Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2950/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2018-ci il tarixli K00235659 saylı nisyə satış müqaviləsinə əsasən Cavabdeh əsas borc 460 (dörd yüz altmış) manat, cərimə borcu 46 (qırx altı) manat, ümumilikdə 506 (beş yüz altı) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 avqust 2018-ci il tarixli K00235659 saylı nisyə satış müqaviləsinə görə Cavabdeh 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ilkin ödəniş məbləği 99(doğsan doqquz) manat olmaqla 2499 (iki min dörd yüz doğsan doqquz) manat dəyərində mal satılmışdır. Nisyə satış müqaviləsinin 4.1-ci bəndinə əsasən,bu müqavilənin icrası zamanı yaranmış mübahisə və münaqişələr danışıqlar yolu ilə həll edilir. Qarşılıqlı razılıq əldə edilmədikdə mübahisə və münaqişələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilir. Hal-hazırda Nisyə satış müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı MMC-yə 26.04.2021-ci il tarixə əsas borcu 460 manat, cərimə borcu 46 manat, ümumilikdə 506 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət edilsə də, işin məhkəmədən kənar həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarında olan 02 avqust 2018-ci il tarixli K00235659 saylı nisyə satış müqaviləsinə görə Cavabdeh 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ilkin ödəniş məbləği 99 (doğsan doqquz) manat olmaqla 2499 (iki min dörd yüz doğsan doqquz) manat dəyərində İMEİ kodu **********82586 olan Samsung Galaxy S9 markalı mobil telefon satılmışdır. İş materiallarında olan 26.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 506 (beş yüz altı ) manat borcu vardır. İş materiallarında olan 02 avqust 2018-ci il tarixli K00235659 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği hər ay üçün 100 manat müəyyən edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında nisyə satış müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh nisyə satışı müqaviləsinə görə 24 ay müddətinə hissə-hissə qaytarılmaq şərti ilə, ilkin ödəniş məbləği 99(doğsan doqquz) manat olmaqla 2499 (iki min dörd yüz doğsan doqquz) manat dəyərində mal satılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı nisyə satış müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə.o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh əsas borc 460 (dörd yüz altmış) manat, cərimə borcu 46 (qırx altı) manat, ümumilikdə 506 (beş yüz altı) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02 avqust 2018-ci il tarixli K00235659 saylı nisyə satış müqaviləsinə əsasən Cavabdeh əsas borc 460 (dörd yüz altmış) manat, cərimə borcu 46 (qırx altı) manat, ümumilikdə 506 (beş yüz altı) manat borc, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2950/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2950/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver