Məhkəmə qərarları › İş №2(005)-2933/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2933/2022

19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2933/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 28 iyun 1972-ci il tarixindən 30 avqust 1976-cı il tarixinə kimi Azərbaycan Respublikası Ağdam rayon Heydər Hüsiyev adına Üzümçülük Sovxozunda fəhlə kimi işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, o, Ərizəçi xx.xx.1955-ci il tarixində Respublikasının Ağdam rayonunun Abdal kəndində doğulmuş və orada boyabaşa çatmışdır. Orta məktəbi bitirdikdən sonra-yəni 1972-ci ilin iyun ayından sovetlər dönəmində mövcud olmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon H.Hüsiyev adma Üzümçülük Sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Həmin Sovxozda 4 ildən (1972-ci ilin 28 iyunundan 1976-cı ilin 30 avqustunadək) artıq işlədikdən sonra Bakı şəhərinə köçərək hal-hazırda yuxanda göstərilən ünvanda yaşayır. Ərizəçinin artıq 67 yaşı vardır. Yaşa görə əmək pensiyası almaq hüququ yarandığından ərizəçi bu məqsədlə müvafiq sənədləri toplayıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət etdi. Ərizəçinin müraciəti araşdırılması üçün aidiyyəti üzrə bu iş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş və həmin qurumdan əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajının yetərli olmaması (ərizəçinin yuxarıda qeyd etdiyi 4 ildən artıq əmək fəaliyyəti barədə nəzərə alınmadığından) səbəbi əsas götürülərək ona imtina edilmişdir. Bununla yanaşı həmin qurumdan ərizəçiyə imtina edilərkən, işlədiyi lakin sonradan adına açılmış əmək kitabçasında öz əksini tapmayan 4 ilin sosial sığorta stajına daxil edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etməli oldu. Məhkəmənin nəzərinə çatdırır ki, ərizəçinin doğulduğu Ağdam rayonu, Abdal kəndi və xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinə kimi işlədiyi sovxoz məlum hadisələrlə bağlı ermənilər tərəfindən işğal edildiyindən işləməyi barədə sənədlər həmin işğal zonasında qalmış və bu səbəbdən onları əldə edə bilmir. Ancaq həmin vaxtlarda ərizəçi ilə eyni sovxozda işləmiş şahidlər, habelə Ağdam rayon H.Hüsiyev adına Üzümçülük sovxozunun rəhbərliyi tərəfindən verilmiş arayışla bu fakt təsdiq edilir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək, onun xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı illərdə H.Hüsiyev adına Üzümçülük sovxozunda əmək fəaliyyətini həyata keçirdiyi barədə faktın müəyyən edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ərizəyə yazılı etiraz təqdim edərək, etirazında göstərmişdir ki, icraatda Ərizəçi ‘hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbi ilə bağlı mülki iş var. xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi öz ərizəsində xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Ağdam rayonu Heydər Hüsiyev adına üzümçülük sovxozundan fəhlə işlədiyini qeyd etmişdir. Lakin bu faktları təsdiq edən sənədlərin işğal bölgəsində qaldığını və həmin faktları təsdiq edən sənədlərin əldə edə bilməməsini əsas gətirərək məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmənin icraatında olan 2(005)-2933/2022 nömrəli iş üzrə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ən azı iki nəfər şahid olmalı; Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin iş materiallarından göründüyü kimi, Ərizəçinin həmin müəssisədə işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları iddia ərizəsinə əlavə edilməmişdir. Şahidlərin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 16-cı maddəsinə əsasən. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, onunla ərizəçi həmkəndlidirlər. O, savxozda qaynaqçı işləyib. Onun işi sahələrdə xarab olan traktorları qaynaq etməkdən ibarət olub. Deməli o, traktorlar qırılanda sahələrə gedəndə orada ərizəçini görürdü. Şahid suallara cavab olaraq bildirmişdir ki, savxozda işlədiyi vaxt tam dəqiq yadında deyil, deyəsən 1975-ci ildən işləməyə başlayıb. Həmin savxozda uzun müddət 19-20 il ərzində çalışıb. Əsgərlikdən qayıtdıqdan sonra işə başlayıb. İşə başlamasının dəqiq tarixi əmək kitabçasında qeyd edilib,əmək kitabçasına baxandan sonra dəqiq deyə bilər. Göründüyü kimi o H.Hüsiyev adına sovxozda 1973-cü ildən kəndləri işğal olunan tarixədək işləyib. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, o da Ağdam rayonu Abdal kəndində doğulub, ərizəçi ilə həmkəndlidirlər. Ərizəçi ilə bir yerdə H.Hüsiyev adına sovxozda işləyiblər. Amma ayrı-ayrı briqadalarda işləyiblər. Hər ikisi də orada fəhlə olublar. 1973-cü ildən 1975-ci il tarixinədək həmin sovxozda işləyib. Ərizəçi ondan yaşca böyük olduğu üçün ondan daha əvvəl işə başlayıb. O, 1975-ci ildə peşə məktəbinə daxil olduqdan sonra işdən çıxmışdır. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli, 01 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon KT və Heydər Hüsiyev adına üzümçülük sovxozunun arayışından görünür ki, arxiv sənədləri işğal zonasında qaldığı üçün əmək haqqının hesablanması mümkün deyildir. - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə Ağdam rayonunun, Abdal Gülablı kəndində anadan olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə emək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcbuıi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz xx.xx.1980-ci il tarixində tərtib edilmiş MT-İ Nfl ******* saylı əmək kitabçanıza əsasən sığorta stajınız xx.xx.2006-cı il tarixinədək 21 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız 21 il 10 ay sığorta stajına uyğun olaraq 19778,27 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlave olaraq bildiririk ki, X3 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyiniz “Yeni Bemz" ASC-də xx.xx.1996-ci il tarixindən xx.xx.1996-cı il tarixinə, xx.xx.1996-cı il tarixindən xx.xx.19964cı il tarixinə və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək öz hesabınıza məzuniyyətdə olduğunuzdan sözügedən dövrün sığorta stajınıza əlavə edilməsi mümkün hesab edilməmişdi. Qeyd olunanlara əsasən bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixində 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2980/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən, iddiaçı Ərizəçi Əhməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri yinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon H.Hüsiyev adma Üzümçülük Sovxozunda işləmişdir. Ərizəçinin doğulduğu Ağdam rayonu, Abdal kəndi və xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinə kimi işlədiyi sovxoz məlum hadisələrlə bağlı ermənilər tərəfindən işğal edildiyindən işləməyi barədə sənədlər həmin işğal zonasında qalmış və bu səbəbdən onları əldə edə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajının yetərli olmaması səbəbindən ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ona görə ərizəçi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə dindirilən şahidlərin ifadələri, tədqiq edilmiş sənədlərlə ərizənin qismən əsaslı olması təsdiq olunur. Belə ki, şahidlərin ifadələrindən və təqdim etdikləri əmək kitabçalarından müəyyən olundu ki ərizəçi xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Ağdam rayon Heydər Hüsiyev adına Üzümçülük Sovxozunda fəhlə kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini, o cümlədən digər sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul edir və hesab edir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Ərizəçinin ərizəsindən, məhkəmədə verdiyi izahatından görünür ki, ərizəçinin işləməsi faktının müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla qismən təsdiq edilir, ona görə həmin ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin tələbi olmadığından, maraqlı şəxs isə büdcə təşkilatı olduğundan, onlar məhkəməyə verilən iddia ərizələri üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar, ona görə də iş üzrə məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Ağdam rayon Heydər Hüsiyev adına Üzümçülük Sovxozunda fəhlə kimi əmək fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar