Məhkəmə qərarları › İş №2(005)-2919/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2919/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2919/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********60178 olan Samsung Galaxy A50 markalı telefon üçün 416 manat ödənilməmiş hissə, 41 manat cərimə, cəmi 457 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********84352 olan Samsung Galaxy A50 markalı telefon üçün 396 manat ödənilməmiş hissə, 39 manat cərimə, cəmi 435 manat, ümumilikdə 892 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 922 manat cavabdeh X1 alınaraq “xxxxxxxxxxx” X2 ödənməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********60178 və **********84352 olan 2 ədəd Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 892 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 685manat (9 ay x 76 manat + 1 manat ilkin ödəniş)İMEİ Kodu **********60178 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 457 manat olmaqla ondan, 416 manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 manat (6 ay x 102 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********84352 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə,435 manat olmaqla ondan, 396 manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 485 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh dəyəri 685 manat olan İMEİ Kodu **********60178 olan Samsung Galaxy A50 markalı telefon götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə əsasən İMEİ Kodu **********60178 olan Samsung Galaxy A50markalı telefonu tam qüsursuz vəziyyətdə təhvil almışdır. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 76 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh dəyəri 685 manat olan İMEİ Kodu **********84352 olan Samsung Galaxy A50 markalı telefon götürməsi barədə müqavilə bağlamış və bunu öz imzası ilə təsdiqləmişdir. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqaviləyə əsasən İMEİ Kodu **********84352 olan Samsung Galaxy A50 markalı telefonu tam qüsursuz vəziyyətdə təhvil almışdır. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 102 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 812 manat əsas borc, 80 manat cərimə pulu olmaqla, cəmi 892 manat borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 812 manat ödənilməmiş hissə, 80 manat cərimə, ümumilikdə 892 (səkkiz yüz doxsan iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 812 manat ödənilməmiş hissə, 80 manat cərimə, ümumilikdə 892 (səkkiz yüz doxsan iki) manat borc və 30 (otuz) manat dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar