Məhkəmə qərarları › İş №2(005)-2885/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2885/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2885/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək,cavabdehlə 17.01.2020-cu il tarixli müqavilə üzrə X1 Atron üçün 850.4 (səkkiz yüz əlli manat qırx qəpik) manat ödənilməmiş hissə, 85.6 (səksən beş manat altmış qəpik) manat cərimə, 24.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********61198 və **********14177 olan 2 ədəd Xiaomi Redmi 7 markalı telefon almış üçün 190 (yüz doxsan) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə və 17.01.2020ci il tarixli müqavilə üzrə məhsulun qaytarılmasından sonra qalan borc üçün 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə olmaqla ümumilikdə 1331 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, “xxxx" MMC ilə 17.01.2020-ci il, 24.09.2019-cu il və ci il tarixli müqaviləsinə əsasən, X1 Atron, İMEİ kodu **********61198 və **********14177 olan 2 ədəd Xiaomi Redmi 7 markalı telefon almış, MEHSİJLİJN QAYTARİLMASİNDAN SONRA QALAN BORC üçün 1331 (min üç yüz otuz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1427.4 (min dörd yüz iyirmi yeddi manat qırx qəpik) manat ( İ 8 a y x 79.3 manat + 0 manat ilkin ödəniş) olan X1 Atron üçün ümumilikdə, 936 (doqquz yüz otuz altı) manat olmaqla ondan, 850.4 (səkkiz yüz əlli manat qırx qəpik) manat Ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 85.6 (səksən beş manat altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. cu il tarixü müqaviləsinə əsasən, alqı-satqı qiyməti 857 (səkkiz yüz əlli yeddi) manat (18 ayx 46 manat + 29 manat ilkin ödəniş) olan İMEİ kodu **********61198 və **********14177 olan 2 ədəd Xiaomi Redmi 7 markalı telefon almış üçün ümumilikdə, 209 (iki yüz doqquz) manat olmaqla ondan, 190 (yüz doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə; ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 186 (yüz səksən altı) manat (3 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan MEHSULUN QAYTARİLMASİNDAN SONRA QALAN BORC üçün ümumilikdə, 186 (yüz səksən altı) manat olmaqla ondan, 186 (yüz səksən altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 1244 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin “xxxx” MMC-nə cəmi ödədiyi məbləğ 1244 (min iki yüz qırx dörd) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh “xxxx” MMC ilə 17.01.2020-ci il, 24.09.2019-cu il və 17.01.2020-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, cavabdeh X1 Atron, İMEİ kodu **********61198 və **********14177 olan 2 ədəd Xiaomi Redmi 7 markalı telefon almış, məhsulun qaytarılmasından sonra qalan borc üçün 1331 (min üç yüz otuz bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə alqı-satqı qiyməti 1427.4 min dörd yüz iyirmi yeddi manat qırx qəpik) manat (18 ay x 79.3 manat + 0 manat ilkin ödəniş) olan X1 Atron üçün 17.01.2020ci il tarixli müqavilə üzrə 850 (səkkiz yüz əlli) manat əsas borc, 85.6 (səksən beş manat altmış qəpik) manat cərimə borcu və 24.09.2019-cu il tarixli müqavilə üzrə 190 (yüz doxsan) manat əsas borc və 19 (on doqquz) manat cərimə borcu və 17.01.2020-ci il tarixli müqavilə üzrə məhsulun qaytarılmasından sonra qalan borc üçün 186 (yüz səksən altı) manat əsas borc olmaqla, cəmi 1331 (min üç yüz otuz bir) manat borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1244 (min iki yüz qırx dörd) manat təşkil edir. İş materiallarında olan Cavabdeh Heydər oğlunun 23.04.2021-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin “xxxx” MMC-yə ödənilməyən ümumi borcu 1331 (min üç yüz otuz bir) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə kredit yolu ilə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia təmin edilməli, cavabdeh Cavabdeh 17.01.2020-ci il tarixli müqavilə üzrə X1 Atron üçün 850,4 (səkkiz yüz əlli manat, 40 qəpik) manat əsas borc, 85.6 (səksən beş manat altmış qəpik) manat cərimə borcu; 24.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********611198 və **********14177 olan 2 ədəd Xiaomi Redmi 7 markalı telefon üçün 190 (yüz doxsan) manat əsas borc, 19 (on doqquz) manat cərimə borcu; 17.01.2020-ci il tarixli müqavilə üzrə 186 (yüz səksən altı) manat əsas borc olmaqla, ümumilikdə 1331 (min üç yüz otuz bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 17.01.2020-ci il tarixli müqavilə üzrə X1 Atron üçün 850,4 (səkkiz yüz əlli manat, 40 qəpik) manat əsas borc, 85.6 (səksən beş manat altmış qəpik) manat cərimə borcu; 24.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********611198 və **********14177 olan 2 ədəd Xiaomi Redmi 7 markalı telefon üçün 190 (yüz doxsan) manat əsas borc, 19 (on doqquz) manat cərimə borcu; 17.01.2020-ci il tarixli müqavilə üzrə 186 (yüz səksən altı) manat əsas borc olmaqla, ümumilikdə 1331 (min üç yüz otuz bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar