Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4454/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Fərhad oğlunun, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və "xxxx" ASC-nə qarşı hərrac nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və "xxxx" ASC-nə qarşı hərrac nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Hərrac Mərkəzi MMC-nin, "xxxx" ASC-nin, Cavabdeh1 apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsini, ümumi yaşayış evinin "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" ASC arasında bağlanmış 01.08.2019-cu il tarixli 36/01 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsinə dair İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 60 nömrəli fərdi yaşayış evinə dair bağlanmış 20.10.2009-cu il tarixli ipoteka müqaviləsinə xitam vereilməsi və həmin əmlakın yüklü edilməsinə dəir qeydi haqda çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kəpəz rayon Məhkəməsinin 29.04.2016-cı il tarixli qətnamsəi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbləri barədə iddiası təmin edilmiş, cavabdeh X1 25 000 manat məbləğində əsas, 57648,79 manat faiz borcu olmaqla, cəmi 82648,79 manat, habelə 31 manat məbləğində dövlət rüsumu tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evi iddiaçı "xxxx" ASC-nin xeyrinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-77/16 saylı mülki iş üzrə 29 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Hüseynzadə) iddia müddəti keçdiyinə görə iddia tələbini təmin etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1394/2018 saylı, 13.04.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə X5 arasında bağlanmış 20.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 25000 manat əsas borc və 8005 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 33005 manat məbləğində pulun X1 tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. X3 "xxxx" ASC olan 33005 manat məbləğində borcu ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evinə yönəldilərək ödənilməsi qət edilmişdir. İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi ev 60 ilə bağlı hərrac keçirilmişdir. Keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabden "Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC" tərəfindən "xxxx" ASC-yə 33150 manata təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir. Cavabdeh "Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsi ilə nəzərdə tutulmuş hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, hərracların keçirilməsi barədə bildirişlər göndərilməmiş, hərrac barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Həmçinin həmin icra işi ilə əlaqədar Cavabdeh1 tərəfindən iddiaçıya poçt vasitəsi ilə evə ya şəxsən heç bir bildiriş təqdim olunmamış, evinin hərracda satılması barədə nə sifariş və nə də, heç bir xəbərdarlıq edilməmişdir. Halbuki qanun tələbinə əsasən ipoteka predmeti olan əmlak açıq hərracda satılan zaman icra məmuru tərəfindən bildiriş vətəndaşa rəsmi qaydada təqdim olunmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Fərhad oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Turan BankASC-nin nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini əsassız hesab etdiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 13 aprel 2018-ci il tarixli 2(104)-1394/2018 saylı icra vərəqəsindən müəyyən olunur ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış 20.10.2009-cu il tarixli kredit müqaviləsina əsasən 25000 manat əsas borc və 8005 manat məbləğində faiz borcu olmaqla ümumilikcə 33005 manat məbləğində pulun X1 tutularaq "xxxx" ASC-nə ödənilməsi, X3 "xxxx" ASC olan 33005 manat məbləğində borcu ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evinə yönəldilərək ödənilməsi qət edilmişdir. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair 17 may 2019-cu il tarixli 01 nömrəli, 31 may 2019-cu il tarixli 01/2 nömrəli, 21 iyun 2019-cu il tarixli 02 saylı bildirişlərdən müəyyən olunur ki, sözügedən mənzilə dair hərrac təyin olunmuşdur və hərracın keçiriləcəyi yer və vaxt barəsində tərəflərə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəflərə göndərilmiş ipoteka predmetinin əldə olunmasına dair təklifdən müəyyən olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 60 nömrəli fərdi yaşayış evin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 12.07.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 33150 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “Birja Yenilikləri” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Girov daşınmaz əmlakların hərraca çıxarılacaq ilkin satış qiyməti qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə hərracın keçirilməsi barədə xəbərdar edilməməsini sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və "xxxx" ASC-nə qarşı hərrac nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və "xxxx" ASC-nə qarşı hərrac nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4454/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4454/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver