Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2924/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, şəxsiyyət vəsiqəsindəki məlumatların düzgün olmadığı bəhanəsi ilə işdən azad olunmuşdur. Eyni zamanda bildirmişdir ki, əməkhaqqının ödənilməsi qeyri-dəqiq aparılmışdır. Cavabdeh əmək qanunvericiliyinə etinasızlıq göstərir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh MMC-nin direktoru X4 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" fevral 2019-cu il tarixindən etibarən "xxxx" fevral 2020-ci il tarixinədək 1 il müddətinə işə başlamaqla MMC-nin nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, xxxxxxx000101 nömrəli əmək müqaviləsi bildirişinin surətinə əsasən, İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “aylıq əmək haqqının məbləği 200 manat” sözü “aylıq əmək haqqının məbləği 250 manat” olaraq dəyişdirilmiş, xx.xx.2019-cu il tarixində bağlanmış müddətli əmək müqaviləsinə əsasən o, vaxtamuzd olaraq Cavabdeh MMC-nin nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir; Cavabdeh MMC-nin direktoru X4 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında xx.xx.2021-ci il tarixli “Razılaşma”ya əsasən İddiaçı hər ay 300.00 manat əməkhaqqı ödənilməsi müəyyən olunmuşdur; Cavabdeh MMC-nin 09 mart 2022-ci il tarixli, 09/03-22 saylı əmrinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 17.12 2021-ci il tarixli Sərəncamı əsasında xx.xx.2022-ci ildən etibarən ölkə ərazisi üzrə minimum əmək haqqı 300.00 müəyyən olunmuşdur. Həmin sərəncamın yerinə yetirilməsi məqsədilə Cavabdeh MVC-nin rəhbərliyi tərəfindən AR Əmək Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci maddələrinin tələbinə əsasən işçilərin əmək müqavilələrinə dəyişiklik etmiş və əmək haqqlarının artırılmasına qərar vermişdir. Buna əsasən elektron informasiya sisteminə gücləndirilmiş asan imza vasitəsi ilə əmək müqaviləsinə dəyişiklik edilməsi zamanı Cəmiyyətdə “Nəzarətçi" vəzifəsində çalışan İddiaçı məxsus Fin tapılmamışdır və şəxsiyyət vəsiqəsinin etibarsız olması bildirişi yaranmışdır. Buna görə də onun əmək müqaviləsinə dəyişiklik edilə bilməmişdir. 2022-ci ilin yanvar ayından bugünədək müəsissə rəhbərliyinin ona dəfələrlə düzgün şəxsiyyət vəsiqəsinin təqdim edilməsilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. Ona görə AR Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin yerinə yetirilməməsi (Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası və şəxsiyyət vəsiqəsi təqdim edilməlidir) səbəbilə, 68-ci maddəsinin d) bəndinə əsasən və işçinin pensiya yaşına çatması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-də Nəzarətçi vəzifəsində işləmiş İddiaçı əmək haqqı kartına 2019-cu ildən 2022-ci il tarixinədək sosial sığorta haqları üzrə ayırmalar hesablanmaqla, müxtəlif məbləğlərdə ödənişlər edilmişdir; Cavabdeh MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı ilə 17 təqvim günü üçün (xx.xx.2022-ci ilədək) son-haqq hesab aparılmaqla, ona 792.03 manat ödənilmişdir; Əmək müqaviləsini bildirişi üzrə X1 çıxarılmış məlumata əsasən “xxxxxxx” FİN-ə uyğun hüquq qüvvəsi olan sənəd tapılmamışdır; xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir; 70-ci maddəsinin 1-ci hissəsinin "e" bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin əmri ilə nəzarətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci ilədək bu vəzifədə çalışmışdır. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişə əsasən, İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “aylıq əmək haqqının məbləği 200 manat” sözü “aylıq əmək haqqının məbləği 250 manat” olaraq dəyişdirilmiş, xx.xx.2019-cu il tarixində bağlanmış müddətli əmək müqaviləsinə əsasən o, vaxtamuzd olaraq qeyd olunmuşdur. Daha sonra Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında xx.xx.2021-ci il tarixli “Razılaşma”ya əsasən onun aylıq əməkhaqqısı 300.00 manat müəyyən olunmuşdur. Cavabdeh MMC-nin 09 mart 2022-ci il tarixli, 09/03-22 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin yerinə yetirilməməsi (Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası və şəxsiyyət vəsiqəsi təqdim edilməlidir) səbəbilə, 68-ci maddəsinin d) bəndinə əsasən və işçinin pensiya yaşına çatması ilə əlaqədar xitam verilmişdir. İddiaçı hazırda barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğunu bildirir və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini tələb edir. İşin müəyyən olunmuş hallarına əsasən, iddiaçı 65 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuş, beləliklə də o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinin təsir dairəsinə düşmüşdür. Belə olan halda, iddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman onun hüquqları pozulmamışdır. Buna görə də, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddiaçı cavabdeh Azərbaycan Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2924/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2924/2022
23.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver