Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2883/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə İsmayıllı şəhərində anadan olmuş Maraqlı şəxs2 2017-ci ildə İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi1 oğlu xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 2014-cü ilin iyul ayında Türkiyə Respublikasına getmiş, ordan da isə Suriyaya getmişdir. Maraqlı şəxs2 2015-ci ildə o, Ərizəçi2 qızı X11 ilə Suriyada faktiki nikaha girməklə ailə qurmuşdur. Maraqlı şəxs2 2016-cı ildə X19 ilə birlikdə İraq Respublikasına getmişlər. Orada onların faktiki nikahlarından iki övladları 2017-ci ildə Şueyb adlı oğlan uşağı və 01 yanvar 2018-ci ildə Firdevs adlı qız övladları anadan olmuşdur. Oğlu Maraqlı şəxs2 2017-ci ildə İraqda döyüşlər zamanı vəfat etmişdir. X2 isə uşaqları ilə birlikdə İraq hökuməti tərəfindən əsir götürülərək həbsxanaya salınmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə 2020-ci ildə nəvələri Firdevs və Şueyb Azərbaycan Respublikasına gətirilmişlər və o, Ərizəçi2 qəyyumluğu altına verilmişlər. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 64 saylı Sərəncamına, xx.xx.2021-ci il tarxili 679 saylı Sərəncamına və xx.xx.2021-ci il tarixli, 777 saylı Sərəncamına əsasən o, Ərizəçi2, qızı X5 Maraqlı şəxs2 ilə faktiki nikahlarından olan övladlarının qəyyumu təyin olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3388/2020 saylı qətnaməsi ilə Şueyb adlı oğlan uşağının xx.xx.2017-ci il tarixdə İraq Respublikasında X4 doğulması faktı və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-2431/2022 saylı qətnaməsi ilə X7 xx.xx.2018-ci il tarixdə İraq Respublikasında X4 doğulması faktı müəyyən edilmişdir. Hər iki uşağın doğum haqqında akt qeydində ata qrafasında X20 qeyd edilmişdir. Lakin Maraqlı şəxs2 nəvələri Firdevs və Şueybin atası olması müəyən edilməmişdir. Bunun üçün isə onun ölümü haqqında şəhadətnamə olmalıdır. Nəvələri Firdevs və Şueyb hazırda nənələri kimi Ərizəçi2 qəyyumluğu altındadır, onların bütün maddi və mənəvi tələbatlarını nənələri qarşılayır. Lakin onun özünün aldığı sosial müavinət uşaqların maddi ehtiyaclarının qarşılanmasına yetmir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşına çatmayan uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin nəvələri Firdevs və Şueybin atası Maraqlı şəxs2 ölməsini təsdiq edən sənəd olmadığına görə onun nəvələrinin atası olması faktının müəyyən edilməsini həyata keçirə bilmirlər və nəvələrinə ailə başçısını itirməyə görə sosial müavinət ala bilmirlər. Maraqlı şəxs2 İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 bildirmişdir ki, oğlu 2014-cü ildə ölkədən gedib. O gedəndən iki gün sonra polisə gedərək vəziyyəti bildirib. Oğlunun nə üçün getdiyini bilməmişdir. 3-5 gün sonra ona oğlundan zəng gəlib və o bildirib ki, İraqdadır. 2017-ci ilin oktyabr ayına qədər telefonla mütəmadi əlaqə saxlayıblar. Oğlu orada evlənib. Oğlu onunla “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayırdı. Axırıncı dəfə 2017-ci ilin oktyabr 17-i danışıblar. Ondan sonra oğlundan xəbər ala bilməmişdir. Həmin vaxt orada vəziyyət çox gərgin idi. Orada olan dostları valideynlərinə onun öldüyünü bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 bildirmişdir ki, onun qızı Maraqlı şəxs2la İraqda evlənmişlər. Hazırda qızı Bağdadda həbsxanadadır. Maraqlı şəxs2 özü vəziyyətin gərgin olduğunu görərək 2017-ci ilin oktyabr ayında qızını hamilə vəziyyətdə, yanında uşağı ilə birlikdə təslim edib ki, sağ qalsınlar. Həmin vaxt orada güclü bombardman var idi. Osman adlı şəxslə telefonda danışanda və Rəvanı soruşanda o deyib ki, “Biz burda 5 nəfər qalmışıq, başqa adam yoxdur, yəqin ki, o oğlan ölüb”. Axırıncı dəfə 2017-ci ilin avqustunda danışmışdı. Qızının 2 övladı var, oradan dövlət orqanlarının köməkliyi ilə gətiriblər, hazırda nəvələrinə o baxır. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının İsmayıllı şəhərində anadan olmuşdur; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 Azərbaycan Respublikasının İsmayıllı şəhərində anadan olmuşdur. X3, anası Ərizəçi1dır; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında doğulmuşdur. X9, anası X8r; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. X9, anası X10r; - Sumqayıt şəhər icra hakimiyyəti başçısının qəyyum təyin etmə barədə xx.xx.2020ci il tarixli, 64 nömrəli sərəncamının surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi2 nəvəsi-xx.xx.2017-ci il təvəllüdlü X12 üzərində qəyyum təyin edilmişdir; - Sumqayıt şəhər icra hakimiyyəti başçısının qəyyum təyin etmə barədə xx.xx.2021ci il tarixli, 679 nömrəli sərəncamının surətindən görünür ki, Ərizəçi2 nəvəsi-xx.xx.2018-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir; - Sumqayıt şəhər icra hakimiyyəti başçısının qəyyum təyin etmə barədə xx.xx.2021ci il tarixli, 777 nömrəli sərəncama düzəliş edilməsi barədə sərəncamının surətindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 64 nömrəli, 12 mart 2020-ci il tarixli sərəncamında, 2017-ci il təvəllüdlü X1 ”Abdullayev” kimi oxunması qərara alınmışdır; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2431/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi2 ərizəsi təmin edilmiş, ərizəçinin nəvəsi X7 xx.xx.2018ci ildə, İraq Respublikasında anadan olması faktının müəyyən edilməsi qət edilmişdir; - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3388/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi2 ərizəsi təmin edilmiş, Şuyeb adı oğlan uşağının XX.XX.2017-ci il tarixdə İraq Respublikasında X4 doğulması faktının müəyyən edilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X13 ilə Ərizəçi1 olan xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 doğumunun İsmayıllı rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən Maraqlı şəxs2 yalnız doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmişdir; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan hərbi vəzifəli xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət etmişdir; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 Tərtər rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1, 333.2 və 66.2-ci maddələrinə əsasən N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəza şərti hesab olunaraq 6 ay sınaq müddəti təyin edilmişdir; - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X18 qeydiyyatda olduğu və yaxud yaşadığı ünvan göstərilmədiyindən onun hansı ünvanda yaşadığının müəyyənləşdirilməsi mümkün olmamışdır; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN-in müvafiq uçotlarına əsasən 12 05.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 itkin düşmüş şəxs qismində axtarışda olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin Maraqlı şəxs2 xx.xx.2011-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 333.1-ci və 333.2-ci maddələri ilə təqsirli bilinərək 0N ay müddətə məhkum olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza X39 Birliyi” X37 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Birliyin Nərimanov rayon şöbəsindən verilən məlumata əsasən sorğuda adı çəkilən xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 meyitinin Birliyin həmin şöbəsində məhkəmə-tibbi ekspertiza müayinəsi aparılmamış və meyitlərin qeydiyyat kitabından keçməmişdir; - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 balanslarında olan qəbiristanlıqlarda, o cümlədən “kimsəsizlər” sektorunda dəfn olunması barədə heç bir məlumat yoxdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Maraqlı şəxs2 iştirakı ilə rəsmiləşdirilən hər hansı notariat hərəkəti aşkar edilməmişdir; - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 barəsində müraciətinizlə bağlı bildiririk ki. sözügedən şəxsin beynəlxalq axtarışda olması barədə İNTERPOL-un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Eyni zamanda təşkilatın “e-ASF” sisteminin müvafiq bazasına əsasən, Vaşinqtonda İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən terrorçuluqda şübhəli bilinən C00294772 nömrəli pasportun sahibi xx.xx.1990-ci il (xx.xx.1992) təvəllüdlü Maraqlı şəxs2 barəsində məlumat toplanılır. Maraqlı şəxs2 Respublika ərazisində axtarışda olubolmadığının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti orqanına müraciət olunmalıdır; - Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 xəbərsiz itkin düşməsi barədə Nərimanov RPİ-nə müraciət daxil olmamışdır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemi məlumat bazasında pensiyaçı olmasına dair məlumat mövcud deyil; - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: xx.xx.2014-cü il tarix, istiqamət çıxış Türkiyə; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hüquq mühafizə orqanlarında 12.05 1992ci il təvəllüdlü Maraqlı şəxs2 axtarışda olması barədə məlumat qeydə alınmamışdır. Maraqlı şəxs2 Tərtər Rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1., 333.2. və 66.2. maddələrinə əsasən N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməklə həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunaraq cəza şərti hesab edilib 6 ay sınaq müddəti təyin edilmişdir; - Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 xəbərsiz itkin düşməsi barədə Nərimanov RPİ-nə müraciət daxil olmamışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İNTERPOL-un “e-ASF” sistemindən əldə olunun məlumata əsasən, C00294772 nömrəli pasportun sahibi xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 (həmçinin X42 Rafiq İsrail, İsmaili Utman, X40 X6, X41 və s. kimi tanınır) xx.xx.2011- xx.xx.2021-ci il tarixlərdə X17 terrorçu qruplarla əməkdaşlıqda və ya terrorçuluq fəaliyyətdə iştirak etmədə şübhəli bilinir; - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərazi üzrə 55 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi arayışa əsasən Maraqlı şəxs2 ünvan 1 ünvanda qeydiyyatda olsa da, yaşayıb-yaşamaması barəsində onlarda heç bir məlumat yoxdur; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində bildirmişdir ki, o Rəvanın qardaşıdır. Rəvan gedəndə o əsgərlikdə olub. Tez-tez telefonda danışmasalar da, arada əsgərlikdə olanda yanına gedib gəlirdi. İraq barədə heç nə demirdi. O əsgərliyə gedəndə bu söhbətlərin heç bir yox idi. Əsgərlikdən qayıdanda isə artıq getmişdi. 2017-ci ildən Rəvan barədə hər hansı bir məlumat yoxdu; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində bildirmişdir ki, Ərizəçi1 bacısıdır, Rəvan 2014-cü ildə gedib, 1 il sonra xəbər almayıblar. O, əvvəl İraqda idi. Lap əvvəllər anası ilə danışırdı. Onun bir oğlu bir qızı var. Onlar nənələri ilə qalırlar. Oğlan nəvəsi 4 il, qız nəvəsi isə iki ildir ki gəlib. O, arada onlara qonaq gəlib gedirdi, amma İraqa getmək istədiyini bilmirdilər. 8 il olacaq ki, ondan məlumatı yoxdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədindən xx.xx.2014-cü il tarixində Türkiyə Respublikası istiqamətində çıxmışdır və geri qayıtmamışdır. Onun xəbərsiz itkin düşməsi barədə hər hansı bir məlumat yoxdur. Hazırda ərizəçilər 2017-ci ildən Maraqlı şəxs2 barəsində hər hansı bir məlumat olmamasına, onun müharibə şəraitində vəfat etməsinə istinad edərək nəvələri üçün müvafiq sosial yardımların alınması, eləcə də atalıq faktının müəyyən edilməsi məqsədilə Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Maddələrin məzmunundan göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün qanunverici üç müstəqil əsas nəzərdə tutmuşdur: “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması”, “ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması” və “hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxs haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumatın alınmaması”. Göstərilən əsaslardan hər hansı biri mövcud olduqda məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Birinci halda (şəxsin yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını tələb etmir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması ərizəçiyə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ verir. İkinci halda isə şəxsin ölmüş elan edilməsi üçün ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisənin baş verməsi zəruridir. Üçüncü halda isə hərbi əməliyyatların keçirilmiş olması və şəxsin xəbərsiz itkin düşməsi tələb olunur. Hazırki halda isə xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 ölüm təhlükəsi törədən şəraitdə, eləcə də 2017-ci ildə İraqda həyata keçirilmiş hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş və həmin müddət ərzində harada olması barədə məlumat olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312, 313 və 315.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. İş materiallarından göründüyü kimi, Maraqlı şəxs2 harada olması haqda 7 ildən artıq müddətdə məlumat olmamış və müxtəlif dövlət orqanlarına ünvanlanmış sorğulara cavab məktublarına əsasən onun barəsində hər hansı yeni məlumatın aşkar edilmədiyi müəyyən olunmuşdur. Həmçinin Maraqlı şəxs2 2014-cü ildə ölkədən çıxmış, Türkiyə Respublikasına, daha sonra isə hərbi əməliyyatların aparıldığı İraq Respublikasına getmişdir. 2018-ci ilin yanvarında İraqda uşağı doğulmuşdur. 2016-2017-ci illərdə İraqda hərbi əməliyyatların aparılması, həyat üçün təhlükə törədən şəraitin mövcud olması isə hamıya məlum olan faktdır. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxt keçdiyindən, eləcə də həmin dövrdə onun olduğu ölkədə ölüm təhlükəsi yaradan şərait mövcud olduğundan, hərbi əməliyyatlar aparıldığından və keçən 7 il ərzində harada olması barədə məlumat olmadığından, Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə ərizə təmin edilməlidir. Həmçinin məhkəmə Mülki Məcəllənin 41.4-cü maddəsinin tələblərini, eləcə də ərizəçinin sonuncu dəfə oğlu ilə ünsiyyət saxladığı tarixi və işin digər hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2017-ci il tarixi Maraqlı şəxs2 həlakının güman edildiyi tarix hesab olunmalıdır. O da qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 316-cı maddəsinə uyğun olaraq, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Beləliklə, şəxsin ölmüş elan edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edildiyindən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələri təmin edilməli, Ərizəçi1 oğlu xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2017-ci il tarixində İraq Respublikasında ölmüş elan edilməlidir, ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,233, 312-315 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələri təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2017-ci il tarixində İraq Respublikasında ölmüş elan edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2883/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2883/2023
06.12.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver