Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2861/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********52071 olan Samsung Galaxy A8 markalı telefon üçün 760 manat ödənilməmiş hissə, 76 manat cərimə, cəmi 836 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********85741 və **********85212 olan 2 ədəd Nokia 2.1 markalı telefon üçün 240 manat ödənilməmiş hissə, 24 manat cərimə, cəmi 264 manat, ümumilikdə 1100 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1130 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52071, **********85741 və **********85212 olan Samsung Galaxy A8 və 2 ədəd Nokia 2.1 markalı telefon almış və nəticədə 1100 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1920 manat (24 ay x 80 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********52071 olan Samsung Galaxy A8 markalı telefon üçün ümumilikdə, 836 manat olmaqla ondan, 760 manat ödənilməmiş hissə, güzəşt olunaraq 76 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 manat (12 ay x 48 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********85741 və **********85212 olan 2 ədəd Nokia 2.1 markalı telefon üçün ümumilikdə, 264 manat olmaqla ondan, 240 manat ödənilməmiş hissə, güzəşt olunaraq 24 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1496 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh dəyəri 1920 manat olan İMEİ Kodu **********52071, **********85741 və **********85212 olan Samsung Galaxy A8 markalı telefon götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə əsasən İMEİ Kodu **********52071, **********85741 və **********85212 olan Samsung Galaxy A8 markalı telefonu tam qüsursuz vəziyyətdə təhvil almışdır. xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 80 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh dəyəri 576 manat olan 2 ədəd Nokia 2.1 markalı telefon götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə əsasən 2 ədəd Nokia 2.1 markalı telefonu tam qüsursuz vəziyyətdə təhvil almışdır. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 48 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1000 manat əsas borc, 100 manat cərimə pulu olmaqla, cəmi 1100 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat ödənilməmiş hissə, 100 manat cərimə, ümumilikdə 1100 (bir min yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 manat ödənilməmiş hissə, 100 manat cərimə, ümumilikdə 1100 (bir min yüz) manat borc və 30 (otuz) manat dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2861/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2861/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver