Məhkəmə qərarları › İş №2(005)-2858/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2858/2024

04.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2858/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, AZƏRŞİN ASC, Cavabdeh3 qarşı (X7 və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «orderin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair Cavabdeh3 "xxxx" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı orderin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini və Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair Cavabdeh3 saxta order vermiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə alınmaları barədə xüsusi qərardad çıxarmaqla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu F.Xoyski prospektindəki 138A saylı bina yataqxanadır, yataqxana “Bakı Şin zavodu"nun balansında olmuşdur, həmin yataqxananın bir otaqlı 47-ci mənzilə dair mərhum X2na 12 may 1994-cü il tarixli 209 saylı 05015 seriyalı order verilmişdir. X2 09 iyun 2013-cü il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “Asan Xidmət" Mərkəzindəki notariat ofisində iddiaçının adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. 12 fevral 2014-cü il tarixdə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin mənzili mərhum anasının adına özəlləşdirmək və həmin mənzil üzərində mərhum anasının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün sənədləri toplayarkən yataqxananın əməkdaşları iddiaçıya bildirdilər ki, mərhum ananın adına olan otaqa dair digər bir şəxsə də order verilmişdir. Sonradan iddiaçı sənədləri əldə etmək üçün müraciət etmişdir. Məlum oldu ki, “Azərşin" ASC tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolundan çıxarışa əsasən Cavabdeh3 həmin otağa dair 186-19-55/ 67 saylı order verilmişdir. Cavabdeh3 17 avqust 2022-ci il tarixində həmin ünvana qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, mərhum anasına verilmiş order ləğv edilməmişdir. Cavabdeh3 tanımır, o heç vaxt həmin yataqxanada yaşamamışdır, həmin otaq həmişə onların istifadəsində olmuşdur, onun adına order verilməsindən və onun qeydiyyata alınmasından məlumatı yoxdur. Bakı şəhəri, F.X.Xoyski küçəsi, 138A saylı yataqxana binası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27 may 2023-cü il tarixli 263 saylı Sərəncamı ilə 07 avqust 2003-cü il tarixdə mövcud vəziyyətdə, əvəzsiz olaraq "xxxx" ASC-nin balansından Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Bina hal-hazırda Birliyin 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisinə daxildir. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisinə Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair Cavabdeh3 "xxxx" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı orderin ləğv edilməsi barədə müraciət etdim. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi C.Alaverdizade tərəfindən imzalanmış 10 may 2023-cü il tarixli 135 saylı cavabla məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(005)- 485/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmadı. İddia tələbinin rədd edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(005)-485/2024 saylı qətnaməsi Nəzakət Şahvələd qızının və “Azərşin" ASC-nin iş üzrə cavabdeh kimi qoyulmaması səbəbilə rədd edilmişdir. Hazırda həmin səhv aradan qaldırılmışdır. Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə (otağa) dair Cavabdeh3 “Azərşin" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/67 saylı order etibarsızdır, Cavabdeh3 həmin dövrdə həmin zavodda işləməmişdir, ona order sonradan verilmiş, orderin verilməsi tarixi əvvəlki tarixə yazılmışdır. Həmin dövrdə yataqxana binasının "xxxx" ASC-inin balansından Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına verilməsi məsələsi gündəmdə olub, bunu bilə vəzifəli şəxs saxta protokol tərtib edərək Cavabdeh3 adına order yazdırmışdır. İddiaçı hesab edir ki, Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair Cavabdeh3 ‘'Azərşin” ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı order saxtadır, həmin orderin verilməsində yeganə məqsəd sökülən yataqxana binasından pul qazanmaqdır. Həmin order boş olan otağa verilməmişdir. Cavabdeh3 xx.xx.2022-ci il tarixində həmin yataqxanaya qeydiyyata alınması da həmin orderin sonradan verildiyini təsdiq edir. İddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi C.Allahverdiyev tərəfindən imzalanmış 10 may 2023-cü il tarixli 135 saylı cavabı qanunaziddir və hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olur. Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair Cavabdeh3 “Azərşin" ASC-i tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu əsasında 186-19-55/67 saylı order verilmişdir, Cavabdeh3 həmin mənzilə 2022-ci ilin avqust ayında qeydiyyata alınmışdır. Həmin fakt da təsdiq edir ki, Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair Cavabdeh3 verilmiş order saxtadır, order 2022-ci il tarixində verilmişdir, orderə “Azərşin" zavodunun möhürü vurulmuşdur, mənzilə dair anasına verilmiş order isə Zavod HİK-nin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh3 Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair saxta order verən və onu həmin mənzilə qeydiyyata aldıran vəzifəli şəxslərin əməllərində cinayət tərkibi vardır. Həmin şəxslər yataqxananın sökülməsindən istifadə edərək Cavabdeh3 adına saxta order yazmış və onu həmin mənzilə qeydiyyata aldırmışlar. Cavabdeh3 uzun müddətdir ki, başqa ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, həmin yataqxananın yerini tanımır. Daha sonra X7 və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X15 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Qeyd edir ki, X8 1985-ci ildə Bakı Şin zavoduna (indiki "xxxx" ASC) işə qəbul olunub. 1994-cü ildə Bakı Şin zavodunun Həmkarlar Komitəsinin iclasının protokoluna əsasən ona zavodun F.X.Xoyski prospektində yerləşən 138a nömrəli binanın 47-ci mənzilində yaşamaq üçün order verilmişdir. X8 9 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə 18 iyun 2013-cü ildə AZ-İN = 622352 xx.xx.2018-ci ildə X3 oğlu İddiaçı "xxxx" ASC-yə müraciət edərək F.X.Xoyski prospekti 138a saylı binanın 47 mənzilinə verilmiş order cırılmış olduğuna görə ona xahişi əsasında dublikat verilmişdir. Əlavə olaraq qeyd edir ki, Cavabdeh3 Bakı Şin zavodunun (indiki "xxxx" ASC) işçisi olmamışdır. "xxxx" ASC-nin keçmiş rəhbərliyi tərəfindən Cavabdeh3 adına verilmiş orderdə göstərilmiş HİK-nin 24 saylı xx.xx.2003-cü il tarixli protokol mövcud deyildir. Eləcə də, bu orderin verilməsi haqqında digər heç bir sənəd aşkar olunmayıb. Zavodun yataqxanasında yer almaq hüququ yalnız zavod işçilərinə verilir. Digər cavabdehlərə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişlər. Məhkəmə iclasa onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları 209 № 05015 seriyalı orderin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu F.Xoyski prospektində yerləşən 138 saylı yataqxananın 47 №-li mənzilinə dair X4 12 may 1994-cü il tarixdə order verilmişdir. AR Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun məzmunundan müəyyən olunur ki, iddiaçıya F.X.Xoyski prospekti, 138A saylı yataqxana binasının 47 saylı mənzilinə "Azərşin” ASC tərəfindən vətəndaş Cavabdeh3 hansı əsaslarla Order verilməsinin araşdırılması, həmin Order sənədinin etibarsız sayılması və ləğv olunması barədə Qərar qəbul edilməsi üçün aidiyyəti məhkəmə orqanında iddia qaldırılması tövsiyyə olunmuşdur. AR DİN Nərimanov Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, aparılan araşdırma nəticəsində ünvan 2 ünvanında pasport qeydiyyatında heç kimin olmadığı müəyyən edildiyi bildirilmişdir. "xxxx" ASC-nin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunun məzmunundan aşağıdakılar müəyyən olunur: Bakı Şin zavodu tərəfindən X4 HİK-nin xx.xx.1999-cu il tarixli 77-li protokoluna əsasən F.Xoyski pki 138a-da yerləşən 64 saylı otağı verilmiş, bu orderə müəyyən səbəbdən sonradan (itməsi, cırılması) səbəbindən xx.xx.2002-ci il tarixində dublikat order verilmişdir. Bu olaq özəlləşdirilmişdir. xx.xx.1994-cu il tarixli 99 saylı protokoluna əsasən F.Xoyski p-ki 138a-da yerləşən yataqxananın 47 saylı otağına order verilmişdir. Sonradan bu orderin saxlanılması zamanı cırıldığından dublikat order verilmişdir. Bakı Şin zavodu HİK-nin xx.xx.1994-cü il tarixli 99 saylı protokolu ilə X3 adına verilmiş 209 nömrəli 05015 seriyalı orderin 2003-cü il 6 avqust tarixinə qədər orderin qüvvədən düşməsi haqqında rəsmi sənəd aşkar olunmamışdır. 2003-cü il 6 avqust tarixindən binalar, yataqxanalar Bakı şəhəri İcra Hakimiyyətinin xüsusi təyinatlı kommunal təsərrüfat birliyinə verilmişdir. Cavabdeh3 F.Xoyski p-kı 138a saylı binanın (yataqxananın) hər hansı bir otağına order verilməsi barədə sənəd aşkar olunmadı. "xxxx" ASC-nin HİK-nin xx.xx.2003-cü il tarixli, 24 saylı protokol mövcud deyil. Buna görə də hər hansı orderin qüvvədə olması müzakirə mövzusu deyil. Cavabdeh3 adlı bir işçi keçmiş Şin zavodunda hal-hazırki, "xxxx" ASC-də işçi olmayıb və buna görə hər hansı bir orderin qanuni qüvvəsi yoxdur. Yataqxanalarda yaşamaq üçün yer ancaq zavod işçilərinə verilir. Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X8 09 iyun 2013-cü il tarixdə ölmüşdür. X8 tərəfindən Bakı Şin zavoduna ünvanlanan ərizənin məzmunundan müəyyən olunur ki, X8 F.Xoyski p-ki 138a-da yerləşən yataqxanadan ona otaq verilməsini xahiş etmişdir. Bakı Şin zavodunun xx.xx.1999-cu il tarixli 77-li protokoluna əsasən X3 ərizəsinə baxılmışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh3 haqqında Bakı Şin zavodunun (hazırki "xxxx" ASC) arxiv sənədlərinin araşdırılması nəticəsində Bakı Şin zavodunda işləmədiyi aşkarlanmışdır. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdən ünvan 5 ünvanda qeydiyyatdadır. "xxxx" ASC-nin 186-19 № 67 seriyalı orderin surətindən görünür ki, Cavabdeh3 (fəhlə) Bakı şəhəri, F.Xoyski p-kı 138a saylı binanın 47 saylı otağına dair order verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüffatı Departamentinin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun məzmunundan müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixədək ünvan 6 ünvanında (fərdi yaşayış evi) qeydiyyatda olmuş, qeyd edilən tarixdə Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 103 saylı mənzil-kommunal istismar sahəsinin xidmət dairəsində olan Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10 saylı evin 76 saylı mənzilinə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdən isə Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 138A, mənzil 47 ünvanına qeydiyyata alınmışdır. İlqar Əhlimanov küçəsi, 10 saylı evin 76 saylı mənzili xx.xx.1987-ci il tarixli 226976 saylı orderlə X5 verilmiş və mənzil özəlləşdirilərək, daha sonra alqısatq müqavilələri əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir. N.Ş.X9 küçəsi, 10 saylı evin 76 saylı mənzilinə hansı əsasla qeydiyyata alınmasını müəyyən etmək mümkün olmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-485/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ("xxxx" ASC və Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) «orderin etibarsız hesab olunması» tələbinə dair mülki iş üzrə iddiaçının vəkili Vəkil mülki işin məhkəmə iclasının protokoluna dair verilmiş qeydləri rədd edilmişdir. "xxxx" ASC tərəfindən Nərimanov Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə ünvanlanan məktubun məzmunundan müəyyən olunur ki, X8 1985-ci ildə Bakı Şin zavoduna (indiki "xxxx" ASC) işə qəbul olunmuşdur. 1994-cü ildə Bakı Şin zavodunun Həmkarlar Komitəsinin iclasının protokoluna əsasən (protokol № 99 xx.xx.1994) ona zavodun F.X.Xoyski prospektində yerləşən 138 a nömrəli binanın (yataqxana) 47-ci mənzilində yaşamaq üşün order verilmişdir. X8 9 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə 18 iyun 2013-cü ildə AZ- İN = 622352 xx.xx.2018-ci ildə X3 oğlu İddiaçı "xxxx" ASC-yə müraciət edərək F.X.Xoyski prospekti 138 a saylı binanın 47 mənzilinə verilmiş order cırılmış olduğuna ona dublikat verilməsini xahiş etmişdir. Onun xahişi təmin olunmuş ona dublikat order verilmişdir. Əlavə olaraq qeyd olunur ki, Cavabdeh3 adlı Bakı Şin zavodunun, (indiki "xxxx" ASC-nin) işçisi olmamışdır. Bu barədə müvafiq arayış təqdim olunmuşdur. "xxxx" ASC-nin keçmiş rəhbərliyi tərəfindən Cavabdeh3 adına verilmiş orderdə göstərilmiş HİK-nin 24 saylı xx.xx.2003-cü il tarixli protokol mövcud deyildir. Eləcədə bu orderin verilməsi haqqında digər hec bir sənəd aşkar olunmamışdır. Zavodun yataqxanasında yer almaq hüquqi yalnız zavodda (cəmiyyətdə) işləyən işçilərə verilir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1535/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən məcburi köçkün olan cavabdehlər X16, X7 və X6 xx.xx.1994-cü il tarixli 209 saylı 05015 seriyalı orderə əsasən iddiaçı X3 adına olan ünvan 9 ünvanda yerləşən bir otaqlı 47 saylı mənzildən çıxarılması və onların başqa mənzil və ya evlə təmin olunmalarına qədər mənzildən çıxarılmalarının təxirə salınması qət olunmuşdur. EMİS-dən əldə olunan məlumatlardan müəyyən olunur ki, X16 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Kommunal ödənişlərlə bağlı qəbzlərdən görünür ki, X16 F.X.Xoyski küçəsi ev 138a mənzil 47 ilə bağlı su, işıq, qaz ödənişlərini etmişdir. 115 saylı MKİS tərəfindən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli 25 №-li məktubun məzmunundan müəyyən olunur ki, F.X.Xoyski 138a saylı yataqxananın 47 saylı otağına “Bakı Şin Zavodu” tərəfindən xx.xx.1994-cü il tarixli 209 saylı 05015 seriyalı order mərhum X4 verilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2003-cü il tarixli 186- 19-55/67 saylı order Cavabdeh3 verilmişdir. xx.xx.2022-ci il tarixdə AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 138a mənzil 47-də pasport qeydiyyatdadır. Qeyd olunur ki, F.X.Xoyski küçəsi ev 138a mənzil 47-də 1994-cü ilin may ayından hal-hazıradək X1 rayon məcburi köçkün kimi müvəqqəti məskunlaşıb yaşayır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: X8 1985-ci ildə Bakı Şin zavoduna (indiki "xxxx" ASC) işə qəbul olunmuşdur. 1994-cü ildə Bakı Şin zavodunun Həmkarlar Komitəsinin iclasının protokoluna əsasən (protokol № 99 xx.xx.1994) ona zavodun F.X.Xoyski prospektində yerləşən 138 a nömrəli binanın (yataqxana) 47ci mənzilində yaşamaq üçün order verilmişdir. X8 09 iyun 2013-cü il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci ildə X3 oğlu İddiaçı "xxxx" ASC-yə müraciət edərək F.X.Xoyski prospekti 138 a saylı binanın 47 mənzilinə verilmiş order cırılmış olduğuna ona dublikat verilməsini xahiş etmişdir. Bu zaman həmin mənzilə dair Cavabdeh3 adlı şəxsə də order verildiyi barədə İddiaçı məlumat verilmişdir. Lakin Cavabdeh3 adlı Bakı Şin zavodunun, (indiki "xxxx" ASC-nin) işçisi olmamışdır. "xxxx" ASC-nin keçmiş rəhbərliyi tərəfindən Cavabdeh3 adına verilmiş orderdə göstərilmiş HİK-nin 24 saylı xx.xx.2003-cü il tarixli protokol mövcud deyildir. Zavodun yataqxanasında yer almaq hüququ yalnız zavodda (cəmiyyətdə) işləyən işçilərə verilir. Məhkəmə yerli baxış zamanı müəyyən etmişdir ki, mübahisəli yaşayış otağı 138a saylı ünvanda yerləşən binanın 4-cü mərtəbəsi sağ tərəfdə yerləşir. bir giriş qapısı var, yaşayış sahəsi bir otaq və balkondan ibarətdir, əşyalar mövcud deyil, yaşayış üçün şərait yoxdur, təmirsizdir. Otaqda olan lazımsız əşyalardan və toz qatından görünür ki, mənzildə xeyli müddətdir ki, yaşayış yoxdur. Mənzilin açarı həmin ərazidə tikinti-söküntü işləri aparan MTK nümyayəndəsindədir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir iddia tələbinə qiymət verməmişdən əvvəl iddiaçının hazırki iddianı irəli sürməsi üçün tələb olunan subyektiv hüquqa malik olub-olmadığı aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İddiaçının hazırki iddianı qaldımaq üşün subyektiv hüququnun olması ya mübahisəli evdə yaşamasını təsdiq edən müvafiq sənədlərlə, yaxud da orderdə öz adının, yaxud da istinad etdiyi kimi anasının adının qeyd edilməsi ilə təsdiq edilə bilər. Mülki işin materiallarından aydın olur ki, mərhum X8 "xxxx" ASC-nin (1985-ci ildən) işçisi olmuş və ona xahişi əsasında zavod tərəfindən Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair xx.xx.1994 tarixdə 99 nömrəli protokol əsasında yaşaması üçün order verilmişdir. X8 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hazırda İddiaçı qismində çıxış etməsini mümkün hesab edir. İş materiallarından müəyyən olunur ki, iddia tələbinin mahiyyətini Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair cavabdeh "xxxx" ASC tərəfindən digər Cavabdeh3 verilmiş 186-19-55/ 67 saylı orderin etibarsız sayılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki işin faktiki hallarından aydın olur ki, iddiaçının mərhum X2 1985-ci ildə Bakı Şin zavodunda (indiki "xxxx" ASC) işləmişdir. Azərbaycan Respublikasının xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan sənədlərdən sözügedən yataqxananın (Bakı şəhəri, F.Xoyski küçəsi, 138A saylı evin 47-ci mənzil) "xxxx" ASC-nin (əvvəlki Bakı Şin Zavodu) balansında olduğu, ASC tərəfindən işçilərə yaşayış üçün orderlərin verildiyi aydın olur. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan iddiaçının anası mərhum X3 zavodda işlədiyi və buna görə də ona həmin mənzildə yaşaması üçün order verildiyi aydın olur. Bu faktı ASC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq etmişdir. Yəni aydın olur ki, X8 həmin zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənzilə köçmüşdür. Lakin mənzilə dair hər iki tərəfin, yəni iddiaçının mərhum X2nın və Cavabdeh3 adına müvafiq orderlər mövcuddur. Qeyd olunan mənzili order əsasında şəxslərin istifadəsinə vermək səlahiyyəti daşımış "xxxx" AS-nin məhkəməyə təqdim edilən sənədlərdə və məhkəmə iclasında verdiyi izahatlarda Cavabdeh3 isə zavodun işçisi olmadığı və mənzilə dair orderin hansı qaydada alınmasının ASC-yə məlum olmadığı bildirilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı verilmiş verilmiş sorğular əsasında əldə edilmiş sənədlərdən Cavabdeh3 mübahisəli mənzilə dair orderin verilməsinə əsas olmuş sənədlərin arxivdə aşkar olunmadığı müəyyən olunmuşdur. Beləliklə, aydın olur ki, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Göründüyü kimi, qanunvericilik yataqxanada mənzil sahəsini tutmaq üçün orderin müdriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilməsini nəzərdə tutur. Analoji qərar isə hazırki iş üzrə də mövcud deyil və cavabdehə də order verilməsinin qanuni əsasları aşkar olunmur. Digər tərəfdən məhkəmə “boş olmayan mənzilə dair orderin verilməsi” ilə bağlı iddianın dəlillərini də əsaslı hesab edir. Belə ki, cavabdehə orderin verildiyi zaman (xx.xx.2002-ci il tarixdə) həmin mənzil (otaq) mərhum X4 məxsus olmuş, onun vəfatından sonra isə iddiaçı, yəni oğlu İddiaçı orada yaşamağa davam etmişdir. Göründüyü kimi, qeyd edilən mənzil həm faktiki olaraq, həm də hüquqi cəhətdən boş olmamışdır. Məhkəmə qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 01dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində “orderin yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilməsi” dedikdə yaşayış sahəsinin “qanuni” olaraq, yəni “hüquqi cəhətdən” boş olması nəzərdə tutulur. Yəni, qeyd edilən normada mənzilin “boş olması” deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola başqa şəxsə orderin verilməsinin imkansız olmasını müəyyən edir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi kimi, Cavabdeh3 sözügedən mənzilə dair orderin verilməsinin heç bir qanuni əsası müəyyən olunmur. Həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 49-cu maddəsinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Bakı şəhəri, X20 küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair Cavabdeh3 "xxxx" ASC tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı order etibarsız hesab edilməlidir. Bundan başqa, iddiaçı tələbində “Cavabdeh3 saxta order vermiş şəxslərin müəyyən edilməsi və barələrində xüsusi qərardad çıxarılması”nı qeyd edir. Məhkəmə qeyd edir ki, bu məsələ tələb kimi irəli sürülsə də, hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda, məhkəmə qeyd edir ki, araşdırma zamanı cavabdeh qurumların hərəkətlərində cinayətin əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, X20 küçəsi, 138A saylı evin 47-ci mənzilinə dair Cavabdeh3 "xxxx" ASC tərəfindən zavod HİK-nin 24 aprel 2003-cü il tarixli 24 saylı protokolu ilə verilmiş 186-19-55/ 67 saylı order etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar