Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2902/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxxxx 1951-ci il tarixdə Ermənistan SSR, Quqark rayonunun Arçut kəndində doğulması, atasının X9 anasının X10 olması hüquqi əhəmiyyətli faktın müəyyən edilərək, bu barədə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci tarixdə Ermənistan SSR, Quqark rayonunun Arçut kəndində doğulmuşdur. 1988-ci ilin sonlarında məlum səbəblərdən yaşadıqları evi tərk etmək məcburiyyətində qalmış, Bakı şəhərinə köçmüşdür. Qaçqın düşərkən sənədlərdən yalnız sovet pasportu olmuşdur. Sonradan həmin pasportu təqdim edib Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. Doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçi ilk öncə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, Qeydiyyat Şöbəsi 05.05.2021-ci il tarixli № 96 saylı məktubla imtina edərək, Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 53 saylı Qərarına istinad etməklə haqlı imtina vermişdir. Nəzərə alınmalıdır ki, doğum akt qeydi başqa ölkənin ərazisində tərtib edildiyindən həmin akt qeydinin Azərbaycan Respublikasında Qeydiyyat Şöbəsi tərəfindən bərpa edilməsi həqiqətən də qeyri-mümkündür. Ərizəçinin işlərində gələcəkdə vərəsəlik məsələsi gözlənilir, lakin ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçinin atası X9, anası X10 olmuşdurlar. Bu hal valideynlərinin nikah haqqında şəhadətnaməsindən öz təsdiqini tapır. Həmçinin qeyd olunmalıdır ki, ərizəçinin mərhum bacısı X4 doğum haqqında şəhadətnaməsində də valideynləri qrafasında eyni məlumatlara rast gəlmək olar. Həmçinin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş qüvvədən düşmüş sovet pasportunda ərizəçinin doğum tarixini və yerini müəyyən etmək olar. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, ötən dövrdə doğum haqqında akt qeydinin bərpasına hər hansı zərurət olmamışdır. Lakin hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onun atası Eminov Mahmud və Eminova Əminə ilə qonşu olmuşlar, Ermənistan SSR, Quqark rayonunun Arçut kəndində yaşayıblar. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X6 bildirmişdir ki, Ərizəçi, onun ata və anası onun qonşusu olmuşdur. Ermənistan SSR, Quqark rayonunun Arçut kəndində Eminova Əminə ilə qonşu olublar. Ərizəçiı çoxdan tanıyır. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE 0******* şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən 20.12.2008-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 337145 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 06.12.2008-ci il tarixdə kəskin ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.12.2008-ci il tarixdə 899 nömrə ilə qeyd edilmişdir; Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 03.05.2000-ci il tarixdə verilmiş, AZ seriyalı, 063338 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X12 18.04.2000-ci il tarixdə kəskin ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.05.2000-ci il tarixdə 326 nömrə ilə qeyd edilmişdir; Arçut kəndi tərəfindən 24.11.1951-ci il tarixdə qeydə alınmış ZJ seriyalı, 145660 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X9 ilə X13 arasında 24.11.1951-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24.11.1951-ci il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Eminov, arvada Eminova soyadı verilmişdir; Maraqlı şəxs 05.05.2021-ci il tarixli, 96 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (nikah haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmininin mümkün olmadığı və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş, ərizəçi hazırda ünvan 2 ünvanında qeydiyyatdadır və bu ünvanda yaşayır. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün özünün doğum haqqında şəhadətnaməsinə ehtiyacı vardır. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə evin sənədləşdirilməsi üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan, Quqark rayonurayonunda anadan olması, atasının “X14”, anasının “X13” olması faktı müəyyən edilməli, X1 doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında 01.01.1955-ci il, doğum yeri qrafasında Ermənistan, Spitak rayonu, Qursalı kəndi, atası qrafasında X14, anası qrafasında «X5» göstərilməli, X1 doğum haqqında akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçi X2 aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan, Quqark rayonu kəndində anadan olması, atasının “X12”, anasının “X13» olması faktı müəyyən edilsin. Ərizəçi (milliyyətcə azərbaycanlı olan) doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1951-ci il, doğum yeri qrafasında Ermənistan, Quqark rayonu, , atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X12, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X13 göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2902/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2902/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver