Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2876/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LEİ) TV üçün 455 (dörd yüz əlli beş) manat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat dəbbə pulu; 23.10.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********28835 olan Samsung Galaxy A50 markalı telefon üçün 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 148 (yüz qırx səkkiz) manat dəbbə; 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********71625 olan X4 8 markalı telefon üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə. 135 (yüz otuz beş) manat dəbbə pulu. 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən. Epson markalı printer üçün 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə pulu. Ümumilikdə 2391 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx’* MMC ilə 05.02.2020-ci il "23.10.2019-cu il, 12.12.2019-cu il, 02.12.2019-cu il, tarixlərindəki müqavilələrinə əsasən, LG LED TV, İMEİ kodu **********28835 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********71625 olan X4 8 markalı telefon, Epson markalı printer almış və nəticədə 2391 (iki min üç yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1242 (min iki yüz qırx iki) manat (12 ay x 102 manat + 18 manat ilkin ödəniş) olan LG LED) TV üçün 577 (beş yüz yetmiş yeddi) manat olmaqla ondan 455 (dörd yüz əlli beş) nıanat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat dəbbə pulu: Cavabdeh 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV-ni 10.11.2020-ci ilə qədər istifadə etdikdən sonra məhsul 769 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. 23.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 (yeddi yüz qırx dörd) manat (12 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********28835 olan Samsung Galaxy A50 markalı telefon üçün 644 (altı yüz qırx dörd) manat olmaqla ondan. 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 148 (yüz qırx səkkiz) manat dəbbə pulu; 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altıyüz) manat (12 ay x 45 manat 60 manat ilkin ödəniş) olan İMEİ kodu **********71625 olan X4 8 markalı telefon üçün 585 (beş yüz səksən beş) manat olmaqla ondan 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə pulu; 02.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 900 (doqquz yüz) manat (6 ay x 150 manat + 0 manat ilkin ödəniş) olan Epson markalı printer üçün 585 (beş yüz səksən beş) manat olmaqla ondan 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1635 manat təşkil edir. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh izahat verərək, iddia tələbini qismən qəbul etmədiyini, iddiaçının daimi müştərisi olduğunu, televizorun geri qaytarıldığını lakin aşağı qiymətləndirildiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 01000096 nömrəli, 23.10.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy A50 DS markalı mobil telefon. İş materiallarında olan 23.10.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 01000096 nömrəli müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 23.10.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə 01000096 nömrəli, 23.10.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 744 manat təşkil edir. İş materiallarında olan 01121145 nömrəli, 12.12.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: X4 8 4/64 GB markalı mobil telefon. İş materiallarında olan 12.12.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 01121145 nömrəli müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 12.12.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə 01121145 nömrəli, 12.12.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 600 manat təşkil edir. İş materiallarında olan 01094314 nömrəli, 02.12.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Epson markalı printer. İş materiallarında olan 02.12.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 01094314 nömrəli müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 02.12.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə 01094314 nömrəli, 02.12.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 900 manat təşkil edir. İş materiallarında olan 20080663 nömrəli, 05.02.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: LG LED Tv markalı televizor. İş materiallarında olan 05.02.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20080663 nömrəli müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 05.02.2020-ci il tarixli əlavədən görünür ki, bu əlavə 20080663 nömrəli, 05.02.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1242 manat təşkil edir. İş materiallarında olan 13.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 23.10.2019-cu il, 12.12.2019-ci il, 02.12.2019-cu il və 05.02.2020-ci il tarixli müqavilə üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 05.02.2020-ci il tarixli müqavilə üzrə 455 manat ödənilməmiş əsas və 122 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 23.10.2019-cu il tarixli müqavilə üzrə 496 manat ödənilməmiş əsas və 148 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 12.12.2019-cu il tarixli müqavilə üzrə 450 manat ödənilməmiş əsas və 135 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 02.12.2019-cu il tarixli müqavilə üzrə 450 manat ödənilməmiş əsas və 135 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 23.10.2019-cu il, 12.12.2019-cu il, 02.12.2019-cu il tarixli və 05.02.2020-ci il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilələr üzrə hazırda əsas borcu 496 manat, 450 manat, 450 manat və 455 manat olmaqla cəmi 1851 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 23.10.2019-cu il tarixli müqavilə üzrə 496 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 148 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 20 manata endirilməli, cavabdehin 12.12.2019-cu il tarixli müqavilə üzrə 450 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 135 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 20 manata endirilməli, cavabdehin 02.12.2019-cu il tarixli müqavilə üzrə 450 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 135 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 20 manata endirilməli, cavabdehin 05.02.2020-ci il tarixli müqavilə üzrə 455 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 122 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 15 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 23.10.2019-cu il, 12.12.2019-cu il, 02.12.2019-cu il tarixli və 05.02.2020-ci il tarixli müqavilələr üzrə 1851 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə 1851 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu cəmi 1926 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2876/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2876/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver