Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-289/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində "xxxx" BOKT MMC cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-yə cəlb edilməklə “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə 3M/2629 №-li ipoteka müqaviləsi əsasında Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış 26 aprel 2022-ci il tarixli, 8İ-3861 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" BOKT MMC ilə onun arasında xx.xx.2021-ci il tarixdə 3M/2629 №-li ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə "xxxx" BOKT MMC tərəfindən ona illik 32% olmaqla 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. Bundan başqa, 06 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi mənə məxsus ünvan 1 ünvanında olan, 0.0750 ha torpaq sahəsi üzərində yerləşən 40.3 kv.m yaşayış sahəsi, 58 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı 15C nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. 26 aprel 2022-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən aparılmış icra qeydinə əsasən "xxxx" BOKT MMC-nin tələbi ilə icra ipoteka müqaviləsi üzrə ipoteka qoyan və borc alan - iddiaçıya məxsus yuxarıda qeyd olunan fərdi yaşayış evinə yönəldilmiş, dəyəri 45.000 manat olmaqla mənzil hərracdan satılmalı, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. 2021/00898 saylı kredit üzrə öhdəliyi müəyyən edən müqaviləyə əsasən vaxtında ödənilməmiş 24144,35 manat əsas borc, 4880,71 manat faiz borcu və 5375 manat dəbbə pulu olmaqla, ümumi tutulmalı məbləğ 34400,06 manat məbləğində təşkil edir. İddiçıya hesablanan faiz borcu və dəbbə pulu şişirdilmişdir və reallığı əks etdirmir. Bu səbəbdən faiz borcu və dəbbə pulu yenidən düzgün qaydada hesablanmalıdır. Bundan əlavə, ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 41.42 manat məbləğində xərcin və 25 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi təmin edilməlidir. Lakin ipoteka qoyan - cavabdeh iddiçıya nə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş, nə də icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməmişdən əvvəl icra qeydinin aparılacağı barədə bildiriş göndərməmişdir. İddiaçı Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə dəvət edildikdən sonra icra qeydinin verilməsindən məlumatlı olmuşdur. Hesab edir ki, onunla "xxxx" BOKT MMC arasında xx.xx.2021-ci il tarixdə 3M/2629 №-li ipoteka müqaviləsi əsasında Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən aparılmış 26 aprel 2022-ci il tarixli, 8İ- 3861 reyestr nömrəli icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən, bununla da iddiaçının hüquqlarını pozduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbin təmin edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, krediti xəstə uşağının müalicəsi üçün götürmüşdür. Maddi vəziyyəti ilə çətinliklə yaşadığı üçün borcu vaxtında ödəyə bilməmişdir. Hazırda borcunun böyük hissəsini ödəyib, buna görə hesab edir ki, icra qeydi ləğb edilməli, mənzil ipotekadan çıxarılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 iddia tələbini əsassız hesab etdiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdilər.M.Köçərli bildirdi ki, iddiaçı tərəfindən borcun böyük hissəsi ödənildiyi üçün, borcuhn tutmaya yönəldilməsi dayandırılıb. Kreditin borcunun dəbbə hissəsi iddiaçıya güzəşt edilib. İcra qeydi aparılan zaman qanunvericiliyin bütün tələblərinə riayət edilib. azırki məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılnış cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü əxsin nümayəndələrinin iştirakı olmadaın işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, "xxxx" BOKT MMC 36 ay müddərinə, illik 32% dərəcəsi ilə 25000 manat pul məbləğini borc olaraq İddiaçı verməyi, İddiaçı isə kredit müqaviləsi üzrə müəyyən olunmuş qaydada və müddətlərdə ödənişlər etməyi öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 2021/00898-İP nömrəli ipoteka müqaviləsinin surətindən məlum olur ki, “ipoteka qoyan” İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə özünün öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Bünyətzadə küçəsi D, 15C nömrəli fərdi yaşayış evini “ipoteka saxlayan” "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə 24144.35 manat əsasə borc, 4880.71 manat faiz borcu, 5375 manat cərimə borcu olmaqla cəmi 34400.06 manat borcu vardır. "xxxx" BOKT MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini icra etmədiyi üçün ipoteka predmetinə tutulma yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Bünyətzadə küçəsi D, 15C nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. "xxxx" BOKT MMC tərəfindən İddiaçı və X1 ünvanlanmış bildiriş və onların təhvil alınmasına dair xəbərnamə və aktdan məlum olur ki, İddiaçı öhdəliklərinə 5 gün ərzində icra etmədiyi halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə müvafiq olaraq 14 mart 2022-ci il və 28 mart 2022-ci il tarixlərdə bildiriş göndərilmiş, xx.xx.2022-ci il və 30 mart 2023-cü il tarixlərdə imza atılmaqla təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanı yönəldilməsi haqqında icra qeydindən məlum olur ki, xx.xx.2021-ci il tarixli, 2021/00898-İP nömrəli ipoteka müqaviləsinə əsasən borc alan İddiaçı "xxxx" BOKT MMC-dən götürdüyü illik 32% olmaqla 36 ay müddətinə götürdüyü 25000 manat məbləğində kreditin və həmin kreditin öhdəliklərinin pozumasından yaranan 2021/00898 saylı kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 34400.06 manat məbləğində tutulmalı olan cəmi borc ipoteka saxlayan "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ünvan 1 ünvanında olan, 0.0750 ha torpaq sahəsi üzərində yerləşən 40.3 kv.m yaşayış sahəsi, 58 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı 15C nömrəli fərdi yaşayış evinə yönəldilməli, dəyəri 45000 manat olmaqla mənzil açıq hərracdan satılmalı, satıldıqdan sonra ən geci 1 ay ərzsində boşaldılmalı, icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün ödənilən 41.41 manat pul borcludan tutulmalıdır. İcra qeydi xx.xx.2022-ci il tarixdə aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən "xxxx" BOKT-a ünvanlanmış 07 iyul 2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdehdən 2021-ci ilin avqust ayında 25000 manat məbləğində kreditin götürüldüyünü etiraf edir. Bildirir ki, 2021-ci ilin oktyabr ayından ödənişlərində maddi vəziyyəti ilə əlaqədar gecikmə və növbəti aylarda ödəniş olmamışdır. Kəpəz BOKT MMC tərəfindən yaranmış borcu ilə bağlı onun dəbbə puluna güzəşt edilmişşdir. Hazırda borcunun 25000 manat hissəsini ödəyir. Borcunun yerdə qalan 4960 manatlıq hissəsini 1 il ərzində ödəməyi öhdəsinə götürür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X10 ilə "xxxx" BOKT MMC arasında 06 avqust 2021-ci il tarixdə 2021/00898 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, borc verən "xxxx" MMC şəxsi məqsədlər üçün borc alan İddiaçı 25000 manat məbləğində kredit verməyi, borc alan isə krediti 36 ay müddətinə illik istifadəyə görə 32%, faktiki illik 43.31% ilə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi ilə eyni gündə, yəni 06 avqust 2021-ci il tarixdə, eyni tərəflər arasında 3M/2629 reyest nömrəli, 2021/00898-İP saylı ipoteka müqaviləsi imzalanır. Həmin müqaviləyə əsasən, borc alan İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə D. Küçəsi, 10-cu döngədə olan 0.0750 ha torpaq sahəsi və üzərində yerləşən 40.3 kv.m. yaşayış sahəsi, 58 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı 15C nömrəli fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.Müəyyən müddətdən sonra iddiaçı maddi vəziyyətdindən irəli gələn səbələrlə əlaqədar kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında gecikmələrə yol verir. 26 aprel 2022-ci il tarixdə KƏPƏZ BOKT MMC notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci il tarixinə kredit üzrə 34400.06 (otuz dörd min dörd yüz manat, 06 qəpik) məbləğində borcun ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını, tutumanın ipoteka predmetinə yönəldilməsinin, dəyəri 4500 manat olmaqla mənzilin açıq hərracda satılması barədə icra qeydinin aparılmasını xahiş edir. 08 iyul 2022-ci il tarixdə İddiaçı borcunun 25000 manatlıq hissəsini ödəyir, qalan 4960 manat borcu bir il ərzində ödəməyi öhdəsinə götürür. Hazırda icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bəndinə əsasən, Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. 162-ci bəndinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 169-1-ci bəndinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 6.1.4-cü bəndinə əsasən, notariusun icra qeydləri icra sənədi hesab olunur. 8.1-ci bəndinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə əsasən 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Yuxarıda sadalanan mülki iş materiallarından və qanunvericilik müddəalarından aydın olur ki, İddiaçı və "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00898 nömrəli kredit müqaviləsi əsasında tələbkar tərəfindən edilmiş müraciət əsasında Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır. İddiaçının bildirişlərin ona çatdırılmaması barədə dəlilləri mülki işin materiallarında olan bildirişlər və poçt qəbzlərinin surətləri ilə təkzib olunur. Kreditin faiz məbləğinin şişirdilmiş olması barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edirki, notariusun icra qeydini aparması üçün borcun mübahisəsiz olması tələb olunur. Bu hal isə müvafiq kredit və ipoteka müqavilələrinin olması ilə öz təsdiqini tapır. İddiaçı öz iradə ifadəsinə uyğun olaraq, müvafiq şərlərlə tanış olaraq kredit və ipoteka müqavilələrini imzalamışdır. Bundan əlavə, iddiaçı "xxxx" BOKT MMC-yə olan borcunun 25.000 manatlıq hissəsini 07 iyul 2022ci il tarixdə ödəmiş, qalan hissəsini isə 1 il müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişi aldıqdan sonra 21 gün ərzində məhkəməyə müraciət etməmişdir. İcra qeydinin aparılması zamanı notarius və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə dəlalət edən hallar, o cümlədən bildirişlərin göndərilməsi, müvafiq müddətlərə riayət edilməməsinini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı tərəfindən borcun böyük hissəsinin ödənilməsi isə icra qeydinin ləğvi üçün əsas deyil. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X5 hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-289/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-289/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver