Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2895/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona verdiyi 40000 (qırx min) manat məbləğindən behin ikiqat olaraq 80000 (səksən min) manat və Mərkəzi Bankın illik 5% həcmində milli uçot dərəcəsinə uyğun olaraq dəymiş maddi ziyan qismində 7951 (yeddi min doqquz yüz əlli bir) manat məbləğində pulun, cəmi 87951 (səksən yeddi min doqquz yüz əlli bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 (üç yüz əlli dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında 24 iyul 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda beh müqaviləsi bağlanmış, həmin beh müqaviləsinin şərtlərinə görə cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixədək notariat kontorunda onunla alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşdür. Aralarında olan razılığa görə satılacaq əmlak 250000 manat qiymətləndirilmişdir. Həmin məbləğin 40000 manatı beh müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə verilmiş, qalan 210000 manat məbləğində pulun ödənilməsini isə alqı-satqı müqaviləsi bağlandığı gün ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və beh müqaviləsi ilə müəyyən olunmuş müddətdə onunla alqı-satqı müqaviləsi bağlamamışdır. Belə ki, cavabdehlə iddiaçı arasında beh razılaşması olan zaman cavabdeh evin sənədlərinin qaydasında olmadığını, lakin xx.xx.2018-ci il tarixədək sənədləri qaydasına salacağı və alqı-satqı müqaviləsi bağlanması üçün sənədlərin tam hazır olacağını bildirmişdir. Cavabdeh bunun üçün 40000 manat pula ehtiyacı olduğunu və evin sənədlərinin tam qaydasına salınması üçün həmin məbləği ona verməsini bildirmişdir. Aralarında gedən danışıqlardan sonra tərəflər razılığa gəlmiş və o, 40000 manat məbləğində pulu cavabdehə vermişdir. Çünki sənədlərdən də görünürdü ki, sənədlər alqı-satqı üçün tam hazır deyildi və cavabdehin dediyinə görə də alqı-satqı müqaviləsini bağlaması üçün sənədlərin hazırlanmasına 40000 manat məbləğində pul tələb olunurdu. Cavabdehin ondan istədiyi məbləğ xeyli miqdarda olduğundan tərəflər arasında beh müqaviləsi bağlamağa qərar vermişlər. Bundan başqa həm də alqı-satqı müqaviləsi bağlananadək verilmiş pulun rəsmiləşdirilməsi yalnız beh qismində mümkün idi. Bu səbəbdən də beh müqaviləsi bağlamaq üçün razılığa gəlmişlər. Cavabdehlə beh müqaviləsi bağladıqdan iki ay sonra, yəni müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra əlaqə saxlamış, sənədlərin hazır olub-olmadığını soruşmuş, o isə sənədlərin hazır olmadığını və əlavə müddətə ehtiyacı olduğunu bildirdi. Bir neçə aydan sonra, yəni 2018-ci ilin dekabr ayında təkrar cavabdehlə əlaqə saxlamış və o ona bildirmişdir ki, artıq sənədlər hazır olur, müəyyən prossedur var ki, onları keçmək lazımdır. Hətta bildirmişdir ki, sənədlər çətinliklə həll olunur. Yeni ilin əvvəlinə hazır olacaq. Beləliklə xeyli müddət keçdi, lakin cavabdehdən heç bir xəbər çıxmadı. 2019-cu ilin fevral ayında təkrar əlaqə saxladım və bu dəfə bildirdim ki, artıq çox vaxt keçib sənədlər hələ də hazır deyil. Cavabdeh isə cavabında ona ilin sonu ilə əlaqədar işlər dayandırılmış və buna görə də yubanmalar baş vermişdir. Qısa müddətə sənəd tam hazır olacaq, çıxarışı alacam və alqı-satqıya gedəcəklər. Bundan bir neçə ay sonra, yəni iyul ayında cavabdehlə yenidən əlaqə saxlamış və bildirmişdir ki, əgər sənəd düzəlmirsə verdiyi pulu qaytar. Cavabdeh isə əminliklə bildirdi ki, bir neçə günə əlaqə saxlıyacaq, alqı-satqıya gedəcəklər. Lakin bu dəfə də cavabdeh vədinə yalan çıxdı, heç bir sənədi ortaya çıxartmadı və beləliklə də alqı-satqıya gedə bilmədilər. Bundan sonra iddiaçı yenə təkidlə ondan pulunu istəmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirməyə başladı. Daha sonra o Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində kadr dəyişikliyinin olmasını və bu səbəbdən işlərin müvəqqəti dayandırıldığını bəhanə gətirməyə başladı. Beləliklə 2020-ci il gəlib çatdı, cavabdeh nə sənədi hazır edib ortaya çıxartdı, nədə ki, onun pulunu geri qaytardı. Daha sonra o pandemiyanı bəhanə etməyə başladı və beləliklə onu aldatmaqda davam etdi. Son bir ayadək cavabdehdən pulunu tələb etmiş, lakin o hər dəfə müxtəlif bəhanələrlə pulunu ona qaytarmaqdan yayınırdı. Bir ay əvvəl isə iddiaçıya məlum oldu ki, əslində cavabdeh 2018-ci ilin sonu evin sənədini düzəltdirmiş və evi başqa şəxsə satmışdır. Lakin həmin vaxtadək o evin sənədinin hazır olmadığını və bu səbəbdən alqı-satqıya gedə bilmədiklərini bildirirdi. Görünür ki, cavabdehin niyyəti iddiaçının pulu ilə evinin sənədlərini düzəltdirmək, onun pulunu ələ keçirmək, evi isə başqa şəxsə satmaq olmuşdur. Bu da onu göstərir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə onun 40000 manat pulunu ələ keçirmiş, bundan başqa ona əlavə maddi ziyan vurmuşdur. Belə ki, o cavabdehə beh müqaviləsi bağladıqları gün 40000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu iddiaçıya satacağı evinin sənədlərini düzəltdirmək məqsədi ilə almış, lakin cavabdeh evin sənədlərini düzəltdirərək evi başqa şəxsə salmış, müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və dörd il ərzində o 40000 manat məbləğində pul vəsaitindən faydalanaraq Mərkəzi Bankın milli uçot dərəcəsinə uyğun olaraq ən azı 7951 manat məbləğində pul qazanacağı halda, əksinə cavabdehin hərəkəti nəticəsində ona 7951 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanın vurulduğu dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (beh müqaviləsinin bağlandığı gündən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi günədək keçən müddət - 46 ay 22 gün) olan müddəti əhatə edir. Cavabdeh vaxtından gec evin sənədlərini düzəltdirərək və evi başqa şəxsə satmaqla beh müqaviləsindən irəli gələn öhdəliklərinin icrasından imtina etməsini göstərmişdir. Beh müqaviləsinin 3-cü bəndində qeyd olunur ki, “birinci tərəf’ özünə məxsus evin razılaşdırılmış müddətdə (xx.xx.2018) “ikinci tərəf’in mülkiyyətinə keçməsindən imtina edərsə o halda “ikinci tərəf’ ödədiyi 40000 manat behin əvəzində “birinci tərəf’dən ikiqat olaraq 80000 manat almaq hüququna malikdir. Buna görə cavabdehə qarşı 40000 manat məbləğində behin ikiqat olaraq 80000 manat və Mərkəzi Bankın illik 5% milli uçot dərəcəsinə uyğun olaraq 7951 manat, cəmi 87951 manat məbləğində pulun tutulması barədə iddia qaldırmaq zərurəti yaranmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat təqdim edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ilə X2 (İddiaçı əvəzinə) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Kontoru tərəfindən təsdiq edilmiş beh müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh «ikinci tərəfin» mülkiyyətinə verilməsi ilə əlaqədar bu müqaviləni bağladıqdan sonra xx.xx.2018-ci il müddətinədək notariat kontorunda alqı-satqı müqaviləsi rəsmiləşdirməyi öz öhdəsinə götürür. Tərəflərin razılaşmasına əsasən satılan əmlak 250.000 (iki yüz əlli min) manata qiymətləndirilir. Həmin məbləğin 40000 (qırx min), manatını «İkinci tərəf» beh olaraq verdi qalan hissəsini isə 210000 (iki manatı alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi gün birinci tərəfə ödəməyi barədə öhdəlik götürmüşlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri hazırki müqavilədən irəli gələn öhdəliklərinin icrasından imtina edərsə o, bununla əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Əgər «Birinci tərəf» özünə məxsus olan evin razılaşdırılmış müddətdə (xx.xx.2018) «ikinci tərəfin» mülkiyyətinə keçməsindən imtina edərsə, o halda «İkinci tərəfin» ödədiyi 40.000 (qırx min) manat behin əvəzində «Birinci tərəf» dən ikiqat olaraq 80.000 (səksən min) manat almaq hüququna malikdir; xx.xx.2022-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 354 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır; 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə X2 (İddiaçı əvəzinə) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Kontoru tərəfindən təsdiq edilmiş beh müqaviləsinin beh müqaviləsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh «ikinci tərəfin» mülkiyyətinə verilməsi ilə əlaqədar bu müqaviləni bağladıqdan sonra xx.xx.2018-ci il müddətinədək notariat kontorunda alqı-satqı müqaviləsi rəsmiləşdirməyi öz öhdəsinə götürür, satılan əmlak 250.000 (iki yüz əlli min) manata qiymətləndirilir. Həmin məbləğin 40000 (qırx min), manatını «İkinci tərəf» beh olaraq verdi qalan hissəsini isə 210000 (iki manatı alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi gün birinci tərəfə ödəməyi barədə öhdəlik götürmüşlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri hazırki müqavilədən irəli gələn öhdəliklərinin icrasından imtina edərsə o, bununla əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Əgər «Birinci tərəf» özünə məxsus olan evin razılaşdırılmış müddətdə (xx.xx.2018) «ikinci tərəfin» mülkiyyətinə keçməsindən imtina edərsə, o halda «İkinci tərəfin» ödədiyi 40.000 (qırx min) manat behin əvəzində «Birinci tərəf» dən ikiqat olaraq 80.000 (səksən min) manat atmaq hüququna malikdir. İddiaçı cavabdehin xx.xx.2018ci il tarixdə bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Kontoru tərəfindən təsdiq edilmiş beh müqaviləsi üzrə öhdəliklərini müqavilə ilə müəyyən edilmiş vaxtda icra etmədiyini bildirir və cavabdehdən aralarında bağlanmış beh müqaviləsi üzrə 80.000 manat məbləğində pul vəsaiti tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 354 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Beləliklə, göründüyü kimi, İddiaçı ilə Cavabdeh əmlakın alqı-satqısına dair müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gəlmişlər və bu məqsədlə, İddiaçı Cavabdeh 40.000 manat məbləğində beh verməklə aralarında müqavilə bağlamışlar. Lakin sonradan Cavabdeh öz üzərinə düşən işləri yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh məsuliyyət daşıdığından aldığı behin iki mislini, yəni 80.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “Mərkəzi Bankın illik 5% həcmində milli uçot dərəcəsinə uyğun olaraq dəymiş maddi ziyan qismində 7951 (yeddi min doqquz yüz əlli bir) manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iddiaçının “faiz borcu” tələbi üzrə qeyd edir ki, birincisi, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında olan razılaşmada və ya cavabdehin notariat ərizəsində iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır, faizlərin tutulması hissəsi əsassızdır və rədd olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunma faizinə mütənasib olaraq (90 faizi) 354 manat məbləğində dövlət rüsumunun 318,6 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qalan məbləğ iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsi üzrə Cavabdeh 80.000 manat məbləğində pul və 318,6 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsi üzrə Cavabdeh 80.000 (səksən min) manat məbləğində pul və 318,6 manat (üç yüz on səkkiz manat altı qəpik) məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2895/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2895/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver