Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-292/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X4 Cavabdeh MMC-yə qarşı “müqaviənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı “müqaviənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, mənzilə görə ödənilmiş 250.000 (iki yüz əlli min) ABŞ dollarının, memar X11 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə 200 manat ödənişin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq X12ma birdəfəlik qaydada ödənilməsi barədə, X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X9 iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə görə sahəsi 249.11 kvadrat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2050 manat olmaqla 510.675 manat pulun, memar X11 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 (beş yüz on min doqquz yüz beş) manat məbləğində pulun Cavabdeh MMCdən X4 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X9 iddia ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə Cavabdeh MMC arasında Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, “C” binası, 21-ci mərtəbədə yerləşən, sahəsi 249.11 kv.m. ibarət olan 100 saylı mənzilin alqı-satqısına dair 24 mart 2015-ci il tarixli 113 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, satılan mənzilin hər kv.m-nin qiyməti 1000 (bir min) ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin ümumi məbləği 250.000 ABŞ dolları olması şərtləndirilmişdir. Mənzilin tam dəyəri 24 mart 2015-ci il tarixdə nağd şəkildə cavabdehə ödənilmiş və bununla bağlı həmin tarixdə 000238 saylı kassa mədaxil orderinin qəbzi verilmişdir. Mənzilin dəyərinin tam ödənilməsi və mənzil üçün Elmira Mamedovanın Cavabdeh MMC-yə borcunun olmaması barədə cavabdeh tərəfindən 24 mart 2015ci il tarixli 51 saylı maliyyə arayışı da verilmişdir. Mənzilin tələbatına uyğun təmirinə başlamaq üçün dəvət etdiyi dizayner-müstəqil mütəxəssis memar X11 mənzilə baxış keçirərkən, apardığı ölçü işlərinin nəticəsində müəyyən etmişdir ki, 100 saylı mənzilin faktiki sahəsi 213.97 kv.m-dir. Yəni, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan sahədən 35,14 kv.m. azdır. Bu çatışmayan 35.11 kv. metr sahə bir otaqlı mənzilin sahəsidir, hansı ki, bu sahədən öz tələbatına uyğun istifadə edə bilməyəcəyinin səbəbi də cavabdehin yalan məlumatları müqaviləyə daxil edərək, onu istehlakçı kimi aldatmasıdır. Çatışmazlıq sahə ilə bağlı olduğuna görə mənzilin digər qüsurlarına varmadan bildirir ki, bu sahə onun tələbatını qane etmir və müqavilə üzrə ona satılan 249,11 kv. metr sahəyə sahib olmaq imkanından qabaqcadan məhrum olmuş, belə ki, hazırda mənzilin sahəsi heç bir formada 35,14 kvadrat metr artırıla bilməz. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədi və iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh MMC-nin qanuni təmsilçisi X13 iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı X9 Cavabdeh MMC arasında imzalanmış 24 mart 2015-ci il tarixli 113 saylı müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılması barədə iddia ərizəsi ilə müraciət etmiş və mülki iş icraata qəbul edilmişdir. Müqavilə 24 mart 2015-ci ildə imzalanmış imzalanan gün iddiaçının həyat yoldaşı X10 261565 manatı kassaya mədaxil etmiş və müqavilədə qeyd edilən mənzil ona yerində göstərilərək həmin gün təhvil verilmişdir. Lakin müqavilə üzrə bütün öhdəliklər icra edildikdən 6 il 6 ay keçdikdən sonra, yəni 30 sentyabr 2021-ci il tarixində iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia müddətini ötürmüşdür. Bununla da, iddiaçı E.R. Mamedovanın iddia ərizəsi üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddianın rədd dilməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: -Cavabdeh MMC ilə X9 arasında bağlanmış 24.03.2015-ci il tarixli, 113 saylı mənzilin alqısatqı müqaviləsinə əsasən satıcı Cavabdeh MMC Bakı şəhər, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən, 21 mərtəbəli, “C” binası, 21-ci mərtəbə, mənzil 100də yerləşən, 249,11 kv.m-dən ibarət olan yaşayış sahəsin satmağı, Alıcı isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyə öhdəsinə götürür. Satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi alıcı isə mənzili qəbul edib razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürür. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən Alıcı 1.1-ci bəndində göstərilən mənzilin hər kv.m üçün 1000 (min) ABŞ dolları ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 249 110 (iki yüz qırx doqquz min yüz yüz on) ABŞ dollarıdır. Alıcı ümumi məbləği müqavilə imzalanan gün, yəni 24.03.2015-ci il tarixdə Milli Bankın müvafiq kursu ilə manatla ödəmişdir. - 24 mart 2015-ci il tarixli Kassa mədaxil orderindən görünür ki, Mamedova Elmira mənzil almaq üçün 261565 (iki yüz altmış bir min beş yüz altmış beş) manat Cavabdeh MMC-yə ödəniş etmişdir. -Cavabdeh MMC-nin 24.03.2015-ci il tarixli, 51 №-li maliyyə arayışından görünür ki, Bakı şəhər, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanda inşa olunan yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanda Cavabdeh MMC tərəfindən tikilmiş “C” yaşayış binasının 21-ci mərtəbəsində yerləşən 4 otaqlı 249,11 m2 sahəsi olan 100 saylı mənzilin dəyəri tam ödənilmişdir. Qeyd edilən mənzil üçün Mamedova Elmiranın Cavabdeh MMC-yə borcu yoxdur. - X2 Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanının planından görünür ki, mənzilin ümumi sahəsi 213,97 kv.m-dir. - Mədaxil qəbzindən görünür ki, X8 memarlıq planına görə 200 manat məbləğində ödəniş edilmişdir. - X6 09.09.2021-ci il tarixdə Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, mənzilə görə ödənilmiş pulun geri qaytarılması barədə MMC-yə müraciət edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli 10/6414 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 24.03.2015-ci il tarixli 113 №-li “Müqaviləmdə mənzilin ümumi sahəsi 249,11 m2 göstərilmişdir. Lakin müqavilədə qeyd ounan sahənin cizgisi o cümlədən ekspert vəsatətində qeyd olunan binanın işçi layihəsi təqdim olunmadığından layihə-cizgi əsasında mənzilin sahəsinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan"-na əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında inşa edilmiş 21 mərtəbəli yaşayış kompleksinin, "C” binasının, 21-ci mərtəbəsində yerləşən 100 saylı mənzilin faktiki olaraq ümumi sahəsinin 213,97 m2 təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında inşa edilmiş 21 mərtəhəli yaşayış kompleksinin, "C” binasının, 21-ci mərtəbəsində yerləşən 100 saylı mənzilin faktiki sahəsi ilə (213,97 m2) 24.03-2015-ci il tarixli 113 №-li “Müqavilə"də göstərilən sahə (249,11 m2) arasında 35,14 m2 fərq olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, mülki işin mübahisəsiz hallarından görünür ki, X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsi ilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhərində, Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, “C” binası, 21-ci mərtəbədə yerləşən, sahəsi 249.11 kv.m. ibarət olan 100 saylı mənzil X1, mənzil X7 təhvil verilmişdir. Müqavilənin şərtlərinə görə onun tərəfindən müqavilədə göstərilən 100 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 249,11 kv.metr göstərilən mənzilin hər kvadrat metri üçün 1000 ABŞ dolları olmaqla, 250000 ABŞ dolları pul cavabdehə tam ödənilmişdir. Lakin mənzildə dizayn aparılarkən müəyyən olmuşdur ki, mənzilin sahəsi müqavilə göstəriləndən 35,14 kv.az, yəni 213,97 kv.m-dir. Qeyd edilən məsələnin həllinə dair iddiaçı, MMCyə rəsmi qaydada müraciət etmiş, lakin mabahisə öz həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə görə sahəsi 249.11 kvadrat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2050 manat olmaqla 510.675 manat pulun, memar X11 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 (beş yüz on min doqquz yüz beş) manat məbləğində pulun Cavabdeh MMC-dən X4 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli 10/6414 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan"-na əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında inşa edilmiş 21 mərtəbəli yaşayış kompleksinin, "C” binasının, 21-ci mərtəbəsində yerləşən 100 saylı mənzilin faktiki olaraq ümumi sahəsinin 213,97 m2 təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında inşa edilmiş 21 mərtəhəli yaşayış kompleksinin, "C” binasının, 21-ci mərtəbəsində yerləşən 100 saylı mənzilin faktiki sahəsi ilə (213,97 m2) 24.03-2015-ci il tarixli 113 №-li “Müqavilə"də göstərilən sahə (249,11 m2) arasında 35,14 m2 fərq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59.1-ci bəndində əsasən Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci bəndində əsasən Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü bəndində əsasən Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-ında göstərilir: - Balkon -fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança;
3. Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin, tikinti sahəsinin və tikinti həcminin hesablanması. 3.2 Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. 1.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) yerləşdiyi sahə nəzərə alınmadan Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Avesta Konserni” MMC ilə X9 arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia əsaslıdır. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 437.1-ci maddəsinin şərtinin pozulması əsasından çıxış edilsə, iddiaçı hazırki iddianı verməkdə haqlıdır. Çünki alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh öz üzərinə alıcıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) olan əşyanı verməyi, alıcı isə həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilədən də göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 249,11 kv.metr sahədən ibarət mənzili satmalı olduğu təqdirdə, qeyd edilən mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizasının aparılmasının nəticəsi olaraq əldə edilmiş müvafiq rəylə müəyyən edilmişdir ki, 213,97 kv.metr sahədən ibarət olan mənzili satmışdır. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Alıcı mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq (249,11 kv.metr sahə üçün) müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 250000 ABŞ dolları məbləğində dəyərləndirilməsini özü üçün münasib dəyər hesab etmiş və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsi aşağıdakı qanunvericilik normaları tətbiq edilməklə ləğv edilməlidir. Mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Eyni Məcəllənin 424.4-cü maddəsinə görə isə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Məhkəmə mülki işin mülki işin hallarını nəzərdən keçirərkən tərəflər arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün hüquqi əsasın mövcud olduğunu müəyyən etmişdir. Belə ki, mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X9 müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçı şəxs məhkəmədən müqavilənin ləğv edilməsi və bağlanmış müqavilənin dəyərinin əvəzi mənzilin hazırkı bazar qiyməti (hər kv.m üçün) 2050 manat olmaqla 510.675 manat pulun geri qaytarılmasını, həmçinin 200 manat “Mənzilin Planı”na görə ödənişi tələb etməkdə haqlıdır.Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin 250000 ABŞ dolları civarında olmasına baxmayaraq, hazırda iddiaçı tərəf müqavilə ləğv olunduğu halda onun dəyərinin hazırkı bazar qiyməti ilə geri qaytarılmasını tələb edir. Belə ki, əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir, bu baxımdan iddiaçıya Bakı şəhərində, Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, “C” binası, 21-ci mərtəbədə yerləşən, sahəsi 249.11 kv.m. ibarət olan 100 saylı mənzilqt dəyərinin müqavilədə qeyd olunan məbləğdə 250000 ABŞ dolları məbləğində qaytarılması onun mənafeyinə ziddir. Belə olan halda, əmlakın hazırkı real dəyərinin geri qaytarılması tələbi əsaslı və təmin olunmalıdır. Bundan başqa məhkəmə cavabdehin iddianın müddəti tətbiq etməklə, iddianın rədd edilməsi barədə qərar çıxarılması barədə ərizəsinə münasibət bildirərək aşağıdakəları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizə ilə razılaşmır. Belə ki, cavabdeh daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğunu qeyd edərək iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçı X4 hazırkı iddiasının əsasında müqavilənin etibarsızlğı deyil ləğvi, eləcə də ona vurulmuş maddi zərər ilə bağlı məsələ olduğundan iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin. Mənzilə görə sahəsi 249.11 kvadrat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2050 manat olmaqla 510.675 manat pul, memar X11 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 (beş yüz on min doqquz yüz beş) manat məbləğində pul Cavabdeh MMC-dən X4 xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh MMC-dən tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytən Novruzova