Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2895/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan İcevan rayonunda doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan İcevan rayonunda anadan olub. 1982-ci ildə Azərbaycana gələn zaman doğum haqqında şəhadətnaməsi itib. Belə ki. həmin şəhadətnamə sənədlərin arasına qarışıb itmişdi. Bununla bağlı Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində 56 saylı cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar'-ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərinin həqiqətən olduğu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizəçinin nümayəndəsi əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin Razdan rayonunda doğulması faktının müəyyən edilməsini, atasının X5, anasının X3 milliyətinin azərbaycanlı olmasının qeyd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X1 ifadə verərək bildirdi ki, ərizəçini tanıyır, Sura Adıgözəlovun qonşusudur. Ərizəçi atasının adı “Məhəd”, anasının adı “Sura”olub. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirdi ki, ərizəçi onun qohumudur, o Ərizəçi qayınının arvadıdır. Ərizəçi Razdan rayonunda anadan olmuşdur. Ərizəçi atasının adı “Məhəd”, anasının adı “Sura” olmuşdur. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirdi ki, ərizəçini tanıyır, Sura Adıgözəlovun qonşusudur. Ərizəçi atasının adı “Məhəd”, anasının adı “Sura” olub. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 56 saylı cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - ******* nömrəli əmək kitabçasından görünür ki, həmin əmək kitabçası Ərizəçi adına 23 mart 1991-ci il tarixdə qeydə alınmışdır. - Ərizəçi məxsus ******* №-li hərbi biletdən görünür ki,o, xx xxxx 1964-cü il təvəllüdlüdür, Ermənistan SSR-nin Razdan rayonunda doğulmuşdur. - AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin sorğuya cavab məktubuna əlavə olunmuş ölüm haqqında akt qeydindən görünür ki, X3 xx.xx.2013cü il tarixində kəskin ürək çatışmazlığından vəfat etmişdir. X3 1937-ci il tarixində Ermənistan SSR-nin Razdan rayonunda doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər Mülki iş materiallarından və şahid ifadələrindən müəyyən olunur ki, Ərizəçi doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 56 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Belə olan halda Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, vətəndaşa verilən ******* №-li hərbi biletdən görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixində Ermənistan SSR-nin Razdan rayonunda doğulduğu müəyyən edilir. Eyni zamanda hərbi biletdə olan fotoşəkildəki şəxslə ərizəçinin eyni şəxs olması məhkəmə iclasında aydın olmuşdur. Digər tərəfdən ******* nömrəli əmək kitabçasından görünür ki, həmin əmək kitabçası Ərizəçi adına 23 mart 1991-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda yuxarıda göstərilənlər ərizəçinin izahatı və şahid ifadələri ilə də tam təsdiqini tapır. Belə olan təqdirdə,məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx xxxx 1964-cü il tarixində Ermənistan SSR-nin Razdan rayonunda doğulması, atasının X6, anasının X3 olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, ərizəçi qeydiyyat orqanlarına müraciət edərək, doğum akt qeydinin bərpa edilməsi üçün müraciət etmiş, qeydiyyat orqanı müraciəti haqlı olaraq təmin etməyərək, şəxsə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Ərizəçinin şəxsiyyət vəsiqəsinin olmaması onun hər bir fərd kimi şəxsiyyətini müəyyənləşdirməyə imkan verən şəxsiyyət vəsiqəsini əld etməyə, yaşayış yeri üzrə qeydiyyata düşməsinə, eyni zamanda vətəndaşların yararlana biləcəyi bütün sosial, siyasi, əmək hüquqlarından istifadə etməsinə ciddi əngəl yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəməyə ərizə vermək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1964-cü il tarixində Ermənistan SSR-nin Razdan rayonunda doğulması barədə doğum akt qeydi bərpa edilsin və bu barədə ərizəçiyə doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında “X6”, ana qrafasında “X3”, milliyəti "azərbaycanlı" qeyd edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərmanov Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2895/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2895/2023
06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver