Məhkəmə qərarları › İş №2(005)-2889/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2889/2024

23.08.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2889/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1886-1969-cu illərdə yaşamış Ermənistan, Sərvanlar kəndində dəfn olunan babası X5 “ölmüş elan edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1969-cu il tarixində vəfat etmiş Ermənistanın, Sərvanlar kəndində dəfn olunan X2nun “vəfat etməsi faktının müəyyən edilməsi”nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X1 xx.xx.2023-cü il tarixdə "beyin ödəmi” diaqnozu ilə vəfat etmişdir. Bununla bağlı Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. X3 xx.xx.2024-cü il tarixdə "ürəyin aterosklerotik xəstəliyi" diaqnozu ilə vəfat etmişdir. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ölüm haqqında şəhadətnamə rəsmiləşdirilərək ona təqdim edilmişdir. Anası rəhmətə gedəndən sonra ərizəçi tərəfindən 1 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində vərəsəliyin müəyyən edilməsi ilə bağlı müraciət olunmuşdur. Qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsindəki, 28 "B" saylı evin, 41 saylı mənzili mərhum anasının adınadır. Anasının atası X12 1886-cı ildə anadan olmuş, 1969-cu ildə vəfat etmişdir. Mərhum Ermənistan Respublikasının, Sərvanlar kənd qəbristanlığında dəfn edilmişdir. Vərəsələrin dairəsinin müəyyən edilməsi istiqamətində sənədlərin toplanması zamanı anasının atası 1886-1969-cu illərdə yaşamış X5 ölüm haqqında şəhadətnaməsi alınması zərurəti yaranıb. Lakin qeyd edilən ölüm haqqında şəhadətnamənin olmaması vərəsələrin vərəsəlik hüququnun pozulması ilə nəticələnir. Nəticədə isə şəhadətnamənin alınmasında çətinlik yaradır. Azərbaycan-Ermənistan arasında gərginliyin olması və ərizəçinin qeyd edilən sənədin ala bilməməyini nəzərə alaraq, babasının ölümü haqqında şəhadətnamənin alınması üçün məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndələrinin iştiraklarını təmin etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən AZ- İİ 422057 seriya №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyindən Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən AZ-İİ 345052 seriya №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə beyin ödəmi xəstəliyindən Bakı şəhərində ölmüşdür. ƏMDX DƏDKR X15 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X16 prospekti, ev 28b, mənzil 41 X6 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 xx.xx.1978-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 339 № ilə qeyd edilmişdir. Ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. X1, X3dır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. X1, X3dır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X1, X3dır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı. 31.10 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə, əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1958-ci il təvəllüdlü X11 1973-cü ildə Ermənistan SSR Masis rayonunda orta təhsilini bitirmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X9 ifadəsində bildirdi ki, o, ərizəçinin bibisidir, mərhum isə ərizəçinin babası olmuşdur. X2 1969-cu il tarixində Ermənistanda Sərvanlar kəndində vəfat etmiş və orada dəfn edilmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X13 ifadəsində bildirdi ki, o, ərizəçinin qonşusudur, X2nun 1969-cu il tarixdə vəfat etdiyini eşitmişdir. Ərizəçi anası Məmmədov Cəfər, X21dır. X17 Sonanın atasıdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X12 1969-cu ildə Ermənistan Respublikasının Sərvanlar kəndində vəfat etmişdir. Ərizəçi mərhumun nəvəsidir. Ərizəçinin X3 (mərhumun qızı) xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Tələb olunan sənədlər olmadığından Ərizəçi babasının ölüm haqqında şəhadətnaməni ala bilməmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, X2 Ərizəçi nəvəsidir. X12 xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının, Sərvanlar kəndində vəfat etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə babası X5 ölümündən sonra bir sıra hüquqi məsələlərin (vərəsə kimi tanınma, məcburi paya vərəsəlik hüququ əldə etmə və s.) həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının, Sərvanlar kəndində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 xx.xx.1969-cu il tarixdə Ermənistan, Sərvanlar kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar