Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-293/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh və Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçınə qarşı “tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin apardığı tikintiyə istənilən formada törətmiş olduğu maneələrin ona qadağan edilməsi, cavabdehə məxsus qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzildən əvəzi bazar qiymətinə uyğun olaraq ödənilməsi şərti ilə həmin mənzildən köçürülməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Acıq Səhmdar Cəmiyyətinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı 22 oktyabr 2014-cü il tarixli, PHS-1897 nömrəli məktubu, İddiaçı Mənzil Tikinti Kooperativinin 22 oktyabr 2014-cü il tarixli 26 nömrəli müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli, 505 nömrəli sərəncamı ilə ünvan 3 ünvanda çoxmərtəbəli yaşayış binasının tikilməsinə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndində göstərilir ki, tkintiyə icazə verilmiş ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə həvalə edilsin. Eyni zamanda, sərəncamda ərazinin və obyektin şəhərsalma sənədlərinin hazırlanması və təqdim edilməsi göstərişi verilmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi sərəncamda göstərilən tələbləri yerinə yetirmiş və göstərilən ünvanda tikintisi nəzərdə tutulan bloklardan birincisinin sənədlərinin qanunun tələblərinə uyğun olaraq hazırlamış və tikintiyə başlanılması barəsində icazənin alınması üçün müraciət etmişdir. Bakı şəhər icra hakimiyyəti tərəfindən təqdim edilmiş sənədlər hərtərəfli öyrənilmiş və tikiləcək birinci blokun şəhərsalma və tikinti normalarına cavab verdiyini müəyyən etdikdən sonra, Bakı Şəhər İcra Hakimiyyətinin 22 dekabr 2015-ci il tarixli 550 nömrəli sərəncamı ilə göstərilən ünvanda birinci blokun tikintisinə icazə verilmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tikinti altına düşən və tikinti sahəsini əhatə edən yaşayış evlərinin sakinləri və mülkiyyətçiləri ilə razılığa gəlinərək qarşılıqlı razılıq əsasında onlara məxsus mənzil və evləri sökülmüş və sakinlər köçürülmüşdür. Beləliklə də, tikintisi nəzərdə tutulan coxgirişli binalardan birinci “A” bloku tikilərək sakinlərə təhvil verilmişdir. Hazırda birinci blokda sakinlər tam məskunlaşmışdır. Bundan sonra tikiləcək ikinci blokun sənədləşdirilməsi və müvafiq dövlət orqanları tərəfindən yoxlanılması və tikintiyə icazənin alınması işinə başlanmışdır. İkinci blokun tikinti sahəsinə düşəcəyi ehtimalı olan mənzillərin bir qismi birinci “A” blokunun tikintisi zamanı, yəni əvvəlcədən sahiblərinin qarşlıqlı razılaşması ilə sökülmüş və onlar köçürülmüşdür. Tikiləcək “B” blokunun tikintisi üçün müvafiq olaraq dövlət orqanlarından aşağıdakı rəylər alınmışdır: tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 12 sentyabr 2019-cu il tarixli 02/852 nömrəli rəyi; tikinti layihəsinə dair ekspertiza mütəxəssisinin 28 oktyabr 2019-cu il tarixli 28318 tarixli rəyi; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 23 oktyabr 2019-cu il tarixli ER-22/507 nömrəli rəyi; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin 27 sentyabr 2019-cu il tarixli YTNƏŞ-0605 nömrəli rəyi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemologiya Mərkəzinin 13 noyabr 2019-cu il tarixli 184 nömrəli rəyi. Qeyd edilən rəylər alındıqdan sonra, Bakı Şəhər İcra Hakimiyyətinin 24 oktyabr 2014-cü il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 30 dekabr 2019-cu il tarixli 132 nömrəli obyektin tikintisinə icazə verilmişdir. Tikilməsinə müvafiq icazə alınmış “B” blokunun tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların mənzilləri Mənzil Tikinti Kooperativi tərəfindən sökülərək tikinti üçün meydança hazır vəziyyətə salınmışdır. Mənzilləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində İddiaçı Mənzil Tikinti Kooperativi öhdəlik götürmüşdür. Hazırda tikinti sahəsinə düşən mənzillər söküldükdən sonra “B” blokunun tikintisinə başlanmışdır. Artıq “B” blokunun zirzəmi və birinci mərtəbəsinin tikintisi başa çatmış və sonrakı mərtəbələrin tikintisi davam etdirilir. ünvan 4 ünvanının sahibi-Cavabdeh müxtəlif üsul və vasitələrlə binanın tikintisinə müdaxilələr edərək, tikintidə çalışan işçiləri və eləcə də Mənzil Tikinti Kooperativinin əməkdaşlarını əxlaqsız formada təhqir edir. Bununlada kifayətlənməyib tikintinin aparıldığı sahəyə icazəsiz daxil olaraq tikintinin fəaliyyətinə imkan verməyərək tikintidə çalışan işçilərə və texnikaya təhlükə yaradır. Dəfələrlə tikinti sahəsində iş görən texnikalara zərər yetirmişdir. Tikinti sahəsində istifadə edilən texnikaların tikinti sahəsinə daxil olmasına maneələr yaradır, texnikaların sahəyə daxil olmasının qaşısında maneələr yaradaraq texnikanın sahəyə daxil olmasına qəsdən imkan vermir. Onun qanuna zidd əməlləri nəticəsində tikintinin fəaliyyəti iflic vəziyyətə düşmüşdür. Dəfələrlə ona qanuna zidd əməllərinə son qoyulması tələb edilmiş olmasına baxmayaraq, açıq aşkaq bildirir ki, heç kimdən qorxmur və ona görə də qanunlara hörmət etmir. Cavabdeh hətta belə halların birində oğlu ilə birlikdə tikinti sahəsinə daxil olaraq İddiaçı Mənzil Tikinti Kooperativinin əməkdaşını təhqir etdikdən sonra ona qarşı zorakılıq edərək onu döymüş və ona ciddi bədən xəsarəti yetirmişdir. Bu barədə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18 nömrəli Polis Bölməsinə müvafiq ərizə ilə şikayət etmişlər. İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən dəfələrlə Cavabdeh qanuna zidd əməlləri barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18 nömrəli Polis Bölməsinə dəfələrlə müraciətlər edilmişdir. Polisin müdaxiləsindən sonra da o qanunsuz əməllərini davam etdirir və aşkar xuliqanlıq etməkdən belə çəkinmir. Cavabdeh qanuna zidd əməlləri ilə tikintinin fəaliyyətini iflic etməklə kifayətlənməyərək, müxtəlif orqanlara Mənzil Tikinti Kooperativi barəsində həqiqətə uyğun olmayan, Mənzil Tikinti Kooperativini nüfuzdan salan çoxsaylı yazılı müraciətlər göndərməklə də tikintinin davam etdirilməsinə maneələr yaradır. Onun tamamilə yalanlarla dolu olan müracətləri ilə həm dövlət orqanlarını əsassız məşğul edir, həm də Mənzil Tikinti Kooperativini nüfuzdan salır. Cavabdehə məxsus olan mənzilin tikilməkdə olan binanın tikinti sahəsinə aidiyyəti yoxdur. Onun mənzilinə tikinti sahəsinin hər-hansı bir maneçiliyi yoxdur. Buna baxmayaraq, Mənzil Tikinti Kooperativi cavabdehə məxsus mənzilin olduğu ərazinin tikilən binanın gələcəkdə ətrafının abadlaşdırılması və yaşıllaşdrıması zərurətinin yaranacağı ehtimalını nəzərə alaraq, cavabdehə mənzilinin bazar qiymətinə uyğun Mənzil Tikinti Kooperativinə satılması və ya mənzilin əvəzində digər sakinlər kimi tikilən binadan müasir tələblərə cavab verən mənzillə təmin olunması, mənzil tikilib başa çatan zamana qədər isə ona kirayə haqqının Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehə ödəniləcəyi və ya mənzilin bazar qiyməti dəyərində, ona premium klas hazır binada çıxarışla təmin edilmiş lüks mənzil təklif edir, ya da istədiyi başqa yerdən ona mənzil alınması kimi real təkliflərlə dəfələrlə cavabdehə müraciətlər etmişdir. Cavabehlə dəfələrlə qeyd edilən təkliflər barəsində qarşılıqlı razılığa gəlinməsi üçün çoxsaylı və ətraflı danışıqlar aparılmışdır. Lakin cavabdeh özünü digər mənzillərinin sökülməsinə razılıq vermiş sakinlərdən üstün tutaraq külli miqdarda pul almadığı halda binanın tikintisinə imkan verməyəcəyini bildirmişdir. Cavabdehin mənzili digər mənzil sahibi olan sakinlərdən fərqli olaraq, tikinti sahəsinə düşmədiyi halda özünü digər mənzil sahiblərindən üstün tutaraq, mənzilinə görə bazar qiymətindən dəfələrlə artıq və fantastik pul tələb edir. Cavabdehə məxsus olan mənzilə aid təqdim etdiyi qeydiyyat vəsiqəsində mənzilin sahəsinin 12 kv.metr olduğu müəyyən edilmişdir. Cavabdehə məxsus mənzil 1924-cü ildə tikilmişdir və istismar müddəti başa çatmışdır. Bundan başqa, cavabdeh mənzilini müasir sanitarya normalarına uyğun saxlamadığna görə, hazırda sanitar qaydalara cavab vermir və antisanitar vəziyyətdədir. Cavabdehin mənzili Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin mənzilinin yanındakı mənzil sahibləri qeyd edilənləri nəzərə alaraq mənzillərinin sökülməsi barəsində Mənzil Tikinti Kooperativi ilə razılığa gəlmişdirlər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh istismar müddəti bitmiş, şəhərin görkəminə eybəcərlik gətirən mənzilinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi, həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanuna zidd hərəkərlərini davam etdirməklə, faktiki olaraq Mənzil Tikinti Kooperativini şantaj edir. Cavabdehin müxtəlif orqanlara etdiyi yazılı müraciətlərində göstərilir ki, guya Mənzil Tikinti Kooperativi onunla mənzili barəsində razılığa gəlməkdən imtina edilir və onunla danışıqlar aparılmır. Həqiqətdə isə cavabdehlə mütəmadi olaraq hərtərəfli və obyektiv danışıqlar aparılır. Cavabdehdən soruşulduqda həqiqətə uyğun olmayan yalan məzmunlu şikayət və ərizələr yazdığının səbəbini soruşduqda isə cavabında bildirir ki, Mənzil Tikinti Kooperativini nüfuzdan salmaqla külli miqdarda pul əldə etmək istəyir. Cavabdeh açıq-aşkar bildirir ki, Mənzil Tikinti Kooperativi barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqda yeganə məqsədi qazanc əldə etməkdir və bu işini davam etdirməkdə israrlıdır. Cavabdehin bu hərəkətləri kobud qanun pozuntusudur və hədə-qorxu ilə pul tələb etmək niyyətidir. Qeyd edildiyi ki, cavabdehə məxsus mənzil 1924-cü ildə tikilmişdir. Mənzil istismar müddətini başa vurmuşdur. Mənzil binanın bünövrəsinə və dayanıqlılığna uyğun olmayaraq cavabdeh tərəfindən həddindən artıq yüklənərək binanın dayanıqlığını tamamilə zəiflətmişdir və mənzili qəzalı vəziyyətə salmışdır. Ona görə də cavabdehə məxsus mənzil şəhərin görkəminə xələl gətirməklə yanaşı, eyni zamanda qəzalı olduğuna görə ətrafdakılar üçün də təhlükə mənbəyinə çevirilmişdir. Mənzilin hər an uçmaq təhlükəsi olduğu üçün ətrafdakılar və qonşular üçün təhlükə mənbəyinə çevirilmişdir. Mənzil İddiaçı Mənzil Tikinti Kooperativi ilə qonşuluqda yerləşdiyinə görə eyni zamanda İddiaçı Mənzil Tikinti Kooperativinin sakinləri və tikintidə çalışanlar üçün təhlükə mənbəyinə çevrilmişdir. Cavabdeh müxtəlif ünvanlara yazdığı müraciətlərdə də birmənalı olaraq etiraf edir ki, onun mənzili qəzalı vəziyyətdədir. Dəfələrlə ona razılaşma üçün mənzilinə aid olan sənədləri İddiaçı Mənzil Tikinti Kooperativinə təqdim etməsini istəsələr də, o Mənzil Tikinti Kooperativinə heç bir sənəd təqdim eləmir. Cavabdeh açıq-aşkar onları dövlət qurumlarına şikayət etməklə tikintinin dayandırılmasına nail olacağı ilə təhdid edir. Baxmayaraq ki, ona yaşadığı qəzalı vəziyyətdə olan yarımçıq tikilidən çox yaxşı mənzillər təklif edilir. Binanın tikilməsi barəsində Bakı Şəhər İcra Hakimiyyətinin 24 oktyabr 2014-cü il tarixli qərarının 1.1-ci bəndində göstərilən tələbə əsasən, ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərin ödənilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə həvalə edilmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi də vicdanla və ləyaqətlə yerinə yetirir. Bundan başqa, İddiaçı Mənzil Tikinti Kooperativi ali dövlət orqanlarının Bakı şəhərinin görkəminə uyğun olmayan köhnə tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki göstərişlərinə uyğun olaraq, cox sürətlə həmin tələblər yerinə yetirilir. Həmçinin, Bakı şəhərində olan, görünüşləri müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla ali dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda, yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlarla manat vergi ödənilməsi deməkdir. Göründüyü kimi, ali dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərə cavab verən evlərlə təmin olunması və eyni zamanda da, şəhərin görkəminin də gözəlləşdirilməsi deməkdir. İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehin mənzilə olan mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada əvəzinin bazar qiymətinə uyğun dəyərini ödəməyə və ya da mütənasib olara mənzilinin sahəsindən artıq olmaqla əvəzində müasir tələblərə cavab verən yeni tikilən binada onun mülkiyyətinə mənzil verir. Mənzil Tikinti Kooperativinin cavabdehə məxsus qəzalı və şəhərin müasir tələbinə cavab verməyən mənzilinin sökülərək yerində abadlaşdırılma və yaşıllaşdırma aparması ədalətli və mülkünə görə münasib təklifdir. Baxmayaraq ki, onun mənzili tikinti sahəsinə düşmür. Lakin cavabdeh mənzilə mülkiyyət hüququnun olmasından sui-istifadə etməklə yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı ali dövlət orqanlarının Bakı şəhərinin müasir tələblərə cavab verən hala gətirilməsinin qarşısını almış olur. Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin edilməməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 130 ünvanda ona məxsus olmaqla, ünvan 5rdi yaşayış evinə bitişik olmaqla, ara məsafəsinin tələblərini və tikintinin təhlükəsiz şəkildə aparılması qaydalarını pozmaqla aparılan tikinti işlərinin qanunsuz hesab edilərək İddiaçı tərəfindən sökülməsi, ona məxsus yaşayış evinin bərpa olunması üçün 50.000 (əlli min) manat və mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat, eləcə də ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçındən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsi üzrə İddiaçı ona qarşı “tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İddiaçı apardığı tikintiyə istənilən formada törətmiş olduğu maneələrin qadağan edilməsi, ona məxsus qəzalı vəziyyətdə olan ünvan 6 ünvanından əvəzi bazar qiymətinə uyğun ödənilməsi şərti ilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 27 mart 2003-cü il tarixdə verilmiş ÖM seriyalı 147706 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 nömrəli evin 4-cü mənzili xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyatdan keçmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Ev şəraitinin darısqal olduğu nəzərə alınaraq, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli 418 nömrəli sərəncamı ilə ona özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7/4 nömrəli evin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb, ümumi sahəsi təxminən 450 kv.metr olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmişdir. Qeyd olunan ərazidə onun kimi yaşayan qonşuların mülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 7 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirlməsi üçün həmin kooperativə icazə verilmiş, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin İddiaçı tərəfindən həll edilməsi qərara alınmışdır. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22 dekabr 2015-ci il tarixli 550 nömrəli sərəncamı ilə ünvan 7 ünvanda 18 mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün İddiaçınə icazə verilmişdir. Həmin sərəncamların mövcudluğundan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 09 sentyabr 2020-ci ildə məhkəmə iclasında olarkən məlumatlı olmuş və həmin sənədlərin surətlərini əldə etmişdir. Qeyd olunan sərəncamların və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin “obyektin tikintisinə icazə” adlı 30 dekabr 2019-cu il tarixli 132 nömrəli aktının ləğv edilməsi barədə iddia ərizələri ilə ayrı-ayrılıqda Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir, hal-hazırda hər iki iddia ərizəsi həmin məhkəmənin icraatındadır. Cavabdeh Mənzil-Tikinti Kooperativi verilən sərəncamlara və Memarlıq və Şəhərsalma, Tikinti Norma və Qaydalarına əməl etməyərək istifadəsinə və icarəsinə verilən torpaq sahəsində yerləşən mülkiyyətçilərlə alqı-satqı müqaviləsi bağlayaraq ərazini boşaltdıqdan sonra tikinti işlərinə başlamalı olduğu halda bu normalara əməl etməyərək qanunsuz tikinti işləri apararaq onun şəxsi mülkiyyətində olan fərdi yşayış evinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşlar. Cavabdeh həmçinin tikinti- quraşdırma işləri apardıqları dövrdə onun və digər mülkiyyətçilərin təhlükəsiz və normal yaşayışını təmin etməmiş, ötən dövr ərzində mülkiyyətində olan evdə yaşamağı qeyri-mümkün etməyə cəhd edir. Hətta, bu məqsədlə tikinti işləri aparılan zaman evinin bir hissəsi uçurulmuş, buna etiraz etdikdə isə ondan polisə şikayət etmişlər. Cavabdeh təşkilat hər hansı formada qanuni əsas olmadan müvafiq sərəncam əsasında inşa etdiyi fərdi yaşayış evinin təxminən 1,5 metr aralıda hündürmərtəbəli yaşayış evinin tikintisinə başlamış, bununla da onun mülkiyyətindəki fərdi yaşayış evinin özülünün qəzalı vəziyyətə düşməsinə, eləcə də evinin təbii günəş işığından məhrum olunmasına və digər mənfi nəticələrə səbəb olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 130 ünvanda çoxmərtəbəli yaşayış binası tikməyə başladıqdan dərhal sonra dəfələrlə həmin tikintinin dayandırılması üçün müxtəlif orqanlara ərizə və şikayətlər yazmağına, habelə Mənzil-Tikinti Kooperativinin səlahiyyətli şəxsləri ilə danışıqlar aparmağına baxmayaraq bunun heç bir müsbət nəticəsi olmamışdır. Halbuki, tikinti qanunvericiliyinə əsasən ona məxsus yaşayış evinin bir addımlığında cavabdehin hər hansı tikinti fəaliyyətini həyata keçirmək, o cümlədən çoxmərtəbəli yaşayış binası tikmək hüququ yoxdur. Cavabdeh layihə smeta sənədlərində nəzərdə tutulmuş sərhədlərdən kənara çıxaraq həmin tikinti üçün ayrılmayan yerdə bina tikməkdə davam edir, tikinti nəticəsində ona məxsus fərdi yaşayış sahəsinin iki tərəfi bağlanılmış, həmçinin binanın pəncərə və balkonlarının ona məxsus yaşayış sahəsinə baxdığını, tikinti işləri davam edəcəyi təqdirdə isə gələcəkdə yaşayış binasından atılacaq hər hansı bir tikinti materialının evinə zərərvurması nəticəsində mülkiyyət hüququ tamamilə məhdudlaşdırılacaqdır. Cavabdehin tikinti işlərini tikinti norma və qaydalarına uyğun formada aparmaması onun müraciətlərinə aidiyyəti dövlət orqanları tərəfindən verilmiş cavab məktubları ilə, eləcə də məhkəmə tərəfindən tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilməsi yolu ilə tam təsdiq olunar. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 28 avqust 2020-ci il tarixli 05/09-PA/R-10/5-3436 nömrəli məktubunda qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamının 1.1-ci bəninə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin qanunvericiliyə uyğun köçürülməsi İddiaçınə həvalə edilmiş, lakin obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət etmədən, həmçinin tikintinin təhlükəsizliyi təmin olunmadan tikinti işlərinə başlanmışdır. Qeyd olunan əsasla şikayəti Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən tikintiyə dövlət nəzarəti Tikintidə X3 Agentliyi tərəfindən həyata keçirildiyindən, həmin quruma göndərilmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırki iş üzrə cavabdeh təşkilat isə qeyd olunan qanunvericliyin tələblərinə ümumiyyətlə riayət etməmiş, nəticədə ona həm maddi, həmdə mənəvi zərər vurmuşdur. Məhz cavabdehin qanunsuz hərəkətlərinin davam etdirilməsi nəticəsində mənəvi sarsıntı keçirmiş, əsəb və sarsıntı keçirməyi ilə bağlı səhhəti pisləşmişdir ki, mənəvi zərərin əvəzini 50.000 (əlli min) manat dəyərində qiymətləndirmişdir. Eləcə də, fərdi yaşayış evinə vurulan maddi zərərin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb olunur ki, bu məbləği ekspertiza rəyi ilə müəyyən etmək daha məqsədəmüvafıq olar. Hazırki vəziyyətdə isə zədəli vəziyyətə salınmış evinin özülünün və digər hissələrinin bərpasının təxminən 50.000 (əlli min) manat dəyərində qiymətləndirmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı apardığı tikintiyə törətdiyi maneələr qadağan edilməsi, Cavabdeh məxsus qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzildən əvəzi İddiaçı tərəfindən bazar qiyməti olan 245.000 manat və bazar qiymətindən əlavə 20.000 manat olmaqla, cəmi 265.000 (iki yüz altmış beş min) manat ödənilməsi şərti ilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğu, onun nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini qəbul etmədiyini və onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Eyni zamanda cavabdehin vəkili və nümayəndəsi X7 çıxışında göstərmişdir ki, hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iddiaçı tələbinin əsası kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 24.10.2014-cü il tarixli 505 saylı və 22.12.2015-ci il tarixli 550 saylı sərəncamlarına istinad etmişdir ki, həmin sərəncamların qanuniliyi hazırki vəziyyətdə Bakı İnzibati Məhkəməsində məhkəmə qaydasında mübahisələndirilir. Eləcə də, İddiaçı MTK-nm özü istinad etdiyi sərancamların tələblərinə riayət etmir. Ən azından ona görə ki, 24.10.2014-cü il tarixli sərancamın 1.1-ci bəndində qeyd edilmişdir ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsatitn ödənilməsi qanunvericiliyə əsasən MTK tərəfindən həll edilməlidir. Lakin İddiaçı MTK Qanunvericliyə, verilən sərəncamlara və Memarlıq və Şəhərsalma, Tikinti Norma və Qaydalarına əməl etməyərək istifadəsinə və icarəsinə verilən torpaq sahəsində yerləşən mülkiyyətçilərlə alqı-satqı müqaviləsi bağlayaraq ərazini boşaltdıqdan sonra tikinti işlərinə başlamalı olduğu halda bu normalara əməl etməyərək qanunsuz tikinti işləri aparmaqla. Cavabdeh şəxsi mülkiyyətində olan fərdi yaşayış evinə maddi zərər vurmuş, yaşayış binasının 1 , 5 - 2 metrliyində özül qazmış, tikinti işləri aparılarkən MTK-ya məxsus dəmir panel yaşayış evinin üstünə düşmüş, eləcədə tikinti-quraşdırma işləri aparılarkən, yaşayış binasının arxa hissəsinə maddi zərər vurulmuş, binanın yuxarı hissəsinin cavabdehin işçiləri tərəfindən deformasiyaya uğraması nəticəsində yağış suyu evin divarlarını yarıtmaz vəziyyətə salmışdır. Həmçinin, MTK tikinti-quraşdırma işləri apardıqları dövrdə Cavabdeh və digər mülkiyyətçilərin təhlükəsiz və normal yaşayışını təmin etməmiş, ötən dövr ərzində mülkiyyətində olan yaşayış evində yaşaması qeyri-mümkün olmuşdur ki, buna görə cavabdeh olan MTK əmlakına dəyən ziyana görə Cavabdeh kompensasiya ödəməlidirlər. İşin araşdırılan hallarından görünür ki, hazırki halda torpaqların və üzərindəki fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması prosesi baş verməmiş, köçürülmə barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilməmişdir. Belə olan halda, dövlət ehtiyacları və ya pilot layihə olmadan, nizamnamə kapitalı cəmi 200 manat təşkil edən ‘lİddiaçı” MTK-nm hazırki iddianı qaldırması Qanunvericliyin tələblərinə ziddir. Hesab edir ki, həmin tikili Cavabdeh qanuni sahibliyində və istifadəsində olduğundan, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin president hüququ baxımından «qanuni gözləntiyə» malik hüquqdur. Çünki, Nərimanov rayon İcra Hakimiyyət başçısının 11.09.2006-cı il tarixli sərancamı Hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biri olmuş, eləcə də, fərdi yaşayış evinin altındakı və həyətyanı torpaq sahəsi üzrəində də Cavabdeh gözləntisi olmuşdur. Qeyd olunan fərdi yaşayış evi mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmış, həmin evin darısqal olması nəzərə alınaraq məhz həmin dövrdə yeni evlərin tikintisinə icazə verən səlahiyyətli dövlət orqanı hesab edilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli 418 saylı sərancamı ilə ona məxsus Mayakovski küçəsi, 7/4 saylı evin sökülüb. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərancam əsasında tikinti işlərinə başlayıb, ümumi sahəsi təxminən 450 kv.m olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmiş, eskiz layihəsi ilə mövcud tikili arasındakı fərq yalnız 1 mərtəbə artıq tikilməsi olmuşdur ki, bu hala həmin vaxt dövlət qurumları o cümlədən Bakı şəhər İcra Hakimiyyəti ilə Nərimanov rayon İcra Hakimiyyəti göz yummuş, iddiaçı ailə üzvləri ilə birlikdə tikdiyi 3 mərtəbəli mansardlı fərdi yaşayış evində yaşamağa başlamış, həmin ev bütün kommunal xidmətlərlə, qaz, su, işiq, kanalizasiya və digər xidmətlər dövlət qurumları tərəfindən tam təmin edilməklə hazırda da yaşayışa tam yararlıdır. Bundan başqa, MTK-ya çoxmərtəbəli yaşayış evi tikməyə icazə verən dövlət qurumları - iddiaçının və onunla birlikdə həmin ərazidə olan digər mülkiyyətçilərin özlərinə məxsus fərdi yaşyış evlərini nizamnamə kapitalı 200 manat olam MTK-ya satıb-satmalarını əvvəlcədən müəyyən etmədən, mülkiyyətçilərə məxsus yaşayış evlərinin sərancam qəbul edilməmişdən əvvəl qəzalı vəziyyətdə olub-olmamalrım əvvəlcədən araşdırmadan, MTK-ya həmin ərazidə qanunsuz olaraq yaşayış binası tikməsinə icazə vermişlər ki, bir daha qeyd edir ki, həmin sərəncamlar hazırki vəziyyətdə məhkəmə qaydasında mübahisələndirilir. Bununla bağlı icraatın dayandırılması üçün vəsatət versə də, təəsüf ki vəsatət təmin edilmədi. Eləcə də, MTK iddiasında bildirir ki, Cavabdeh məxsus mənzilin tikilməkdə olan tikinti sahəsinə aidiyyəti yoxdur, onun mənzilinə tikinti sahəsinin hər hansı bir maneçiliyi yoxdur. Əgər həqiqətən də Cavabdeh məxsus yaşayış evinin mövcudluğu MTK-nın məhkəmə araşdırması dövründə tikdiyi çoxmərtəbəli yaşayış evinin tikintisinə heç bir maneçiliyi yoxdursa, niyə hazırki iddianı qaldırır və şəxsin mülkiyyətində olan yaşayış evinin söküntüsünü tələb edir. Hesab edir ki, MTK-nın iddia tələbləri qeyri müəyyən olduğuna görə məhkəmə tərəfindən baxılmamış saxlanılmalı idi. Ən azından ona görə ki, iddiamı təmin təmin tədbiri kimi qoyulmuş xahiş iddia ərizəsində də olduğu kimi tələb edilmiş, eləcə də MTK Cavabdeh məxsus daşınmaz əmlakdan əvəzi bazar qiymətinə uyğun olaraq ödənilməsi şərti ilə həmin mənzildən köçürülməsi şərti ilə qətnamə çıxarılmasını tələb etsə də, həmin məbləğin konkret hansı məbləğdən ibarət olmasını, həmin ödənişin kim tərəfindən və kimə ödənilməsini tələbində konkret qeyd etməmiş, bununla da iddia tələbi qeyri-müəyyən olmaqla baxılmamış saxlanılmalıdır. MTK-nın nümayəndəsi məhkəmə iclasında tələbinin konkret olaraq 270.000 manat kompensasiya verilməsini şifahi formada bildirsə də, Mülki Prosessual Qanunvericlik- də iddia tələbinin şifahi qaydada bildirilməsi nəzərdə tutulmamışdır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində, yəni onun törətdiyi deliktə görə Cavabdeh maddi zərərin vurulmasının (fərdi yaşayış evi əvvəlcədən alqı-satqı müqaviləsi ilə alınmadan, ərazi tikinti işlərinin aparılması üçün tam boşaldılmadan, tikinti quraşdırma işləri aparılmış, yeni tikiləcək binanın tikintisi zamanı səs-küy və toz-torpaqdan Cavabdeh və ailə üzvləri iztirab keçirmişlər ki, belə olan halda, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. MTK tələbinin əsası kimi, “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” ictimai Birliyinin Ekspertiza şurasının AQC-21/008 saylı rəyini sübut kimi təqdim etmişdir ki, həmin rəydə adı çəkilən 7 nəfər qiymətləndirici ekspertin heç biri Cavabdeh məxsus yaşayış sahəsinə baxış keçirməmiş, yalnız sənəd və fotoşəkil çəkməkə həmin rəyi tərtib etmiş, rəyin tərtibində Cavabdeh iştirakı təmin edilməmiş, eləcə də bu barədə həmin şəxsə heç bir məlumat verilmədən birtərəfli qaydada tərtib edilmişdir. Ən azından ona görə Bakı şəhərində dövlət tərəfindən dövlət ehtiyacları üçün yaşayış sahələri alındığı təqdirdə, hər kv.m sahəyə görə azı 1500-3000 manat dəyərində qiymətləndirmə aparılır və əlavə olaraq 20 faiz ödəniş olur ki, həmin şuranın hansı meyarlarla yaşayış evinə 245000 manat qiymət qoyması ağlabatan deyildir. Həmin rəydə qiymətləndirici 1,5 sot torpaq sahəsində yerləşən 3 otaqlı evə 100000 manat, 8 sot torpaq sahəsinə 800000 manat və digər vaxtı bitmiş elanlara istinad etmişdir ki, həmin elanların Cavabdeh məxsus 3 mərtəbəli mansardlı fərdi yaşayış evi ilə heç bir əlaqəsi yoxdur. Həmin qiymətləndirmə yalnız torpaq sahəsi ilə bağlı olmuş, tikililər və sahəsi ilə bağlı heç bir qeyd yoxdur. Çünki, tikililərin kv.m görə məbləğ baha olduğuna görə, qiymətləndirici həmin qeydi rəyində göstərməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən İlk iddianın rədd və ya baxılmamış saxlanılması, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 izahatında ilkin iddia tələbini qəbul etdiyini bildirmişdir. Müvafiq sərəncamla qəzalı vəziyyətdə olan binaların sökülməsi və mülkiyyətçilərin yeni mənzillərdə yerləşdirilməsi və ya dəyərinin ödənilməsi həyata keçirilməkdədir. Müvafiq ərazidə iddia tələbi üzrə cavabdeh istisna olmaqla digər mülkiyyətçilərlə razılıq əldə olunmuşdur. İddiaçı şirkət tərəfindən irəli sürülən təklif olduqca ədalətli və qanuniddir. Qeyd edilənlərə əsasən, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyətinin «mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında» 505 nömrəli, 24 oktyabr 2014-cü il tarixli sərəncamından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 22.10.2014-cü İl tarixli, PHS-1897 saylı razılıq məktubunu, İddiaçı Mənzil Tikinti Kooperativinin 22.10.2014-cü il tarixli, 26 saylı müraciətini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.10.2014-cü il tarixli, ******* saylı çıxarışını nəzərə alaraq, ünvan 8 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə -sasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi qərara alınmışdır; Bakı şəhər İcra Hakimiyyətinin «Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq İddiaçınə tikintiyə icazə verilməsi haqqında» 505 nömrəli, 22 dekabr 2015-ci il tarixli sərəncamından görünür ki, İddiaçı 16.09.2015-ci il tarixli, 60 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı Şəhər İcra Hakimiyyətinin 24.10.2014-cü il tarixli, 505 saylı sərəncamım nəzərə alaraq, ünvan 9 ünvanda 18 (on səkkiz) mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün İddiaçı MTK-ya icazə verilmişdir; İddiaçı Cavabdeh ünvanlanmış 18 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına, Bakı şəhəri İcra Hakimiyyətinin uyğun sərəncamına, Fövqalədə Hallar Nazirliyinin rəyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin "İddiaçı" MTK-ya verdiyi İCAZƏ-yə uyğun olaraq ünvan 10 ünvanda yerləşən mənzillərin sakinlərini köçürməklə, təsdiqlənmiş layihə üzrə həmin qəzalı vəziyyətdə və antisanitariya şəraitində yerləşən mənzillərin sökülüb yerində çoxmənzilli yaşayış binalarının tikilməsi və qalan ayrılmış ərazilərin isə Bakı şəhərinin müasir inkişaf planına uyğun olaraq abadlaşdırılması nəzərdə tutulmuşdur. Halhazırda ilkin mərhələdə tikinti işlərinin aparılmasına maneçilik yaradan mənzillər MTK tərəfindən alınmışdır və tikinti işləri başlanmışdır. Ərazidə məskunlaşmış, digər sakinlərə isə məskunlaşdığı mənzillər hal-hazırda tikinti altına düşməsə belə və tikintiyə mane olmasa da "İddiaçı" MTK onlara qarşılıqlı razılaşma yolu ilə köçürülmə təklif etmişdir. Sahəsi tikinti altına düşməyən bir neçə mənzillərin sakinləri ilə razılığa gəlinmiş və onların mənzillərinin əvəzinə yeni tikililərdə mənzil verilməklə və ya mövcud bazar qiymətlərinə uyğun olaraq alqı-satqı edilərək onların da mənzilləri razılaşma əsasında MTK tərəfindən alınmışdır. O cümlədən əməkdaşlar tərəfindən dəfələrlə danışıqlar aparılmışdır. MTK ilə danışıqlarda hazırkı yaşayışdan məmnun olduğu, MTK-dan şikayətçi olmadığı və həmçinin də mənzilinizdən köçmək fikrində olmadığı bildirilmişdir. Lakin, buna baxmayaraq müxtəlif dövlət qurumlarına müraciət edərək əsassız olaraq və heç bir səbəb olmadan dayanmadan MTK-dan şikayətçi olmuşdur. Bununla bağlı bir daha müraciət edərək, mənzillə bağlı çıxarış və ya digər sənədlərinizi təqdim etməklə, MTK-ya qarşı olan tələb, iddia, irad və şikayətinizi rəsmi qaydada MTK-ya bildirməyi xahiş olunmuşdur; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçınə ünvanlanmış 09 iyun 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 ünvanında 4 nömrəli mənzil mülkiyyətçisi Cavabdeh sözügedən ünvanda mülkiyyətində olan mənzilin onunla razılıq əldə edilmədən, hər-hansı müqavilə bağlamadan, evlərinin sökülməsi barədə şikayət ərizə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron poçtuna daxil olmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin 24.10.2014-cü il tarixli 505 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin qanunvericiliyə uyğun köçürülməsi İddiaçı MTKya həvalə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, vətəndaşların köçürülməsinin təmin olunması nəticəsi barədə Komitəyə məlumat verilməsi xahiş olunur; Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin verdiyi ÖM seriyalı, 147706 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Mayakovskiy küçəsi 7 saylı evin 12 kv.m. yaşayış sahəsindən ibarət bir otaqlı 4 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 681 saylı reyestr kitabında 102280 səhifə qeydə alma 30/5776 nömrə iə 27 mart 2003-cü il tarixində qeydiyyat aparılmışdır; Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının “Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” 418 nömrəli, 11 sentyabr 2006cı il tarixli sərəncamından görünür ki, Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sahibi vətəndaş Cavabdeh Rayon Hakimiyyətinə müraciət edərək, ona məxsus şəxsi mülkün (27.03.2003-cü il tarixli, 147706 ə 15.02.2005-ci il tarixli, 223440 qeydiyyat vəsiqələri) sökülüb, fərdi layihəyə uyğun olaraq yenidən tikintisinə icazə verilməsini xahiş etmişdir. Məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmış, vətəndaş Cavabdeh məxsus fərdi eivn sökülüb yenidən tikilməsinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.09.2006-cı il tarixli, 18/03-8/5299 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni evlərin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Vətəndaş Cavabdeh özünə məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir; X6 12 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, fərdi yaşayış evini mövcud vəziyyəti, yerləşdiyi ərazi, analoq obyektlərlə müqayisəli satışı, sahəsi, konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablaşmalara və təhlillərə əsasən ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin 12 yanvar 2021-ci il tarixinə bazar dəyəri 219 513,0 manat, Likvid dəyəri (bazar dəyərindən 10 % aşağı olmaqla) 197.600 manat təşkil edir. ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (həyətyanı və tikilialtı) dövlət mülkiyyətində olduğundan və cavabdehə istifadə hüququ ilə verildiyindən həmin torpaq sahəsi qiymətləndirilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021-ci il tarixli, 10/3753 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən baxış zamanı müəyyən olunmuş məlumatları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi üzrə texniki pasportda nəzərdə tutulmayan yenidənqurma işləri aparılmaqla əlavə tikililər inşa edildiyi və həmin tikililərin inşası zamanı inşaat norma və qaydalarına riayət edilmədiyi müəyyən edilir; -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, 1924-cü ildə inşa olunmuş birmərtəbəli yaşayış evinin sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratmışdır. Yeni tikilən mərtəbələr və mansarda, 2-ci mərtəbənin arxa yükdaşıyan divarında mişarlanmış əhəng daşlarından qalınlığı 20 sm olan xarici divarın təxminən 2 m2 hissəsində olan dağıntılar və eləcə də birinci suala verilmiş cavablarda göstərilən tikinti norma və qaydaların pozulması hallarını nəzərə alaraq, yaşayış evinin dayanıqlığına zəmanət verilmir; -Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 7 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı Mənzil Tikinti Kooperativinə icazə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir; -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilir; -Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24.10.2014-cü il tarixli, 505 saylı sərəncamına əsasən, ünvan 12 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) İddiaçı Mənzil Tikinti Kooperativinə çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verildiyini, eləcə də ünvan 13 ünvanda İddiaçı Mənzil Tikinti Kooperativinə 18 mərtəbəli, bir bloklu yaşayış binalarının tikintisinə icazə verildiyini və torpaq sahəsinin ayrılmasına dair 14/288 saylı ayrıc akt tərtib edildiyini, 132 nömrəli tikintiyə icazə sənədinə əsasən, həmin obyektin layihəsinin “xxxx” MMC tərəfindən tərtib edildiyi, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 12.09.2019-cu il tarixli 02/852 saylı, tikinti layihəsinə dair ekspertiza müəssisəsi tərəfindən 28.10.2019-cu il tarixli 28318 saylı, Ekologiya və Təbii Sərvətlər Nazirliy Dövlət Ekspertiza İdarəsi tərəfindən 23.10.2019-cu il tarixli ER-22/507 saylı, Fövqaladə Hallar Nazirliyi X9 Xidməti tərəfindən 27.09.2019-cu il tarixli YTNƏŞ-0605 nömrəli, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 13.11.2019-cu il tarixli 184 saylı rəylər verildiyini, həmçinin mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisinin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən edilir; -Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin 2-ci, 3-cü mərtəbələrində və mansard hissəsində təmir işləri tam başa çatmadığından, eləcə də ayrı-ayrı tikililərə ziyan dəyməsi müəyyən edilmədiyindən, bu sual üzrə tədqiqat aparılmadı; Cavabdehin təqdim etdiyi X1 139 saylı 01 iyukn 2021-ci il tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti və təqdim olunmuş sənədləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 7/4 ünvanında yerləşən, Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin müvafiq eskiz layihəsinə uyğun inşa olunduğu müəyyən edilir. Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin ayrı-ayrı yükdaşıyıcı və örtük konstruksiyaları üzərində əhəmiyyətli dərəcədə qüsurlar (çat, çökmə, deformasiya və s.) müşahidə edilmədi. Lakin, evin ikinci və üçüncü mərtəbələrində yerləşən yaşayış otaqlarının xarici divannın daxildən olan səthlərinin üzərində sarımtıl su sızma ləkə izləri, evin dam örtüyünə vurulmuş metal profil təbəqələrindən (profhastil) birinin üzərində batıqlar müşahidə edildi. Mövcud qüsurların yaranma səbəbinin, qonşuluqda İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının inşası ilə əlaqəli oduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti, İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərini nəzərə alaraq, Cavabdeh fərdi yaşayış evinin, tikinti-texniki baxımdan, halhazırda yaşayış üçün yararlı vəziyyətdə olduğu müəyyən edilir. İddiaçı MTK tərəfindən tikilməkdə olan hündürmərtəbəli çoxmənzilli yaşayış binasının təsdiq olunmuş eskiz layihəsi ekspertiza tədqiqatına təqdim olunmadığına görə, həmin binanın layihə üzrə hündürlüyünü və bununla da, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsinin 69.4., 69.5. və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, bina ilə fərdi yaşayış evi arası məsafənin konkret olaraq neçə metr nəzərdə tutulmasını müəyyən etmək mümkün deyildir. Lakin, İddiaçı MTK tərəfindən tikintisi tam başa çatmamış 17 mərtəbə səviyyəsində inşa olunmuş çoxmənzilli yaşayış binasının Cavabdeh evinə münasibətdə 2,0 metr məsafədə yerləşdiyini nəzərə alaraq, yeni inşa olunmuş yaşayış binasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1. tələblərinə uyğun olmadığı müəyyən edilir. İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının inşası zamanı, Cavabdeh fərdi yaşayış evinə ziyan vurulması faktı müəyyən edilir. Cavabdehin təqim etdiyi «xxxx» MMC-nin 01 saylı, 08 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, Qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, ünvan 14 ünvanında yerləşən, 3 mərtəbəli mansardlı, ümumi sahəsi 271.50 m2 , mansardın sahəsi 63.30 m2, eyvanın sahəsi 23.40 m2, antresol və zirzəminin ümumi sahəsi 21.90 m2 olan 4 saylı mənzilin (fərdi yaşayış evinin) qiymətləndirmə tarixinə olan bazar dəyəri 850 000 (səkkiz yüz əlü min) manat təşkil edir. Azərbaycan Respublikası Azərbaycan Qiymələndiricilər Cəmiyyəti ekspertiza şurasının AQC- 21/008 nömrəli, 14 iyun 2021-ci il tarixli rəyinə əsasən: - «xxxx» MMC tərəfindən təyin olunmuş dəyər qiymətləndirmə standartlarına uyğun hesablanmamışdır və əsaslandırılmamışdır. Nəticə reallığı əks etdirmir. - ünvan 14 ünvanında yerləşən1 (faktiki 7) otaqlı, 35,0 (faktiki 273,4) kv.m.ümumi sahədən ibarət 4 saylı mənzilin hazırki real bazar dəyəri 245.000 manat təşkil edir. Məhkəmə ilk növbədə ilkin və qarşılıqlı iddia tələblərinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Mənzil Məcəlləsinin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X4 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24.10.2014-cü il tarixli, 505 saylı sərəncamına əsasən, İddiaçı Mənzil Tikinti Kooperativinə ünvan 12 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı şəhər icra Hakimiyyəti 22.12.2015-ci il tarixli 550 saylı digər sərəncamına əsasən isə həmin ünvanda İddiaçı Mənzil Tikinti Kooperativinə 18 mərtəbəli, bir bloklu yaşayış binalarının tikintisinə icazə verilərək torpaq sahəsinin ayrılmasına dair 14/288 saylı ayrıc aktı tərtib edimişdir. İş üzrə keçirilmiş ekspertiza rəylərinə əsasən İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisinin tikinti norma və qaydalarına uyğun aparıldığı, lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən isə 1924-cü ildə inşa olunmuş birmərtəbəli yaşayış evinin sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratdığından tikinti norma və qaydaların pozulması hallarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin dayanıqlığına zəmanət verilmədiyi müəyyən edilir. Həmçinin cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin və onun yerləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 7 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı Mənzil Tikinti Kooperativinə icazə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyləri ilə müəyyən olunduğu kimi, cavabdehə məxsus birmərtəbəli yaşayış evinin sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində inşa edilmiş əlavə iki mərtəbə və mansard əsassız və izafi yüklülük yaratmış və həmin evin dayanıqlığına zəmanət verilmir. Göstərilənləri nəzərə almaqla cavabdehin həmin evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin kooperativin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh yaşayış və insan həyatı üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evindən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, fərdi evi boşaltdıqları halda, yaşadığı evin bazar qiyməti ilə dəyərinin ədalətli şəkildə ödənilməsi vəzifəsini kooperativ yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Belə ki, cəmiyət tərəfindən cavabdehə məxsus fərdi yaşayış evi mütəxəssis rəyi ilə 245.000 manat müəyyən edildiyi halda, iddiaçı kooperativ həmin məbləğdən əlavə 20.000 manat ödəməyə hazır olduğunu məhkəmə iclasında bildirmişdir. Məhkəmə, həmçinin mübahisəli fərdi yaşayış evinin bazar qiymətləri ilə dəyərini 850.000 manat müəyyən edən «xxxx» MMC-nin 01 saylı, 08 yanvar 2021-ci il tarixli rəyinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azəraycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi mülki işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə malik şəxsin apardığı tədqiqatın nəticəsi olsa da, həmin sübut məhkəmə tərəfindən digər sübutlarla yanaşı yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir, yəni ekspert rəyi məhkəmə üçün məcburi qüvvəyə malik deyil. Belə ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-88). Məhkəmə, «xxxx» MMC-nin 01 saylı, 08 yanvar 2021-ci il tarixli rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Qiymələndiricilər Cəmiyyəti ekspertiza şurasının AQC-21/008 nömrəli, 14 iyun 2021-ci il tarixli rəyinə əsasən «xxxx» MMC tərəfindən təyin olunmuş dəyər qiymətləndirmə standartlarına uyğun hesablanmamışdır və əsaslandırılmamışdır. Nəticə reallığı əks etdirmir. Həmçinin ünvan 14 ünvanında yerləşən 1 (faktiki 7) otaqlı, 35,0 (faktiki 273,4) kv.m.ümumi sahədən ibarət 4 saylı mənzilin hazırki real bazar dəyəri 245.000 manat təşkil edir. Məhkəmə, ekspertiza rəyləri arasında yaranmış ziddiyyətə hüquqi qiymət verərək Azərbaycan Respublikası Azərbaycan Qiymələndiricilər Cəmiyyəti ekspertiza şurasının AQC-21/008 nömrəli, 14 iyun 2021-ci il tarixli rəyini üstün hüquqi qüvvəyə malik mötəbər sübut kimi qiymətləndirir. Belə ki, Mülki Prosessual Məcəlləsinin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 101-1.3-cü maddəsinə əsasən ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh yaşadığı əmlakın dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin qeyd edilən fərdi yaşayış evindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin tikinti norma və qaydalarını pozmaqla inşa etdiyi, dayanıqlılığına müvafiq orqan tərəfindən zəmanət verilməyən fərdi yaşayış evindən köçürülməsi ilk növbədə yararsız evdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh bu hüququndan kooperativə ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin evinə görə kooperativdən əsassız olaraq real olmayan qiymət tələb etməsində və aparılan tikinti işlərinə maneçilik törətməsində ifadə olunur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 130 ünvanda ona məxsus olmaqla, ünvan 5rdi yaşayış evinə bitişik olmaqla, ara məsafəsinin tələblərini və tikintinin təhlükəsiz şəkildə aparılması qaydalarını pozmaqla aparılan tikinti işlərinin qanunsuz olması, İddiaçı tərəfindən sökülməsi, cavabdehə məxsus yaşayış evinin bərpa olunması üçün 50.000 (əlli min) manat və mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat tələb olunması barədə tələbləri tam əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən aparılan tikinti işlərinin tam qanuni olması təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisinin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən edilir. Həmçinin rəydə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinə maddi ziyan dəyməsi müəyyən olunmadı. Cavabdeh bu barədə tələbi heç bir sübutla öz təsdiqini tapmadı. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 30 aprel 2021-ci il tarixli, 10/3753 nömrəli rəyində rəyi ilə eyni zamanda müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evinin 2-ci, 3-cü mərtəbələrində və mansard hissəsində təmir işləri tam başa çatmamış və eləcə də ayrı-ayrı tikililərə ziyan dəyməmişdir. Məhkəmə, qarşılıqlı iddia tələbinin maddi və mənəvi zərərlə bağlı hissəsinə hüquqi qiymət verərkən həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən iddia ərizəsinin “maddi zərərin tutulması” hissəsi tam əsassız olduğundan və heç bir hüquqi əsasa söykənmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə Cavabdeh qarşılıqlı iddia ərizəsinin mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının hər hansı hərəkəti nəticəsində cavabdehə mənəvi zərərin yetirilməsi sübut olunmur. Bütün qeyd edilənlər məhkəməyə qarşılıqlı iddia tələblərinin bütünlüklə əsassız olması, hər hansı sübutla öz təsdiqini tapmaması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh məxsus qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzildən əvəzi İddiaçı tərəfindən bazar qiymətinə uyğun 265.000 (iki yüz altmış beş min) manat ödənilməsi şərti ilə köçürülməli, Cavabdeh İddiaçı apardığı tikintiyə törətdiyi maneələr qadağan edilməli, iddiaçı Cavabdeh İddiaçınə qarşı “tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumları Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh məxsus qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzildən əvəzi İddiaçı tərəfindən bazar qiymətinə uyğun 265.000 (iki yüz altmış beş min) manat ödənilməsi şərti ilə köçürülsün. Cavabdeh İddiaçı apardığı tikintiyə törətdiyi maneələr qadağan edilsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı “tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-293/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-293/2021
29.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver