Məhkəmə qərarları › İş №2(005)-2952/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2952/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2952/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin və cizgi-planının etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) xx.xx.2025-ci il tarixli müqavilənin və onun əsasında verilmiş cizgi-planının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil elekron kabinet vasitəsilə vəsatət təqdim edərək işin aidiyyatı üzrə Bskı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisələndirilən müqavilə və eskiz lahiyə əsaslanaraq xx.xx.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Sonuncu məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Hazırkı iş üzrə iddiaçının məqsədi Xətai Rayon Məhkəməsində olan iddianı dayandırmaq və işi əsassız olaraq uzatmaqdır. İddiaçının hazırkı iddiası əslində Xətai Rayon Məhkəməsində olan iddianın tərkib hissəsidir. Göründüyü kimi hazırkı iş üzrə iddia Xətai Rayon Məhkəməsində baxılan işin tərkib hissəsi olduğundan hazırkı iddia Xətai Rayon Məhkəməsindəki iddia ilə birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə məhkəmənin icraatında olan mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz edərək işlərin bir-biri ilə əlaqədar olmadığını və bu səbəbdən vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil vəsatətin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Digər cavabeh Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbdən gəlməməsini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, hazırda iddiaçı X1 cavabdeh X2 qarşı qarajın təhvil verilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında e-2(011)-4587/2025 saylı mülki iş vardır. İddiaçı Cavabdehnə qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) xx.xx.2025-ci il tarixli müqavilə və onun əsasında verilmiş cizgi-planının etibarsız hesab edilməsi tələbinə dair mülki iş xx.xx.2025ci il tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, hazırda Bakı Şəhəri Xətai Rayon Məhkəməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında bir-biri ilə üzvi surətdə bağlı olan, predmetini eyni daşınmaz əşyaların təşkil etdiyi iki mülki iş vardır ki, bunlara ayrı-ayrılıqda baxılması işin vaxtında və obyektiv araşdırılması imkanlarını məhdudlaşdıracaqdır. Bu isə ədalət mühakiməsinin maraqları ilə ziddiyyət təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında ədalət mühakiməsinin onun effektivliliyinə və etibarlılığına xələl gətirə bilən gecikmələrə yol vermədən həyata keçirilməsinin vacibliyini qeyd etmişdir [Scordino İtaliyaya qarşı (№ 1) [BP], § 224]. Hətta prossesual təşəbbüsün tərəflərə aid olması prinsipinin tətbiq edildiyi hüquq sistemlərində belə, tərəflərin münasibəti məhkəmələri 6 § 1 Maddənin tələb etdiyi operativ məhkəmə araşdırmasını təmin etmək öhdəliyindən azad etmir [Pafitis və digərləri Yunanıstana qarşı § 93; X5rşı, § 31; Sürmeli Almaniyaya qarşı [BP], § 129]. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) xx.xx.2025ci il tarixli müqavilənin və onun əsasında verilmiş cizgi-planının etibarsız hesab edilməsi tələbinə dair 2(005)-2952/2025 saylı mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh X2 qarşı qarajın təhvil verilməsi tələbinə dair e- 2(011)-4587/2025 saylı mülki işlə bir icraatda birləşdirilməli və mülki iş Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) xx.xx.2025-ci il tarixli müqavilə və onun əsasında verilmiş cizgiplanının etibarsız hesab edilməsi tələbinə dair 2(005)-2952/2025 saylı mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh X2 qarşı qarajın təhvil verilməsi tələbinə dair e-2(011)-4587/2025 saylı mülki iş ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilməsi, onlara birgə baxılması məsələsinin həll edilməsi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar