Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2903/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və Xəzər Rayon İcra Şöbəsinə qarşı, üçüncü şəxs X12 cəlb edilməklə hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X9” Məhdud Məsuliyyətli Cəmiyyəti və Xəzər Rayon İcra Şöbəsinə qarşı, üçüncü şəxs X12 cəlb edilməklə hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 fevral 2020-ci il tarixli 24 nömrəli hərracın yekunları protokolu və 24 fevral 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və hərrac nəticəsində üçüncü şəxs X8 adına 27 fevral 2020-ci il tarixli DƏDRX-də ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 cavabdehlər İddiaçı, X6 və X1rşı pul əvəzinə kompensasiya ödənilməsi, mümkün olmadıqda mənzilin məcburi qaydada satılması və əldə olunan vəsait hesabına paylara uyğun bölünməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Apelyasiya Məhkəməsinin 24.05.2019-cu il tarixli, 2(103)-1368/2019 saylı qətnaməsinə əsasən hazırda mübahisə olunan ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil ilkin satış qiyməti 45.000 manat olmaqla açıq hərracda satılması və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib surətdə yəni 1\2 hissədə X13, qalan ikidə bir hissədə isə X7 vərəsələri olan İddiaçı, X6 və X4 arasında bölüşdürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. Xəzər rayon İcra Şöbəsi isə icra sənədinin icra olunması üçün “X10" MMC-nə göndərmişdir. “X10" MMC iddiaçıya xəbər etmədən, bildiriş göndərmədən hərrac keçirmiş və 24 fevral 2020-ci il tarixli 24 nömrəli X5 əsasən və 24 fevral 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən 31.500 manata üçüncü şəxs olan X11 satmışdır və 27 fevral 2020-ci il tarixli DƏDRX-də ********** nömrə ilə qeydə alınaraq Çıxarış verilmişdir. İddiaçı hazırda mübahisəli mənzildə ailəsi olan X6 və X2 birlikdə yaşayır. İddiaçı hesab edir ki, cavabdeh iddiaçıya xəbərdar etmədən ilkin təklifi iddiaçıya bildirmədən satmışdır ki, bu onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, iddiaçının ailəsi üç nəfərdən ibarətdir və məlumata olduğu halda həmin mənzili iddiaçı özü alaraq daha sərfəli şərtlə və ağır vəziyyətə düşməmək üçün üçüncü şəxs olan X11 qətnamə üzrə təyin edilmiş payını satış məbləğinə münasib ödəmək niyyətində olmuşdur. Bütün bu səbəbdən də cavabdeh tərəfindən keçirilmiş 24.02.2020-ci il tarixli hərracın nəticələri etibarsız hesab edilməli və ilkin satış iddiaçıya təklif edilməlidir. Adı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyişdirilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş cavabdehin nümayəndəsi X14 05.07.2021-ci il tarixli iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, ilkin Hərracın keçirilmə vaxtı 11 oktyabr 2019-cu il tarix göstərilməklə, 20 sentyabr 2019-cu il tarixində hərracın keçirilməsi ilə bağlı 29/60 nömrəli bildiriş İddiaçı və digər borcluların təqdim etdiyi ünvana göndərilmiş və qəbul edilmişdir. Hərracın keçirilmə vaxtı 01 noyabr 2019-cu il tarix göstərilməklə, 11 oktyabr 2019-cu il tarixində 10% endirimlə hərracın keçirilməsi ilə bağlı 29/60-1 nömrəli bildiriş İddiaçı və digər borcluların təqdim etdiyi ünvana göndərilmiş və qəbul edilmişdir. Hərracın keçirilmə vaxtı 18 noyabr 2019-cu il tarix göstərilməklə, 01 noyabr 2019-cu il tarixində 20% endirimlə hərracın keçirilməsi ilə bağlı 29/60-1-2 nömrəli bildiriş İddiaçı və digər borcluların təqdim etdiyi ünvana göndərilmiş və qəbul edilmişdir. Hərracın keçirilmə vaxtı 24 fevral 2020-ci il tarix göstərilməklə, 05 fevral 2020-ci il tarixində 30% endirimlə hərracın keçirilməsi ilə bağlı 29/60-1-2-3 nömrəli bildiriş İddiaçı və digər borcluların təqdim etdiyi ünvana göndərilmiş və qəbul edilmişdir. Həmçinin, “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı müvafiq elanlar yerləşdirilmişdir. Üçüncü şəxs X12 07.07.2021-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hərrac Bakı Apelyasiya Məhkəməsinin 24.05.2019-cu il tarixli, 2 (103)-1368/2019 və Xəzər rayon icra və probasiya şöbəsinin 04.09.2019-cu il tarixli, 39 saylı sifariş məktubuna əsasən tam olaraq Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir, hər iki tərəfə hərracın keçirilməsi ilə bağlı məlumat verilmiş, nəticədə əmlak hərraca çıxarılaraq satılmış və iddiaçılara aid olan payı hərracda X12 almışdır. Hal-hazırda iddiaçıların həmin ünvanda istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmalarına dair iddia qaldırdıqdan sonra iddiaçılar qeyd edilən iddianı qaldırmışlar ki, onların niyyəti işin gedişatını uzatmaqdır. Xəzər Rayon Məhkəməsinin icraatında olan “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair X8 iddası hazırki iş üzrə yekun qərara çıxarılanadək dayandırılmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli 2(103)-1368/2019 nömrəli qətnaməsindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil ilkin satış qiyməti 45.000 manat olmaqla açıq hərracda satılması və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasib surətdə yəni 1\2 hissədə X13, qalan ikidə bir hissədə isə X7 vərəsələri olan İddiaçı, X6 və X4 arasında bölüşdürülməsi qət edilmişdir. İş materiallarında olan 24 fevral 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən müəyyən olunur ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 8 saylı mənzil 31.500 manat qiymətinə X11 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reytrindən çıxarışdan müəyyən olunur ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 8 saylı mənzil xüsusi mülkiyyəti hüququ ilə tam payda X11 məxsus olması barədə 27.07.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan “hərracın yekunları barədə” 24 nömrəli protokoldan görünür ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 8 saylı mənzil, Xəzər Rayon İcra Şöbəsinin sifarişi ilə ilkin hərrac qiyməti 45 000 manat, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 10% endirimlə 40 500 manat, 20% endirimlə 36000 manat, 30% endirimlə 31500 manat qiymətə qalib alıcı X11 satılmışdır. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 20 sentyabr 2019-cu il tarixli 29/60 nömrəli bildirişdən müəyyən olunur ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 8 saylı mənzil ilkin satış qiyməti 65 000 manat təyin olunmaqla və ilkin hərracın keçirilmə vaxtı 11 oktyabr 2019-cu il tarix göstərilməklə sifarişçi, tələbkar və borclulara bildiriş göndərilmişdir və qəbul edilmişdir. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 11 oktyabr 2019-cu il tarixli 29/60-1 nömrəli bildirişdən müəyyən olunur ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 8 saylı mənzilin satış qiyməti 45 000 manat pul məbləğinin 10%-i məbləğində - 40 500 manat təyin olunmaqla və hərracın keçirilmə vaxtı 01 noyabr 2019-cu il tarix göstərilməklə sifarişçi, tələbkar və borclulara bildiriş göndərilmişdir və qəbul edilmişdir. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 05 fevral 2020-ci il tarixli 29/60-1-2-3 nömrəli bildirişdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin satış qiyməti 45 000 manat pul məbləğinin 10%-i məbləğində - 40 500 manat 20% endirimlə 36000 manat, 30% endirimlə 31500 manat təyin olunmaqla və hərracın keçirilmə vaxtı 24 fevral 2020-ci il tarix göstərilməklə sifarişçi, tələbkar və borclulara bildiriş göndərilmişdir və qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “Kaspi” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların satışı zamanı qanun pozuntularına yol verilməsini sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər X9” Məhdud Məsuliyyətli Cəmiyyəti və Xəzər Rayon İcra Şöbəsinə qarşı, üçüncü şəxs X12 cəlb edilməklə hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X9” Məhdud Məsuliyyətli Cəmiyyəti və Xəzər Rayon İcra Şöbəsinə qarşı, üçüncü şəxs X12 cəlb edilməklə hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2903/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2903/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver