Məhkəmə qərarları › İş №2(005)-2911/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2911/2020

08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2911/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxx 1940-cı il tarixdə Ermənistanın Quqark rayonunda doğulması, atasının X3, anasının X7 olması barədə doğumun qeydə alma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1940-cı il tarixdə Ermənistanın Quqark rayonunda doğulmuşdur. X1, anası X4r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda bəzi sosial hüquqlarının həyata keçirilməsi üçün doğum haqqında şəhadətnamənin olması vacibdir. Bununla əlaqədar olaraq ərizəçi öncə AR Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdir. AR Ədliyyə Nazirliyi Maraqlı şəxs təqdim etdiyi xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, vətəndaşlıq aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında mümkündür. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. X5 məhkəmədə ifadə verərək bildirdi ki, Ərizəçin atasının bibisidir. X3 ərizəçinin atasıdır. Ərizəçinin anası X7 Bakıda vəfat etmişdir, atamın nənəsidir. X2 məhkəmədə ifadə verərək bildirdi ki, Ərizəçi xx xxxx 1940-cı ildə anadan olmuşdur və onun qardaşının arvadıdır. Ərizəçinin X1, anası isə X4r. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxs mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi məxsus AZE seriyalı 05296702 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, 1940-cı il tarixində Ermənistanın Quqark rayonunda doğulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 37/505 saylı arayışdan görünür ki, Ərizəçi hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov Qeydiyyat şöbəsi tərərfindən Ərizəçi ünvanlanmış 913 nömrəli xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatından imtina edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçi xx xxxx 1940-cı il tarixində Ermənistanın Quqark rayonunda doğulmuşdur. X1, anası isə X4r. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VM-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1- ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır, 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli oian digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti oian faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaiar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədiər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin ediiməli, Ərizəçi xx.xx.1940-cı il tarixdə Ermənistanın Quqark rayonunda doğulması, ata qrafasında X3, ana qrafasında X7, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1940-cı il tarixdə Ermənistanın, Quqark rayonunda doğulması, ad, soyad və ata adı qrafasında Ərizəçi, ata qrafasında X3, ana qrafasında X7 yazılması ilə doğum akt qeydi bərpa edilsin. Yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar