Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2874/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” MMC-yə qarşı “İşdən çıxarma əmrinin ləğvi, işə bərpa və maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh” MMC-nin xx.xx.2020-ci il tarixli 59 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək«Cavabdeh” MMC-nin xx.xx.2020-ci il tarixli 59 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi, mənbəvi ziyana görə 20.000 manat məbləğində pulun və qanunsuz işdən çıxarılmaqla əlaqədar məcburi işburaxmaya görə işə bərpa edilən günədək orta əmək haqqı müqabilində ödənilən məbləğin cavabdehdən tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi ilə Cavabdeh MMC-də çapçı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, fəaliyyət göstərdiyi müddət ərzində fəaliyyətində hər hansı nöqsan aşkar edilməmiş, işçilərlə arasında heç bir narazıçılıq olmamış, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və düzgün yerinə yetirmişdir. Son zamanlar koronavirus pondemiyası ilə bağlı olaraq ona hər gün işə çıxmamaqla bağlı göstəriş verildiyindən gündəlik işə çıxmırdı. Yalnız bütün əməkdaşların daxil olduğu “Whatsapp” mobil tətbiqində yaradılmış qrupda işçilərin işə çağırılması barədə məlumat yerləşdirildiyi zaman işə çıxırdı. xx.xx.2020-ci il tarixdə saat təxminən 09 radələrində “Cavabdeh’ MMC də sex rəhbəri vəzifəsində çalışan Fərid İsayev ona zəng edərək işə gecikdiyi barədə iradını bildirdi. O, Fərid İsayevə bildirmişdir ki, bu barədə qrupda hər hansı məlumat mövcud deyil. Lakin, sonradan ona məlum oldu ki, səhər saat 07:30 radələrində qrupda bu barədə məlumat yerləşdirilmişdir. Təxminən 1 saat sonra işə çatan zaman Fərid İsayev onunla kobud danışmağa davam etdi. Bu zaman o, F.İsayevə bildirmişdir ki, işə gəlmək barədə məlumatlar qrupa hər zaman bir gün öncədən yerləşdirilir. Məlumat yerləşdirilən zaman o, yuxuda olmuşdur. Daha sonra o işdən çıxmağı barədə ərizə yazaraq ofisi tərk etmişdir. Lakin 2 gün sonra e-sosialda şəxsi kabinetinə daxil olan zaman ona məlum oldu ki, şirkət rəhbərliyi heç bir əsas olmadan xx xxxx 2020ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Buna görə də, hesab edir ki, o, məhkəmə qaydasında əvvəlki vəzifəsində işə bərpa olunmalıdır və məcburi işburaxmağa görə itirdiyi əmək haqqı ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında “ Cavabdeh” MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, xx.xx.2020-ci il tarixlərində məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz (xx.xx.2020-ci il tarixli) belə əsaslandırılmışdır ki, müəssisə ərazisində müşahidə kameraları quraşdırılmışdır. Sözügedən kameralara ay ərzində baxış keçirilir. xx.xx.2020ci il taroxdə kaeralara növbəti baxış keçirilərkən İddiaçı və müəssisənin digər əməkdaşı Aytac Həsənzadə tərəfindən özbaşınalığa yol verilmiş, sifariş əmri olmadığı halda əsası olmayan sifarişin icraya yönəldiyi aşkar edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmiş və video müşahidələr həmin cəmiyyətin direktoruna təqdim edilmişdir. Bu səbəbdən iddia əsassızdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, cavabdeh tərəfin etirazlarını nəzərdən keçirərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan ******* syalı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə №11 saylı əmrlə «Cavabdeh” MMC-də çapçı peşəsi üzrə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx xxxx 2020-ci il tarixində iş ərazisinda və icra intizamına nəzarət edilməsi məqsədi ilə aparılan video müşahidələrə növbəti aylıq baxış keçirilərkən İddiaçı və X3 tərəfindən 11-xx xxxx 2020-ci il tarixlərində müvafiq sifariş əmri olmadığı halda İddiaçı və A.Ə.Həsənzadə tərəfindən öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə özbaşına olaraq icraya yönəldiyi və bu barədə müəssisədaxili hər hansı bir məlumatın olmadığı aşkarlanmışdır. Odur ki, kamera müşahidələri əsasında aşkarlanmış bu hal aktla rəsmiləşdirilmiş və akt qeyd olunan kamera müşahələrinin görüntüləri də birlikdə baxılması üçün müəssisənin direktoruna təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan 1 ədəd CD diskdə olan videogörüntülərdən görünür ki, İddiaçı öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə edilməsi faktı aşkarlanmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 59 saylı əmrdən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında tərəflərin izahatları və təqdim edilən sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçıxx.xx.2019-cu il tarixdə əmək müqaviləsi ilə Cavabdeh MMC-də çapçı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, fəaliyyət göstərdiyi müddət ərzində fəaliyyətində hər hansı nöqsan aşkar edilməmiş, işçilərlə arasında heç bir narazıçılıq olmamış, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və düzgün yerinə yetirmişdir. İddiaçı ərizə ilə könüllü işdən azad olunması barədə ərizə yazmışdır. Tərəflər belə ərizənin yazılmamasını mübahisələndirməmişlər. Bununla belə cavabdeh xx xxxx 2020-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Həmin əmrin verilməsinə əsasxx xxxx 2020-ci il tarixində iş ərazisinda və icra intizamına nəzarət edilməsi məqsədi ilə aparılan video müşahidələrə növbəti aylıq baxış keçirilərkən İddiaçı və X3 tərəfindən 11-xx xxxx 2020-ci il tarixlərində müvafiq sifariş əmri olmadığı halda İddiaçı və A.Ə.Həsənzadə tərəfindən öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə özbaşına olaraq icraya yönəldiyi və bu barədə müəssisədaxili hər hansı bir məlumatın olmadığı aşkarlanması ilə bağlı xx xxxx 2020-ci il tarixli akt olmuşdur. Cavabdeh tərəfindən kamera müşahidələri əsasında aşkarlanmış bu hal aktla rəsmiləşdirilmiş və akt qeyd olunan kamera müşahidələrinin görüntüləri iddiaçı tərəfin bunu sübut kimi qəbul etdiyindən və mübahisələndirmədiyindən CD disklə məhkəmə iclasında baxış keçirilmiş və İddiaçı öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə edilməsinə dair həmin videogörüntülərdə hər hansı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “Ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında isə iddiaçının bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Belə ki, iddiaçının əsassız işdən çıxarılmasına cavabdeh tərəfin təqdim etdiyi sübutlardan göründüyü kimi iddiaçının öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə özbaşına olaraq icraya yönəlməsilə bağlı xx.xx.2020-ci il tarixli akt tərtib olunsa da cavabdeh müəssisəyə aid olmayan işin nədən ibarət olmasını həmin aktda qeyd etməmiş və bununla bağlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddiaçının öz şəxsi məqsədləri üçün müəssisəyə aid olmayan işi müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə qaydaların pozulması və müəssisəyə maddi ziyan vurulmasını əsaslandırmaq üçün “xxxx” MMC-nin müəssisədaxili fəaliyyətinə nəzarət edilməsi məqsədilə quraşdırılmış videogörüntülərə istinad edərək iddiaçı tərəfdən pozuntuların aşkar edilməsilə bağlı videogörüntüləri əks etdirən CD diski məhkəməyə təqdim etmişdir. İddiaçı tərəf həmin videogörüntülərə baxış keçirilməsini qəbul etdiyindən və əldə edilən görüntülərlə bağlı etirazı olmadığından məhkəmə həmin CD diski mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə iclasında baxış keçirilmiş həmin CD diskdə olan videogörüntülərdən İddiaçı tərəfindən müəssisənin avadanlıqlarından və materiallarından istifadə etməklə müəssisəyə aid olmayan işin görülməsi halı aşkar edilməmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz olaraq müəssisəyə iddiaçınıntəqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində maddi ziyan vurmasını əsaslandırmağa çalışsa da maddi ziyanın vurulması ilə bağlı hər hansı sübut da təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh işəgötürən Cavabdeh MMC İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləsinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan və iddiaçının iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçı iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X7 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X7 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmiş hallardan göründüyü kimi iddiaçı ərizə ilə könüllü işdən azad olunması barədə ərizə yazmışdır. Buna baxmayaraq cavabdeh onunla əmək müqaviləsinə heç bir əsas olmadan xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. İddiaçı tərəfin məhkəmə iclasında belə ərizənin yazılması ilə bağlı halı tərəflər mübahisələndirməmişlər. İddiaçının işdən azad olunması ilə bağlı ərizə yazaraq könüllü razılğını, habelə fiziki və mənəvi sarsıntılar keçirməsini təsdiq edən sübutlar təqdim etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı deyildir və təmin edilməməlidir. Məhkəmə yuxarıda sadalanan maddi və prossesual hüquq normalarının tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 59 saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki işinə bərpa edilməli, Cavabdeh MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün və işə bərpa edilən günədək əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 59 saylı əmri ləğv edilsin və İddiaçı əvvəlki işinə bərpa edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün və işə bərpa edilən günədək əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2874/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2874/2020
09.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver