Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2910/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi xx.xx.1964-cü ildə Basarkeçər rayonu qeydiyyat şöbəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X6, ana qrafasında isə X3 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR, Göyçə mahalı, Basarkeçər rayonu, Babacan kəndində anadan olmuş və doğumu Basarkeçər rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Bunu təsdiq edən doğum haqqında şəhadətnaməsi olsa da, doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. X1, anası isə X3 olmuşdur. Valideynləri vəfat etmişlər. Şəxsiyyətini təsdiq edən digər sənədlərinin əsli vardır. Bacılarının və qardaşının doğum haqqında şəhadətnamələri vardır. Onlar da, Ermənistan SSR-nin Göyçə mahalının Basarkeçər rayonunun Babacan kəndində anadan olmuşlar. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçür Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, Qeydiyyat şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, onun, yəni Ərizəçi xx.xx.1964-cü ildə Basarkeçər rayonu qeydiyyat şöbəsində doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək, doğum haqqında şəhadətnamənin, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə lazım olduğundan, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun kiçik qardaşıdır. O, qardaşından səkkiz yaş böyükdür. Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR, Göyçə mahalı, Basarkeçər rayonu, Babacan kəndində doğulmuş və həmin kənddə birlikdə böyümüşlər. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun əmisi oğludur. Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR, Göyçə mahalı, Basarkeçər rayonu, Babacan kəndində doğulmuş və həmin zaman onun 9 yaşı var idi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə doğulmuşdur; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, doğum faktını təsdiq edən sənəd olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir; Vİİ-ЖГ seriyalı, 350928 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuşlar. Ərizəçi təvəllüdü xx.xx.1964-cü il tarix, doğulduğu yer Ermənistan SSR, Vardenis rayonu qeyd edimişdir; НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi təvəllüdlü xx.xx.1964-cü il tarix, doğulduğu yer, Ermənistan SSR, Vardenis rayonu qeyd edimişdir; İ-ЗЖ seriyalı, 718693 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş tərcüməsindən görünür ki, X8 1956-cı ildə Ermənistan SSR, Basarkeçər rayonu, Babacan kəndində doğulmuşdur. X1, anası X2r. Beləliklə, məhkəmə iclasında ərizəçinin izatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR, Göyçə mahalı, Basarkeçər rayonu, Babacan kəndində doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadəsinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından, Ermənistan SSR tərəfindən verilmiş doğum haqqında şəhadətnamə yararsız halda olduğundan və onun həqiqiliyini müəyyən etmək mümkün olmadığından, bu səbəbdən də qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkünsüzlüyünü nəzərə alaraq, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1964-cü il tarixdə, Ermənistan SSR, Göyçə mahalı, Basarkeçər rayonu, Babacan kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Əlyarov”, adı “Mehdi”, ata adı “Hüseyn”, doğum tarixi “xx.xx.1964-cü il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Göyçə mahalı, Basarkeçər rayonu, Babacan kəndi”, ata qrafasında “X6, milliyyəti azərbaycanlı”, ana qrafasında “X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan SSR, Göyçə mahalı, Basarkeçər rayonu, Babacan kəndində doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Əlyarov”, adı “Mehdi”, ata adı “Hüseyn”, doğum tarixi “xx.xx.1964-cü il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Göyçə mahalı, Basarkeçər rayonu, Babacan kəndi”, ata qrafasında “X6, milliyyəti azərbaycanlı”, ana qrafasında “X3, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2910/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2910/2023
24.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver