Məhkəmə qərarları › İş №2(005)-2883/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2883/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2883/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman oğlunun sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan almış və nəticədə 1643 (min altı yüz qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1495 (min dörd yüz doxsan beş) manat (18 ay x 83 manat + 1 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan ümumilikdə 1643 (min altı yüz qırx üç) manat olmaqla, ondan, 1494 (min dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 199 manat cərimə (0.83 manat x 240 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 149 (yüz qırx doqquz) manat cərimə pulu borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung Paltaryuyan üçün, 1494 (min dörd yüz doxsan dörd) manat ödənilməmiş hissə, 149 (yüz qırx doqquz) manat cərimə, ümumilikdə 1643 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1673 manatın Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, ilk dəfə 2019-cu ilin oktyabrın sonunda “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən (Kontakt Home) kreditlə “Samsung” markalı paltaryuyan almışdır. Həmin paltaryuyanı quraşdırdıqdan sonra ondan səs gəldiyini və əşyanın keyfiyyətsiz olduğunu müəyyən etmişdir. “xxxxxxxxxxx” MMC ilə əlaqə saxlamış və paltaryuyanın xarab olduğunu, işləyən zaman ondan dəhşətli səs-küy gəldiyini, səsdən evdə oturmağın mümkün olmadığını bildirmişdir. “xxxxxxxxxxx” MMC-nin (Kontakt Home) texniki servisindən nümayəndələr gəlmiş və paltaryuyanda problem olduğunu və keyfiyyətsiz əşya satdıqlarını qəbul edib, satdıqları "Samsung" markalı paltaryuyanı, bağlanmış müqavilə və digər sənədlərlə birlikdə geri aparmışlar. Evdə pataryuyana ehtiyac olduğundan xx xxxxxx 2019-cu ildə “xxxxxxxxxxx” MMC-dən (Kontakt Home) qızıl zəmanətlə, 1.250 (min iki yüz əlli) manat məbləğində kreditlə yeni Samsung WW00J5545FX/LP (Qrafit) modelli paltaryuyanı 01053803 №-li müqavilə ilə almışdır. Əlavə olaraq 163 (yüz altmış üç) manat 4 il zəmanət üçün ödəniş hesablanmışdır. Həmin ödənişlər xx.xx.2019-cu il tarixli. 01053303 №-li müqavilənin tərkib hissəsi olan əlavə ödəniş cədvəli ilə 18 ay x 83 manat+1 manat ilkin ödəniş, toplam ödəniş məbləği 1.495 (min dörd yüz doxsan beş) manat olmaqla hissələrə bölünmüşdür. "Samsung” WW80J5545FX LP (Qrafit) modelli paltaryuyanı “xxxxxxxxxxx” MMC- nin (Kontakt Home) ustaları tərəfindən evə çatdırılmış və quraşdırma etmişlər. Sonra ustaların yanında paltaryuyanı işə salmış, yenə də paltaryuyanın dəhşətli dərəcədə səs-küylü işlədiyini görmüşlər. Bu zaman bildirmişdir ki, paltaryuyan səsli işləyir. Onlar da dedilər ki, bəli nə isə düzgün işləmir. Bu paltaryuyan belə səs-küylü işləməməlidir. Paltaryuyanın ehtiyat hissəsini dəyişmək lazımdır. Bu zaman düzələcək. O isə 1.495 manata yeni paltaryuyan aldığını, niyə hansısa hissəsinin dəyişdirməli olduğunu, belə olan halda bu paltaryuyanı istəmədiyini, geri qaytardığını bildirmişdir. Ustalar isə bu məsələnin onların səlahiyyətində olmadığını, bunu "xxxxxxxxxxx” MMC (Kontakt Home) ilə həll etməli olduqlarını bildirmişlər. O, və həyat yoldaşı X2 dərhal “xxxxxxxxxxx" MMC-yə (Kontakt Home) zəng etmiş, lakin əlaqə saxlaya bilməmişlər. Həmin nüddət ərzində paltaryuyanı istifadə etməmişlər. Nəhayət, paltaryuyanı aldıqları gündən 9 gün sonra (14 gün keçməmiş) “xxxxxxxxxxx” MMC-nin qaynar xəttinə düşə bilmiş və problemi onlara bildirmiş, onlar isə texniki servisi göndərəcəklərini və paltaryuyanı geri qaytaracaqlarını bildirdilər.Nəhayət xx.xx.2020-ci ildə “xxxxxxxxxxx” MMC-nin mütəxəssisləri gəlib paltaryuyanı işlədib və penaplastın olmadığı, işləyəndə bərk səs verdiyini etiraf etmişlər. “Samsung” WW80J5545FX LP (Qrafit) modelli paltaryuyan keyfiyyətsiz və xarab olduğundan ondan xx.xx.2020-ci ildə 5376 №-li Təhvil-Təslim Aktı ilə iddiaçının nümayındəsi M.Namiq adlı şəxs təhvil götürmüşlər. Həmin təhvil-təslim aktında komplektasiya: "penaplastı yoxdur p/y işləyəndə bərk səs verir” cümləsini qeyd etmişlər. Hazırda paltaryuyan “xxxxxxxxxxx” MMC-nin (Kontakt Home) özündədir. Onda olmayan, xarab əşyaya görə ona əsassız olaraq borc və cərimə yazılmışdır. İstifadə etmədiyi, geri qaytardığı keyfiyyətsiz əşyaya görə əsasız olaraq 1.643 (min altı yüz qırx üç) manat borc yazılmışdır. Bu ərizə əsassızdır və təmin edilməməlidir.Paltaryuyanı təhvil verdikdən sonra həyat yoldaşı Mülkədar Məmmədxanov “xxxxxxxxxxx” MMC-yə bildirmişdir ki, 16.11 2019-cu il tarixli, 01053803 №-li müqavilə ilə geri qaytardığımızı, paltaryuyana ehtiyacları olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.2-ci maddəsinin tələbinə uyğun olaraq lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmişdir. Lakin iddiaçı mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məcbur qalıb xxxxxxxxxxx” MMC-dən kreditlə bibim oğlu X3 adına yeni paltaryuyan almışlar. O, və həyat yoldaşı 5 ildir ki, “xxxxxxxxxxx" MMC-nin (Kontakt Home) problemsiz müştəriləriləridirlər. İddiaçının ona qarşı qaldırdığı tələb Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına ziddir. İddiaçı ona malın keyfiyyəti barədə 4 il zəmanət vermişdi.Paltaryuyan da keyfiyyətsiz çıxdığına görə də iddiaçının nümayəndələri gəlib təhvil-təslim aktı ilə xarab malı geri götürdü və xxxxxxxxxxx" MMC-yə (Kontakt Home) apardı. Əksinə iddiaçı Azərbaycan Respublikası MM- in tələblərini pozmuşdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 01053803 saylı müqavilənin məzmunundan görünür ki, Samsung markalı, dəyəri 1495 manat olan Paltaryuyangötürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01053803 saylı ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 83 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, X7 3 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, X6 1494 manat əsas borc, 149 manat dəbbə pulu olmaqla, cəmi 1643 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 5376 №-li təhvil təslim aktından görünür ki, Samsung Paltaryuyan maşın bərk səs verdiyinə görə mağazanın əməkdaşları tərəfindən geri təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası MM-in 582.2-ci mqddəsinə görə alğı-satqı müqaviləsində Gotıcının oşyanın keyfiyyəti üçün qaranliya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3cü maddəsinə uyğun olaraq əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Mülki Məcəllənin 587.2-ci maddəsinin tələblərinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qadırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki öz seçimi ilə: 1 alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin Göründüyü kimi, cavabdeh tərəfindən alınan məhsul tam işlək vəziyyətdə olmadığından mağazaya geri qaytarılmışdır. Qeyd edilən halı mağazanın əməkdaşı tərəfindən imzalanmış təhvil-təslim aktı da təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış nisyə alqi-satqı müqaviləsi satıcı tərəfindən icra edilmədiyindən, alıcının üzərinə həmin müqavilə üzrə borcun tutulması vəzifəsi qoyula bilməz. Deyilənləri nəzərə alaraq, məhkəmə iddianın əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar