Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2864/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh 56 saylı Körpələr X16 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 56 saylı Körpələr X15rşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh 56 saylı Körpələr X15rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 56 saylı Körpələr X20 tərəfindən verilmiş “İşçinin işdən azad edilməsi” barədə 1 saylı, xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdırki, o, xx.xx.2012-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri X2 və X18nə məxsus 56 saylı körpələr X17 dayə kimi əmək fəalyyətinə başlamışdır. O işlədiyi müddət ərzində əmək müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəliklərini tam icra etmiş, rəhbərlik tərəfindən əmək fəaliyyəti müsbət qiymətləndirilmiş və xx.xx.2013-cü il tarixli, N25 saylı əmri ilə tərbiyəçi vəzifəsinə təyin edilmişdir. İddiaçı işlədiyi müddətdə körpələrə göstərdiyi diqqət və qayğı daim müdiriyyət tərəfindən müsbət qiymətləndirilmiş və fasiləsiz olaraq xx.xx.2020ci il tarixinə kimi o öz peşəsini layiqincə icra etmişdir. Sonradan işlədiyi körpələr evinin müdiriyyəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dəyişdirilmiş və körpələr evinə yeni müdir təyin edilmişdir. Yeni müdir təyin olunandan bir müddət sonra iddiaçını yanına çağıraraq bildirmişdir ki, guya onun analıq məzuniyyətində olan başqa bir işçinin vəzifəsini müvəqqəti icra etdiyini və həmin işçi işə çıxacağı üçün iddiaçının ərizə yazıb işdən ayrılmağını tələb etmişdir. İddiaçı bunun cəfəngiyat olduğunu, onun əmək müqaviləsi və müvafiq əmrlə vəzifəyə təyin olunduğunu, əmək kitabçasında da bu cür qeyd olunduğunu bildirsə də, onunla razılaşmadan ərizə yazıb işdən ayrılmağını tələb etmişdir. İddiaçı analıq məzuniyyətinin 7 il ola bilməyəcəyini və olsa belə müvafiq əmrdə bu barədə göstərilməli olduğunu qeyd etmişdir. Bir neçə gün keçdikdən sonra kadrlar onu işə buraxmamış müdiriyyət tərəfindən işdən azad edildiyini bildirmişdirlər. O, müvafiq ərizə yazmadan işdən necə çıxarıldığını soruşanda isə ona heç bir cavab verilməmişdir. İddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə müvafiq ərizə ilə müraciət edərək, müvafiq araşdırılma aparılmasını tələb etmişdir. Müfəttişlik tərəfindən müvafiq araşdırılma aparılmış və 56 saylı Körpələr X16 müdiriyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Körpələr evinin müdiriyyəti barəsində olan inzibati xəta ilə razılaşmış müvafiq cəriməni dövlət büdcəsinə ödəmişdir. Dövlət Əmək Müfəttişliyinin müvafiq qərarı xx.xx.2020-ci il tarixində iddiaçının ünvanına rəsmi olaraq göndərilmişdir. İddiaçı Dövlət Əmək Müfəttişliyinin işə bərpa səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə ləğv edildiyindən işdən azad edilməyə dair xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək zərurətinin yarandığını qeyd etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh 56 saylı Körpələr X16 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi əsasında ləğv edilməsi tələb olunan xx.xx.2020-ci il tarixli 01 saylı əmr “56 saylı körpələr evi - uşaq bağçası”nın xx.xx.2020-ci il tarixli 07 saylı əmri ilə dəyişdirilmişdir. Yəni işə götürən əmri rəsmiləşdirərkən texniki səhvə yol verərək əmrdə AR ƏM-nin normasına düzgün olmayan formada istinad etməklə, texniki səhv əsasında əmrdə, AR ƏM-nin 69.3-cü bəndi kimi yanlış qeyd etdiyindən, qeyd olunan yanlışlıq aradan qaldırılmışdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, “56 saylı körpələr evi - uşaq bağçası”nın mübahisələndirilən əmrin dəyişdirilməsinə dair xx.xx.2020-ci il tarixli 07 saylı əmrin surətini, iddiaçının 2013-cü ildə tərbiyəçi vəzifəsinə keçirilməsi və həmin vaxta qədər tərbiyəçi vəzifəsində işləmiş və sonrakı illərdə (analıq, uşağa qulluq) “sosial məzuniyyət” ilə əlqədar məzuniyyətdə olmuş X3 məzuniyyətdə olması ilə əlaqədar əmrlərin surətləri təqdim edilir. İddiaçının mübahisələndirdiyi əmrdə yol verilmiş yanlışlıq aradan qaldırılmışdır. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1982-ci il tarixdə Qəbələr rayonu, Vəndam qəsəbəsində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2004-cü il tarixdə 12 nömrəli əmr ilə Qəbələ rayonu C.Yusifov adına X10 dərnək rəhbəri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə 175 nömrəli əmr ilə Qəbələ rayonu C.Yusifov adına X7 dərnək rəhbəri vəzifəsindən azad edilmiş, xx.xx.2012-ci il tarixdə 30 nömrəli əmrlə 56 saylı Körpələr X17 dayə vəzifəsinə qəbul olunaraq onunla əmək müqaviləsi bağlanmış, xx.xx.2013-cü il tarixdə 25 nömrəli əmrlə xx.xx.2013-cü il tarixdən tərbiyəçi vəzifəsinə keçirilərək onunla əmək müqaviləsi təzələnmiş, xx.xx.2020-ci il tarixdə 01 nömrəli əmr ilə 56 saylı Körpələr X16 tərbiyəçisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.3-cü maddəsinə əsasən (Əmək Məcəlləsində qeyd olunan norma mövcud deyil) ləğv edilmişdir; İş materiallarına əlavə edilən iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilən Nərimanov rayon 56 saylı Körpələr X20 (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinin (kontraktın) nümunəvi formasının surətinə əsasən Mikayıllı X8 rayonu 56 nömrəli Körpələr evi-uşaq Bağçasının tərbiyəçisi vəzifəsinə işə qəbul edilmişdir; Nərimanov rayonu 56 saylı körpələr X16 xx.xx.2013-cü il tarixli, 20 saylı əmrindən görünür ki, X6 xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinə kimi analıq məzuniyyətinə buraxılmışdır; Nərimanov rayonu 56 saylı körpələr X16 xx.xx.2013-cü il tarixli, 25 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən analıq məzuniyyəti yerinə tərbiyəçi vəzifəsinə keçirilərək, 1 ştat işləmiş sayılmışdır; Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx.xx.2020-ci il tarixli, 936097bb-f70e-420d-94de-a33c6cf60c82 saylı “İş yerinə dair arayışı”nın surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müddətsiz olaraq, hər ay 360 (üç yüz altmış) manat əmək haqqı ödənilməklə 56 saylı Körpələr X16 tərbiyəçisi vəzifəsində çalışır; Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli İddiaçı ünvanlanmış cavab məktubunun surətinə əsasən İddiaçı bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər X2 və X14 rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən və onun xx.xx.2020-ci il tarixində təqdim etdiyi izahatdan məlum olmuşdur ki, İddiaçı öz xahişi ilə işdən azad olunmağını əmək qanunvericiliyinin tələbləri pozularaq AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) xitam verilmiş, həmçinin son haqq-hesabı sonuncu iş günü ödənilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq 56 saylı Körpələr Evi-Uşaq Bağçasının rəhbərinə xx.xx.2020-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. İddiaçı razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər X2 və X14 xx.xx.2020-ci il tarixli, 07 saylı “56 saylı körpələr evi- uşaq bağçasının xx.xx.2020-ci il tarixli, 01 saylı əmrin dəyişdirilməsi haqqında” əmrinin surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə bağçanın tərbiyəçisi vəzifəsində çalışmış İddiaçı işdən azad olunması barədə 01 saylı əmr verilmişdir. Əmrin verilməsi üçün əsas olaraq “sosial məzuniyyətdən” qayıdan Allahverdiyeva Leylanın işə çıxması göstərilmiş, lakin texniki səhvə yol verilərək əmrdə AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə istinad olunmuşdur. Əslində əmrdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunmalı olduğu halda, əmrdə texniki səhvə yol verilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə 2 (iki) saylı əmr əsasında L.Ə.Allahverdiyevanın sosial məzuniyyətdə olma müddəti bitdiyi üçün, öz tərbiyəçi işinə qayıdıb, işdə hesab edilmişdir. Göstərilənləri nəzərə alaraq, 56 saylı körpələr evi- uşaq bağçası”nın tərbiyəçisi İddiaçı işdən azad olunmasl barədə “xx.xx.2020-ci il tarixli, 01 saylı əmri” dəyişdirilərək, “İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən etibarən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, müddətli əmək müqaviləsinin xitam verilməsi əsasları barədə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin əmək müqavilələrin bildirişi sistemində - əmək müqaviləsinə xitam verilməsinin əsasları bölməsində ƏM-nin, “69.3-cü “ bəndi dəyişdirilərək, 68-ci maddənin 2-ci hissənin “b” bəndi (sistemində) qeyd olunmuş və İddiaçı əmək müqaviləsinə müvafiq düzəlişlər aparılması əmr edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx0001X0 nömrəli X11nə əsasən İddiaçı ilə xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) xitam verilmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər X2 və X14 xx.xx.2020-ci il tarixli, 02 saylı əmrinin surətindən görünür ki, uşaq bağçasının tərbiyəçisi X6 xx.xx.2020-ci il tarixdən sosial məzuniyyəti bitdiyi üçün öz tərbiyəçi işinə qayıdaraq işdə hesab edilmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər X2 və X14 Əmək və X9 Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı məktubun surətindən görünür ki, “56 saylı körpələr evi - uşaq bağçası”nda dayə vəzifəsində işləmiş İddiaçı öz razılığı ilə xx xxxxxxxx 2013-cü il tarixdən etibarən analıq məzuniyyəti yerinə - tərbiyəçi vəzifəsinə keçirilmişdir. Qeyd olunan təyinat ilə əlaqədar “X11” xx.xx.2013-cü il tarixdə elektron informasiya sistemində yerləşdirilmişdir. 56 saylı körpələr evi - uşaq bağçası”nın əmri əsasında “56 saylı körpələr evi - uşaq bağçası”nın tərbiyəçisi X6 xx xxxxxx 2020-ci İl tarixdə sosial məzuniyyəti bitdiyi üçün, öz tərbiyəçi işinə qayıdıb və həmin tarixdən etibarən işdə hesab edilmişdir. Uşaq bağçasının xx xxxxxx 2020-ci il tarixli digər əmri əsasında xx.xx.2013-cü il tarixdən etibarən sosial məzuniyyət yerinə tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, İddiaçı - sosial məzuniyyətdə olmuş işçi işə qayıtdığı üçün, xx.xx.2020-ci il tarixdən etibarən onunla bağlanmış “əmək müqaviləsi” xitam edilmişdir. Qeyd olunan əmr rəsmiləşdirilərkən texniki səhvə yol verilərək, AR ƏM-nin 69.3 bəndi ilə müqaviləyə xitam verilmişdir. “X11” xx.xx.2020-ci il tarixdə elektron informasiya sistemində qeydə alınmışdır. Vətəndaş İddiaçı şikayəti əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq araşdırma aparılaraq, yol verilmiş nöqsanlara görə “56 saylı körpələr evi - uşaq bağçası”nın müdiri inzibati məsuliyyətə cəlb edilməklə, cərimə edilmişdir. Qeyd olunanları nəzərə almaqla əmr rəsmiləşdirilərkən texniki səhv olaraq, AR Əmək Məcəlləsinin maddəsinə düzgün istinad edilmədiyi üçün, “Bakı şəhər X2 və X18” tərəfindən “56 saylı körpələr evi - uşaq bağçası”nın müdiri intizam məsuliyyətinə cəlb edilmişdir. “56 saylı körpələr evi-uşaq bağçası”nın xx xxxxxx 2020-ci il verilmiş texniki səhvi aradan qaldırmaq məqsədilə, xx xxxxxx 2020-ci il tarixdə “56 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2020-ci il tarixli 01 saylı əmrin dəyişdirilməsi haqqında” 07 saylı əmr rəsmiləşdirilmişdir. Bu əmr əsasında xx.xx.2020-ci il tarixli, 01 saylı əmr dəyişdirilərək “İddiaçı ilə bağlanmış müddətli “əmək müqaviləsi”nə xx.xx.2020-ci il tarixdən etibarən, AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilsin” qəbul olunmuşdur. İddiaçı “əmək müqaviləsi”nə xitam verilməsi ilə bağlı “X11”ndə (sistemə daxil edilmə tarixi xx.xx.2020-ci il) müvafiq qaydada düzəliş etməklə, “əmək müqaviləsi”nə xitam verilməsinin əsasında yol verilmiş texniki səhvi, yəni Əmək Məcəlləsinin 69.3-cü bəndini elektron informasiya sistemində dəyişdirərək, “əmək müqaviləsi”nin xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndi kimi qeyd edilməsinə dair köməklik etməyi xahiş etmişdir; Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər X2 və X14 xx.xx.2020-ci il tarixli, 10-1376/010 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində 247,67 (iki yüz qırx yeddi manat, altmış yeddi qəpik) manat son haqq hesab hesablanaraq onun kartına köçürülmüşdür; Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin, işin həqiqi halları və işdə iştirak edən şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Mərkəzləşdirilmiş Elektronİnformasiya Sisteminin xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müddətsiz olaraq, hər ay 360 (üç yüz altmış) manat əmək haqqı ödənilməklə 56 saylı Körpələr X16 tərbiyəçisi vəzifəsində çalışmış, işçinin uşaq bağçasının tərbiyəçisi X1 məzuniyyətdə olduğu dövr üçün işə götürülməsi sübut olunmamışdır. Əksinə, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, işçinin əmək kitabçasında onun işdən azad olunması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.3-cü maddəsinə istinad olunmaqla göstərilmişdir. Bundan başqa, Nərimanov rayonu 56 saylı körpələr X16 xx.xx.2013-cü il tarixli, 25 saylı əmri ilə İddiaçı xx.xx.2013-cü il tarixdən analıq məzuniyyəti yerinə tərbiyəçi vəzifəsinə keçirilməsinə razılıq verilməsi barədə ərizəsi, həmin əmrlə İddiaçı işçi kimi tanış olması iş materialları ilə sübut olunmur. Əmrin surəti iddiaçıya verilmədiyindən, qanunvericiliyin tələbləri cavabdeh təşkilat tərəfindən kobud surətdə pozulmuşdur. Bundan başqa, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə isə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. İşəgötürənin əmrində əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi düzgün göstərilməmiş, əmək kitabçası yalnış doldurulmuş, göstərilmiş olduğu halda, əmək müqaviləsinin hansı əsasla ləğv edilməsi əmrdə öz əksini tapmamışdır. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə tərəflər arasında bağlanmış hansı tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilməmişdir. Lakin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın oldu ki, tərəflər arasında münasibətlər müddətli əmək müqaviləsi olmuş, İddiaçı X3 yerinə işə götürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətli əmək müqaviləsi olmasına əsaslanmaqla xitam verilməsi qanunsuz və əsassızdır. Ona görə ki, iş materiallarından da aşkar surətdə göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi işəgötürən tərəfindən təqdim olunmamış, iddiaçı yalnız lazımi qaydada doldurulmamış, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin surətini təqdim etmişdir. Həmin müqavilədə isə işçinin hər hansı müddətə işəgötürülməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası” adlanan 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə, eyni zamanda, əmək müqaviləsi işçinin başqa şəxsin yerinə müvəqqəti işə keçirilməsi zərurəti ilə əlaqədar bağlanmış müqavilə olmasına dair cavabdehin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin göstərilən dəlilləri də əsassızdır, bu barədə sübut təqdim olunmamışdır. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası” adlanan 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin işçinin əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair dəlillərini əsassız hesab edir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqaviləsinin müddəti” adlanan 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Beləliklə, əmək müqaviləsinə xitam verilməsinin faktiki və hüquqi əsası yoxdur. Buna görə də iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən, əvvəlki vəzifəsinə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 56 saylı Körpələr X20 tərəfindən verilmiş İddiaçı “İşçinin işdən azad edilməsi” barədə 1 saylı, xx.xx.2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı 56 saylı Körpələr X17 tərbiyəçi vəzifəsinə bərpa edilsin. xx.xx.2020-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2864/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2864/2020
25.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver