Məhkəmə qərarları › İş №2(005)-2838/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2838/2022

06.09.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2838/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin ölmüş elan edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X2 ömüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 39 saylı mənzil xx.xx.1959-cu ıl tarixli 03223 saylı Orderlə ərizəçinin babası X7 istifadəsinə verilmişdir. Orderdə V.L.Əhmədovla birlikdə onun ailə üzvləri - X10 və X13nın adları qeyd olunmuşdur. X12 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Arvadı X1 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. X13 Viktorovna (ərizəçinin anası) xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra Ərizəçi miras əmlakı faktiki qəbul etdiyi üçün, lakin əmlak üzərində mülkiyyət hüquqları daha öncəki sahibi tərəfindən qeydə alınmadığına görə həmin mənzili özəlləşdirmək qərarına gəlmişdir. Özəlləşdirmə prosesində məlum olmuşdur ki, Ərizəçi əmisi X4 həmin mənzildə qeydiyyatda olduğundan özəlləşmə prosesində onun yazılı razılığı tələb olunur. X5 10 08.1959-cu il tarixdə Volqoqrad şəhərində doğulmuş, həmin mənzilə xx.xx.1988-ci il tarixdə qeydiyyata düşmüşdür. Hazırda 63 yaşı olmalıdır. Lakin, 1989-1990-cı illərdə valideynləri ilə dava edib həmin mənzili tərk etmişdir və son 32- 33 il ərzində onun barəsində heç bir məlumat olmamışdır. Hətta Ərizəçi belə bir əmisinin olub-olmaması barədə heç bir zaman məlumatı olmamışdır, onun mövcudluğu barədə mənzilin sənədləşməsi ilə məşğul olarkən məlumat almışdır. Digər qohumlardan maraqlandıqdan sonra onlar Gennadiyitı valideynləri ilə mübahisə etdiyi üçün mənzili tərk etdiyini bildirmişlər, 30 ildər artıq müddətdə sağ olub-olmaması barədə məlumatın olmadığını təsdiqləmişdirlər. Daxili İşlər Nazirliyinin BPQİMİ sorğularını cavablandıraraq bildirmişdir ki, X5 şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. Bu o deməkdir ki, həmin şəxsin pasportu da olmamışdır və ölkəni tərk edə bilməzdi. Səfərbərlik və Çağırış üzrə Dövlət Xidməti Gennadiy Əhmədovun hərbi qeydiyyatda olub-olmaması barədə məlumat verməkdən imtina etmişdir. Dövlət Sərhəd Xidməti də həmin şəxsin ölkəni tərk-edib etməməsi barədə sorğunu cavablandırmaqdan imtina etmişdir. Dövlət Notariat Arxivindən bildirilmişdir ki, X15'oviçin ölümündən sonra onun əmlakının vərəsəlik qaydasmca qəbul edilməsinə dair müraciət daxil olmamışdır. Dolayısı ilə Gennadiy Əhmədov miras əmlakın qəbulu prosesində susmuş vərəsədir. Gennadiy Əhmədovun xəbərsiz itkin düşməsi vaxt baxımından İ Qarabağ müharibəsi dövrünə təsadüf etməsi onun həmin hərbi əməliyyatlar vaxtı ölmüş olması gümanları yaradır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov rayon qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq, o məhkəmə iclasinda nümayəndəsinin iştirakını təmin etməmiş, lakin maraqlı şəxs məhkəmə dəftərxanası vasitəsilə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bildiririk ki, DİN-in müvafiq uçotlaında xx.xx.1959-cu il təvəllüdlü X2 anket məlumatlarına oxşar məlumat mövcuddur: 1959-cu il təvəllüdlü X5 Bakı şəhəri Şaumyan rayon Xalq Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR CM-nin 207-ci maddənin 2-ci hissəsi və 39-cu maddəsi ilə qəti olaraq 3 il 9 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. SSRİ X14 Heyətinin xx.xx.1987-ci il tarixli Fərmanının 9 maddəsinin “e” bəndinə əsasən cəzası ½ qədər azaldılmış və qəti olaraq 11 ay 7 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır 25.05. 1988-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ““Elektron notariat” informasiya sistemindən əldə olunan məlumata əsasən adıçəkilən şəxsin iştirakı ilə notariat hərəkəti aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəmə sorğusuna cavab xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, G.Əhmədovun xx.xx.1959-cu ildə 1024 nömrəli aktla Nərimanov rayon qeydiyyat şöbəsində doğumu, xx.xx.1990-cı ildə isə 1847 nömrəli aktla xx.xx.1961 -ci il təvəllüdlü X8 ilə Xətai rayon qeydiyyat şöbəsində nikahı qeydə alınmışdır. Həmin doğum haqqında akt qeydinə əsasən atası X11, anası X1 qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya alt sisteminə əsasən X3 əmək pensiyası təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, X2 1989-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkətləri barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. Bununla yanaşı, xx.xx.1959-cu il təvəllüdlü X2 2001- 2022-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vət. X5 DİN BƏSİİ-nin müvafiq uçotları üzrə yoxlanıldı. Onurı ilkin düşməsi barədə hər hansı fakt müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 1959-cu il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” p.h.ş.-nin Bakı şəhərinin rayon şöbələrində, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli 31 saylı cavab məktubundan görünür ki, xx.xx.1959-ci ildə anadan olmuş X2 balansımızda olan hər hansı qəbirstanlıqda ,o cümlədən qəbistanlığın "kimsəsizlər” sektorunda dəfn olunub-olunmaması barədə bizdə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 1476 saylı məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Nərimanov rayon idarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ƏN/2212 nömrəli telefonoqrama əsasən xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. xx.xx.1988-ci ildən SHXÇDX-nin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olmuş, 30.12.20U9-CU ildə yaşa gorə hərbi qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X6 xx.xx.1988-ci il tarixindən Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 42a mənzil 39-da qeydiyyatdadır, şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, vət. Gennadiy Əhmədov Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 42a mənzil 39-da qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır: Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MM-nin 40.4-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Azərbaycan Respublikası MM-nin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası MM-nin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası MM-nin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MM-nin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında 8.7-ci bəndinə əsasən, məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Məhkəmə, araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi əmisi xx.xx.1959-cu il təvəllüdlü X2 ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməli, X2 ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X5 ölmüş elan edilsin. X2 ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi Bakı Şəhəri Nərimanov Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar