Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2857/2022 09.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, (Əzizbəyov) Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 562,5 kv.metr olan № 195 nömrəli bağ sahəsi həmin şəxsə, yəni Ərizəçi Şalar oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun illər Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmişdir. İşlədiyi müddət ərzində Bakı şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369№-li qərarı ilə Türkan qəsəbəsində «Çinar» bağçılığın inkişafı ictimai birliyinin yığıncağına əsasən 27 dekabr 1989-cu il tarixli, № 3 nömrəli protokoluna əsasən çıxarış da verilmişdir. Yığıncaq qərarına əsasən 1-dən-200 qədər püşk atma yolu ilə 562,5 kv.metr olan Əzizbəyov rayonu, Türkan qəsəbəsində № 195 nömrəli bağ sahəsi ərizəçiyə ayrılmışdır. Ərizəçi həmin sözügedən, yəni Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 562,5 kv.metr olan, № 195 nömrəli bağ sahəsini özəlləşdirmək üçün elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 02 iyun 2022-ci il tarixli, № 22Q221104165 nömrəli cavabına əsasən bildirmişlər ki, Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən «195» saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə 25 may 2022-ci il tarixli elektron müraciətə aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş «Çinar» bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 02 iyun 2022-ci il tarixli, №22Q221104165 nömrəli imtinasını əsaslandırmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 02 iyun 2022-ci il tarixli, N22Q221104165 nömrəli standart məktubu ilə imtina etsə belə, aşağıda göstərilən əsaslara əsasən Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş «Çinar» bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Ərizəçi Şalar oğlu əvəzinə Ərizəçi Şükür oğlu göstərilmişdir. Belə ki, o, Ərizəçi Şalar oğlu keçir, həmin sənədi təsdiq etmək üçün Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, № 61 nömrəli arayışından görünür ki, Bakı soyuducular zavodunun Əmək kollektivi üçün yoldaşlıq bağçılığı məqsədi ilə tərtib olunmuş Siyahıda 42-ci sırada Ərizəçi Şükür oğlu, Ərizəçi Şalar oğlu kimi olmalıdır. Bundan başqa, Yığıncaq qərarından da, görünür ki, 562,5 kv.metr olan Əzizbəyov rayonu, Türkan qəsəbəsində № 195 nömrəli bağ sahəsi Ərizəçi Şalar oğlu göstərilmişdir. Bundan başqa, «Çinar» bağçılığın inkişafı ictimai birliyinin № 195 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, həmin üzvlük kitabçasında Ərizəçi Şalar oğlu qeyd edilmişdir. Ərizəçi yuxarıda olan məhz ata adında olan yanlışlığa görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində sözügedən bağ sahəsini sənədləşdirə bilmir. Daha sonra ərizəçi dəqiqləşdirmə barədə yazılı ərizə təqdim edərək, Bakı şəhəri, (Əzizbəyov) Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 562,5 kv.metr olan № 195 nömrəli bağ sahəsinə dair sözügedən sənədin Ərizəçi faktının müəyyən edilməsi dair qətnamə çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrini məhkəmə iclaslarına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "Çinar" bağçılığın inkişafı ictimai birliyinin xx.xx.1989-cu il tarixli 3 №-li protokolundan çıxarışdan görünür ki, 1-dən 200-ə qədər püşk atma yolu ilə 562.5 kv.metr olan bağ torpaq sahəsinin sahiblərinin siyahısının protokola əlavə olunması, Əzizbəyov rayonu, Türkan qəsəbəsində № 195-li bağ sahəsinin Ərizəçi ayrılması qərara alınmışdır. “Bakı Çinar Soyuducuları" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 61 saylı arayışın surətindən görünür ki, 27 dekabr 1986-cı il tarixli 33 №-li Protokola əsasən SSRİ-nin 50 illiyi adına Bakı soyuducular zavodunun Əmək kollektivi üçün yoldaşlıq bağçılığı məqsədi ilə tərtib olunmuş Siyahıda 42-ci sırada Ərizəçi Şükür oğlu Ərizəçi kimi olmalıdır; "Çinar" bağçılığın inkişafı ictimai birliyi tərəfindən verilmiş Ərizəçi aid üzvlük kitabçasının surətindən görünür ki, o, xx.xx.1989-cu il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********65 saylı məktubunun surətində “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “195” saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə 25 may 2022-ci il tarixli elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş "Çinar" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan sayılır. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Təqdim edilən sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir” göstərilmişdir; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1938-ci il tarixdə Azərbaycanda doğulmuşdur; xx.xx.2022-ci il tarixli qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Orderin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, 27 dekabr 1986-cı il tarixli 33 №-li Protokola əsasən SSRİ-nin 50 illiyi adına Bakı soyuducular zavodunun Əmək kollektivi üçün yoldaşlıq bağçılığı məqsədi ilə tərtib olunmuş Siyahıda 42-ci sırada ad- Ərizəçi Şükür oğlu kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqəsində vətəndaşın atasının adı “Şahlar” kimi göstərildiyi halda, 27 dekabr 1986-cı il tarixli 33 №-li Protokola əsasən SSRİ-nin 50 illiyi adına Bakı soyuducular zavodunun Əmək kollektivi üçün yoldaşlıq bağçılığı məqsədi ilə tərtib olunmuş Siyahıda 42-ci sırada səhvən “Şükür” kimi göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə baxışı zamanı ərizəçi bildirmişdir ki, torpaq sahəsi (bağ sahəsi) ərizəçiyə ayrılmışdır. Sənəddə ata adının “Şahlar” kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinin göstərilən torpaq sahəsini adına rəsmiləşdirmək üçün müvafiq dövlət orqanlarından razılıq alınmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən faktlar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda sadalanan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən sənəddə olan adın səhv yazılmasının başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 27 dekabr 1989-cı il tarixli 3 №-li Protokola əsasən Ərizəçi ayrılmış Bakı şəhəri, (Əzizbəyov) Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 562,5 kv.metr olan № 195 nömrəli bağ sahəsinə dair sənədlərin («Çinar» bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında 42-ci sırada Ərizəçi Şükür oğlu kimi göstərilmiş) Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2857/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2857/2022
09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver