Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2949/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38226 olan X1 8 markalı telefon və 2 ədəd aksesur üçün 309 (üç yüz doqquz) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********34952 olan Lenovo Tab4 markalı tablet üçün 208 (iki yüz səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 567 manat borc, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 11.12.2019-cu il və 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38226 olan X1 8 markalı telefon və 2 ədəd aksesur, İMEİ kodu **********34952 olan Lenovo Tab4 markalı tablet almış və nəticədə 567 (beş yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh 11.12.2019-cıı il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 624 (altı yüz iyirmi dörd) manat (yəni 12 ay x 52 manat + 0 manat ilkin ödəniş), olan İMEİ kodu **********38226 olan X1 8 markalı telefon və 2 ədəd aksesur üçün ümumilikdə 339 (üç yüz otuz doqquz) manat olmaqla ondan 309 (üç yüz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 03.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 286 (iki yüz səksən altı) manat (yəni 6 ay x 42 manat + 34 manat ilkin ödəniş), olan İMEİ kodu **********34952 olan Lenovo Tab4 markalı tablet üçün ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat olmaqla ondan 208 (iki yüz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 11.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********38226 olan X1 8 markalı telefonu 29.10.2020-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 210 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 393 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində ‘‘Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 11.12.2019-cu il və 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38226 olan X1 8 markalı telefon və 2 ədəd aksesur, İMEİ kodu **********34952 olan Lenovo Tab4 markalı tablet almış və nəticədə 567 (beş yüz altmış yeddi) manat borc yaranmışdır. 19.11.2020-ci il xəbərdarlıq məktubunun məzmunundan görünür ki, üç gün müddətində ödəniş etməyəcəyi təqdirdə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir; 27 aprel 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 11.12.2019-cu il və 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38226 olan X1 8 markalı telefon və 2 ədəd aksesur, İMEİ kodu **********34952 olan Lenovo Tab4 markalı tablet almış və nəticədə 567 (beş yüz altmış yeddi) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 464.1-ci maddəsinə əsasən-kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddiaraya təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38226 olan X1 8 markalı telefon və 2 ədəd aksesur üçün 309 manat ödənilməmiş hissə, 30 manat cərimə, 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********34952 olan Lenovo Tab4 markalı tablet üçün 208 manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 567 (beş yez altmış yeddi) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2949/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2949/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver