən istirahət meydançasının giriş-çıxışı Cavabdeh1 tərəfindən dəmir barmaqlıqla bağlanılaraq meydança zəbt olunmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına Cəmiyyət tərəfindən ondan tələb olunmuşdur. Eyni zamanda bina sakinlərinin Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciətləri olmuş və sonuncunu göstərişi və tapşırığı əsasında Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən sözü gedən meydançanın əvvəlki vəziyyətə qaytarılmasını icrasına nəzarəti Nərimanov rayon İcra Hakimiyyətin Başçısının 3 saylı Siəd üzrə nümayəndəsinə və 16-cı Polis Bölməsinə həvalə olunmuşdur. İcra nümayəndəliyi tərəfindən zəbt olunmuş sahəyə gələrək meydançanın giriş-çıxışı əvvəlki vəziyyətə qaytarılması təmin olunsa da, cavabdeh yenə də öz qanunsuz əməllərindən əl çəkməyərək növbəti dəfə həmin ərazinin giriş-çıxışını bağlayaraq meydançanı zəbt etmişdir. Cavabdeh dəfələrlə bu cür qanunsuz hərəkətlərini davam etdirdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bu səbəbdən hesab edilir ki, Cəmiyyətin balansında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasınını 3-cü mərtəbəsində sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş istirahət meydançası üzərində mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulmalı və meydançanın girişçıxışının əvvəlki vəziyyətə qaytarılması vəzifəsi Cavabdeh1 üzərinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəsatəti əsasında Cavabdeh2 mülki işə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 41 saylı evin 5 saylı mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi adı məlum olmayan şəxsin mülkiyyətindədir. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin dam hissəsi (mübahisəli sahə) Cavabdeh1 mülkiyyətindəki mənzilin yaşayış otaqlarının (yataq otaqlarının) qabağında olan meydançadır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 41 saylı evin mülkiyyətçiləri tərəfindən yaradılan hüquqi şəxsdir. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin hüquqi şəxs "xxxx" MMMC-yə aidiyyəti yoxdur, həmin mülkiyyətçi cəmiyyətin yaradılmasında iştirak etməmişdir və həmin qeyri-yaşayış sahəsi mənzil mülkiyyətəçilərinin ümumi birgə mülkiyyətində olan sahə deyil. Mübahisəli meydançanın (qeyri-yaşayış sahəsinin dam örtüyü) aid olduğu qeyri-yaşayış sahəsi sonradan layihələndirilmiş və binanın layihəsində ümumiyyətlə nəzərdə tutulmamışdır. Mübahisəli qeyri-yaşayış sahəsi sonradan layihələndirilmiş və inşa edilmişdir. Həmin meydançaya sonradan və binanın layihəsindən kənar şəkildə qanunsuz olaraq giriş-çıxış inşa edilmişdir. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh1 qarşı mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanda yerləşən yaşayış binasının 3-cü mərtəbəsində, sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş istirahət meydançası üzərində mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması və meydançanın giriş-çıxışını əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılır ki, mübahisəli ünvan 5 ünvanda yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən meydança sakinlərin istirahəti üçün nəzərdə tutulmuş sahədir. Həmin sahə bina sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur və ümumi istifadədə olan sahədir. Lakin həmin meydançadan istifadə və mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur. Cavabdeh meydançaya giriş-çıxış yolunu dəmir barmaqlıqlarla bağlamışdır. İddiaçı mübahisəli meydançaya giriş-çıxışı bağlamış cavabdehin hərəkətlərinə son qoyulması və həmin giriş-çıxışı əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "xxxx" MMMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli xx/xx-08619 saylı məktuba əsasən Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 41 ünvanda inşa edilmiş 13 mərtəbəli yaşayış binasında yaşayan sakinlər binanın 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin damının zəbt edilməsi barədə AR Prezidentinin Administrasiyasına xx.xx.2021-ci il, AR Prezidentinin Birinci vitse-prezidentinə xx.xx.2021-ci il və Fövqəladə Hallar Nazirliyinə xx.xx.2021-ci il tarixli ünvanlanmış müraciətlərə Agentlikdə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə gəzinti sahəsi kimi göstərilən sahə yaşayış binasına bitişik tikilmiş 2 mərtəbəli qeyri-yaşayış binasının dam hissəsidir və bu hissənin gəzinti məqsədləri üçün istifadəsi qanunvericiliyin tələblərinə uyğun deyil. Aparılmış yoxlama zamanı qeyri-yaşayış binasının dam hissəsində qanunsuz söküntü işlərinin aparılması müəyyən edilmişdir ki, bu da yolverilməzdir. Göstərilənləri nəzərə alaraq 2 mərtəbəli qeyri-yaşayış binasının damına açılmış girişin bağlanması və binanın layihəyə uyğun vəziyyətə gətirilməsi tapşırılmışdır. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X4 rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli xx/xx-03103 saylı məktubuna əsasən mübahisəli sahə yaşayış binasına bitişik tikilmiş 2 mərtəbəli ofis binasının damıdır və bu hissənin gəzinti məqsədləri üçün istifadəsi müvafiq qaydada təsdiq edilmiş tikinti layihəsində nəzərdə tutulmamışdır. Lakin binada yaşayan bir qrup sakin tərəfindən binanın 3-cü mərtəbəsində yerləşən ümumi istifadədə olan keçiddə söküntü aparılaraq 2 mərtəbəli ofis binasının damına giriş açılmış və həmin damın üstü təyinatına zidd olaraq gəzinti yeri kimi istifadə olunur. Bununla bağlı yaranmış narazılığı aradan qaldırmaq məqsədilə yaşayış binasının 3-cü mərtəbəsindən bitişik ofis binasının damına layihədən kənar açılmış girişin bağlanması barədə Agentlik tərəfindən "xxxx" MMMC-nin rəhbərliyinə xx.xx.2021-ci il tarixli xx/xx-08619 nömrəli məktub ünvanlanmışdır. Göründüyü kimi mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. 13 mərtəbəli yaşayış binasına bitişik olan qeyri-yaşayış sahəsinin damı layihə sənədlərində binanın sakinləri üçün gəzinti sahəsi kimi nəzərdə tutulmadığı üçün, həmçinin qeyri-yaşayış binası 13 mərtəbəli yaşayış binasının layihəsində ona bitişik sahə kimi nəzərdə tutulmadığı üçün, həmin sahə "xxxx" MMMC-yə hər hansı aidiyyəti yoxdur. Mübahisəli sahənin 13 mərtəbəli binaya hər hansı aidiyyəti olmadığı üçün, həmin sahə binanın layihə-smeta sənədlərində sakinlərin gəzinti sahəsi kimi nəzərdə tutulmadığı üçün, həmçinin qeyri-yaşayış sahəsinin ayrıca mülkiyyətçisi olduğu üçün, "xxxx" MMMC-nin mübahisəli sahə üzərində hər hansı hüquqları yoxdur. Mübahisəli sahənin "xxxx" MMMC-yə hər hansı aidiyyəti olmadığı üçün, cəmiyyət həmin sahə üzrə hər hansı hüquq sahibi hesab edilmir. Cəmiyyət mübahisəli sahə üzərində hər hansı hüquq sahibi olmadığı üçün, onun həmin sahə ilə bağlı pozulmuş hesab etdiyi hüquqların bərpa edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. İddiaçının mübahisələndirdiyi sahə üzərində hər hansı hüquqları olmadığı üçün, onun hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən də irəli sürülmüş tələb təmin edilə bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin damı binanın sakinlərinin istirahət yeri və gəzintisi üçün nəzərdə tutula bilməz. Çünki cavadehi Cavabdeh1 mülkiyyətində olan mənzilinin yaşayış (yataq) otaqlarının pəncərələri həmin sahəyə açılır və orada sakinlərin gəzintisi ümumi əxlaq normalarına ziddir. Sakinlər orada gəzərkən mənzilin pəncərələrinin önündən keçir və bu halda mənzildə rahat oturmaq mümkün olmur. Bu isə mülkiyyətçi kimi onun hüquqlarını pozur və onun mənzilində rahat yaşamaq hüququnu məhdudlaşdırır. Mübahisəli sahəyə ümumi istifadəyə yol verilməsi mülkiyyətində olan mənzilini mühafizə baxımından da təhlükə altına qoyur. Belə ki, mənzilinin pəncərələri ilə mübahisəli sahənin döşəməsi eyni səviyyədədir və həmin sahədən pəncərə açıq olan zaman, yaxud pəncərəyə müdaxilə etməklə çox rahatlıqla mənzilə daxil olmaq olar. Bu hal da mübahisəli sahədən istifadənin qanunsuz və qeyri-qanuni olmasını tam təsdiq və sübut edir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi cəmiyyət istənilən halda hər hansı məsələ üzrə hüquqlarını həyata keçirərkən ilk növbədə mənzil mülkiyyətçisinin mənafeyini nəzərə almalıdır. Lakin irəli sürülmüş tələbdən göründüyü kimi Cavabdeh1 mənafeyi ümumiyyətlə nəzərə alınmamışdır. İddiaçının hazırda mübahisələndirdiyi sahə heç vaxt binanın sakinləri üçün gəzintisi sahəsi kimi nəzərdə tutulmamışdır və iddiaçı iddia ərizəsində bunu göstərməklə yalana yol vermişdir. Digər tərəfdən iddiaçının bu dəlilləri hər hansı sübutla təsdiq olunmur. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin yuxarıda qeyd olunan məktublara əsasən mübahisəli sahə qeyri-yaşayış sahəsinin damı hesab olunduğu üçün həmin sahənin gəzinti üçün istifadə edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 234№-li, xx.xx.2016-cı il tarixli Sərəncamından görünür ki, 1. 944-cü məhəllə, Sabit Rəhman küçəsi 41 saylı ünvanda yerləşən 16 mərtəbəli qeyri-yaşayış binasının zirzəmi; 1-ci və 2-ci mərtəbələrin qeyri-yaşayış sahəsi kimi qalmaqla, qalan 3-cü mərtəbədən, 18-ci mərtəbəyə qədər təqdim olunmuş layihədə göstərilən ölçülərdə mövcud vəziyyətdə yaşayış sahəsi kimi sənedləşdirilməsinə icazə verilməsi; 2 Sözügedən mövcud 16 mərtəbəli qeyri-yaşayış binasının zirzəmi; 1-d və 2-d mərtəbələri qeyriyaşayış sahəsi kimi qalmaqla, qalan 3-cü mərtəbədən, 16-cı mərtəbəyə qədər yaşayış sahəsi kimi müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müradet olunması vətəndaş S.l.Cəfərovaya və L.İ.Rəhimovaya tövsiyə olunması; 3. Sərəncamın surətlərinin vətəndaş S.İ.Cəfərovaya; L.İ.Rəhimovaya və digər aidiyyəti ünvanlara göndərilməsi aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilməsi göstərilmişdir. Nərimanov-23" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi, yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakını istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən və s. fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 41, mənzil 5 (Yeni qaydalarla: AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 265, M3, m.5) Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 18473/16276 nömrəli rəyindən görünür ki, ünvan 8 ünvanında 13 mərtəbəli (+ mansarda) qeyri-yaşayış binasının” işçi layihəsi bu rəyin üçüncü bölməsinin tələbinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. Çoxmərtəbəli yaşayış binasına dair xx.xx.2020-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, aşağıda imza edənlər - bir tərəfdən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən və “Təhvil verən” adlanan X6 və X7 digər tərəfdən “Təhvil alan" adlanan və mövcud nizamnaməyə əsasən fəaliyyət göstərən "Nərimanov-23’ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (Qeydiyyat № 1120-MM7-0171) qanuni tamsifçisi X5 aşağıdakı məzmunda bu aktı imzalamaqla təsdiq edirik; 1. Təhvil verən Azərbaycan Respublikasnin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04 iyun 2019-cu il tarixli 048 saylı qərarə ilə istismara icazə verilmiş Baki səhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 41 ünvanında yerləşən 1 girişli, 13(+mansard) mərtəbəli, İ səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 Təhvil alana təhvil verir: 1.1. Su nasosları; 1.2. Suanbar1-2ədəd-100 kub; 1.3. Liftlər-2; 1.4. Mənzillər-65 ədəd: 1.5. Zirzəmidə avtodayanacaq - 33 ədəd; 1.6 Liftin motorxanası + 1 ədəd kondisoner; 1.7. Su sayagaclar, sakinlər üçün -65ədəd; 1.8. Qaz sayğacları sakinlər üçün - 65ədəd; 1.9. İsiq sayagacları sakinlər üçün - 65 ədəd; 1.10 Havalandırma sistemi və zirzəmidə signalizasiya; 1.11. Mərtəbəlardə yanğından mühafizəşitləri-13 ədəd və signalizasivalan 1.12. Blok və pilləkenlardə işıqlandırma; 1.13. Binanin çardağı və qeyri yaşayış sahəsinin dam hissəsi, Nərimanov-23”MMMC-nın istifadəsinə verilir. 1.14. Binanın istismarina icazə sənədləri və binanın idarə olunması üçün zəruri olan bütün sənədlər. 2 Təhvil-Təslim Aktın 1-ci bəndinda qeyd onunan yüksəkmərtəbəli yaşayış binası və qeyd olunanlar təhvil verildikdən sonra binanin idarəçiliyi tam hüquqla Təhvil alana keçir, bu Təhvil-Təslim Akti imzalandıqdan sonra binaya dair yaranacaq bütün öhdəliklər və vəzifələri Tahvil alan daşıyır. 3 Təhvil alan binanın idarəçiliyi, zaruri arayisların verilməsi, sənədlərin toplanması və təqdim edilməsi, bina sakinlərini müvafiq dövlət orqanlari və taskilatlar qarqisinda təmsil etmək hüququna malikdir. Foto-şəkillərdən, iş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının qapalı həyətinin damına cavabdehlər tərəfindən giriş çıxışa maneələr yaradılmış, cavabdehlər tərəfindən dəmir çərçivə ilə bağlanmışdır. İşin faktiki halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasında qapalı həyətinm damı yəni 3-cü mərtəbədə blokdan çıxışı olmaqla sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş istirahət meydança yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildira 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Göründüyü kimi Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 124 №- li Sərəncamı ilə 994-cü məhəllə, Sabit Rəhmanov küçəsi 41 saylı ünvanda 16 mərtəbəli yayış binasının tikintisinə icazə verilmişdir. Həmin icazə əsasında qeyri-yaşayış sahələri saxlanılmaqla 16 mərtəbəli bina layihə üzrə inşa edilmişdir. yaşayış binası inşa edilib sakinlərə təhvil verildikdən sonra yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən müstəqil təsərrüfat subyekti kimi, “Nərimanov-23" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. Həmin Cəmiyyətin nizamnaməsinə əsasən Cəmiyyətin yaradılmasının əsas məqsədi, yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakını istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən və s. fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Hazırkı iddia üzrə iddiaçı "xxxx" MMMC cavabdehlər tərəfindən qeyriyaşayış sahəsinin (qapalı həyətin damı) damına giriş-çıxışın məhdudlaşdırılıldığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən qeyri-yaşayış (avtodayanacaq) sahəsinin damından bina sakinləri gəzinti və istirahət üçün istifadə etdirdilər. Lakin cavabdehlər qeyd edilən qeyri-yaşayış sahəsinin damına giriş çıxışın qarşısını almaq üçün həmin sahəyə dəmir lövhələr yerləşdirmişdir. Bu səbəbdən iddiaçı ünvan 8 ünvanında 13 mərtəbəli (+ mansarda) qeyri-yaşayış sahəsinin qapalı həyətinin damına giriş çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. ünvan 8 ünvanında 13 mərtəbəli (+ mansarda) qeyri-yaşayış binası iş üzrə iddiaçı "xxxx" MMMC-nin balansındadır. İş materiallarında olan "xxxx" MMMC-nin nizamnaməsi və digər sənədlərlə müəyyən edilmişdir ki, cəmiyyətə yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakını istismar, ona sahiblik, ondan istifadə və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək və s. fəaliyyət növlərini həyata keçirmək səlahiyyətləri verilmişdir. Cavabdehlər tərəfindən giriş-çıxışına maneə yaradılmış ünvan 8 ünvanında 13 mərtəbəli (+ mansarda) qeyri-yaşayış binasının qapalı həyətinin damı çox mənzilli yaşayış binasının sakinlərinin ümumi istifadəsində olmaqla yanaşı, xx.xx.2020-ci il tarixli Təhvil-Təslim aktı ilə "xxxx" MMMC-yə təhvil verilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırklı iddia üzrə mübahisəli olan sahə qeyri-yaşayış sahəsinin (qapalı həyətin, avtomobil dayanacağının) damıdır. Həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları cavabdehlərə məxsus olmadığından qeyriyaşayış sahəsinin damına dair mülkiyyət hüquqlarının cavabdehlər tərəfindən maneələr yaradılmaqla məhdudlaşdırılması qanunaziddir. Eyni zamanda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından, çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneə yaradılması digər paylı mülkiyyətçilərin hüquqlarını pozur. Bu səbəbdən, iddia tələbi əsaslıdır, təmin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMMC tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasınını 3cü mərtəbəsində, sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş istirahət meydançası üzərində mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması və meydançanın giriş-çıxışının əvvəlki vəziyyətə qaytarılması vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2837/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2837/2022
07.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver