Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2954/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X4 və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi cəlb edilməklə pul və mənzil tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul və mənzil tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında başlanmış 06 iyun 2016-cı il tarixli Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 otaqlı yeni təmirli mənzillə təmin edilməsi və 2020-ci ilin oktyabr ayından dayandırılmış 300 manat aylıq kompensasiyanın mənzillə təmin olunana kimi Cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 24 iyun 2016-cı ildə "Məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri" barədə Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndində deyilir: Şirkət Nizami rayonu İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən "Məcburi köçkünün" müvəqqəti yerləşdirilməsi üçün "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün "Məcburi köçkünə" 2 otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin edir. Məcburi köçkünün mənzildən köçürüldüyü gün bu barədə tərəflər arasında müvafiq aktın imzalandığı tarix hesab olunur. Həmin Müqavilənin 7-ci bəndində göstərilir ki, tikinti işləri Müqavilədə nəzərdə tutulmuş vaxtda başa çatdırılmadıqda və ya köçürülmə texniki və digər obyektiv səbəblərə görə baş tutmadıqda hər gecikdirilən aya görə bu Müqavilə üzrə ödənilən aylıq kompensasiya məbləğinin ödənişi davam etdirilir. Həmin Müqavilənin 9-cu bəndində deyilir ki, Müqavilənin icrası nəticəsində yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Danışıqlar yolu ilə mübahisə həll olunmadığı təqdirdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq olunmaqla Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunur. İddiaçı hesab edir ki, "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri qəsdən pozulur. Sökülən binanın yerindəki tikilən bina hazır olsa da, iddiaçı hələ də mənzillə təmin olunmamışdır. Həmçinin artıq 3 aydır ki, nəzərdə tutlan 300 manat kompensasiya ödənilmir. İddiaçı tərəfindən bir neçə dəfə müraciət edilməsinə baxmayaraq şirkət öz öhdəliyini icra etməkdən yayınır. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, tərəflər arasında başlanmış 06 iyun 2016-cı il tarixli Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 otaqlı yeni təmirli mənzillə təmin edilməsi və 2021-ci ilin yanvar ayından dayandırılmış 300 manat aylıq kompensasiyanın mənzillə təmin olunana kimi Cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan 24 iyun 2016-cı il tarixli “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilənin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “İnteks’' MMC arasında bağlanan “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilə üzrə Cavabdeh MMC öz öhdəliyini lazımı qaydada yerinə yetirmişdir. Lakin hazırda ilkin iddiaçı məcburi köçkün olduğu üçün ona dövlət tərəfindən mənzillər təklif edilir, lakin İddiaçı dövlət tərəfindən təklif edilən mənzildən imtina edir. Başqa şəxsin mənzilinə iddia irəli sürür, bu isə yolverilməzdir. Belə ki, Qaçqın və X5 üzrə Dövlət Komitəsi X2 bir neçə yerdən mənzil təklif etsə də, o, bu təklifi qəbul etmir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, 24 iyun 2016-cı il tarixli “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilə ləğv edilməlidir. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Qaçqın və X5 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı mənzil təklif edilməyib. Qaçqın və X5 üzrə Dövlət Komitəsi bu Müqavilə üzrə tərəf deyil və həmin qurumun bu Müqaviləyə heç bir aidiyyəti yoxdur. Qaçqın və X5 üzrə Dövlət Komitəsi İddiaçı qarşısında heç bir öhdəlik götürməyib. İddiaçı qarşısında öhdəlik “İNTEKS" MMC tərəfindən götürülüb. Həmin binadan köçürülən məcburi köçkünlərin bir neçəsi yeni inşa edilən binada mənzillə təmin olunub. Buradan görünür ki, İNTEKS" MMC vətəndaşların konstitusion hüququ olan qanun qarşısında bərabərlik prinsipini qəbul etmir və qanunu qəsdən, hər hansı marağa görə ciddi şəkildə pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ilkin iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 ilkin iddia tələbini əsassız hesab edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, İddiaçı Qobu və Mehdiabad rayonlarında Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən mənzil təklif olunub. Vurğulayır ki, bu mənzilin İddiaçı verilməsi bir qayda olaraq deyil, sadəcə təklif formasında verilib. İddiaçı isə bu təklifdən imtina edib ki, bu təklifi qəbul və ya rədd etmək onun səlahiyyətidir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəflər arasında sözügedən müqavilənin bağlanılmasında iştirak etməyib və bu müqavilə üzrə heç bir öhdəlik daşımır. İddiaçı qeyd edilən təklifi qəbul etmədiyi üçün təklif edilən mənzil artıq ehtiyacı olan başqa ailəyə verilmişdir. İddiaçı mənzillə təmin edilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin balansında müvafiq mənzil mövcud deyil. Çünki məcburi köçkünlərin mənzillə təmin edilməsi işğaldan azad edilmiş ərazilərdə davam etdiriləcək. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri barədə müqavilədən müəyyən olunur ki, Şirkət Nizami rayonu İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən "Məcburi köçkünün" müvəqqəti yerləşdirilməsi üçün "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün "Məcburi köçkünə" 2 otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin edir. Məcburi köçkünün mənzildən köçürüldüyü gün bu barədə tərəflər arasında müvafiq aktın imzalandığı tarix hesab olunur. Həmin Müqavilənin 7-ci bəndində göstərilir ki, tikinti işləri Müqavilədə nəzərdə tutulmuş vaxtda başa çatdırılmadıqda və ya köçürülmə texniki və digər obyektiv səbəblərə görə baş tutmadıqda hər gecikdirilən aya görə bu Müqavilə üzrə ödənilən aylıq kompensasiya məbləğinin ödənişi davam etdirilir. Həmin Müqavilənin 9-cu bəndində deyilir ki, Müqavilənin icrası nəticəsində yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Danışıqlar yolu ilə mübahisə həll olunmadığı təqdirdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi tətbiq olunmaqla Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunur. İş materiallarında olan 212333 nömrəli məcburi köçkün vəsiqəsindən müəyyən olunur ki, İddiaçı 1974-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur və hal-hazırda Nizami rayonunda yaşayır. Məhkəmə ilk iddia ərizəsi ilə bağlı qeyd edir: Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ailə üzvləri ilə birgə ünvan 1 ünvanında yerləşən binada yerləşən iki otaqdan ibarət mənzildə yaşamışlar. Qeyd olunan 2 otaqlı məzilin sökülməsinə dair notarial qaydada müqavilə bağlanmışdır və İddiaçı tərəfindən hər iki otaq "İnteks” MMC-nə təhvil verilmiş, "İnteks” MMC isə öz növbəsində ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən sakinlərə müvəqqəti olaraq, yəni sakinlər mənzildən köçürüldüyü andan etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsi və tikiləcək yeni binada sakinin yaşadığı 2 otaqlı mənzilin yerinə 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzillə əvəzləşdirməsini təmin etməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh üzərinə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 otaqlı yeni təmirli mənzillə təmin edilməsi vəzifəsi qoyulmalıdır. Eyni zamanda iddiaçıya mənzil təhvil verilənədək ödənilməyən aylıq kirayə haqqının verilməsi də cavabdehə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında vağlanmış müqavilə qüvvədə olduğundan və iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəlik icra edildiyindən, cavabdehin üzərinə götürdüyü öhdəliyin icra etməməsini haqlı hesab etmək olmaz. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, mülki işin araşdırılması zamanı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinə əsas ola biləcək hallar müəyyən edilmədi. Belə ki, müqavilənin ləğv edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu tələb olunur: müqavilə bağlanarkən tərəflər şəraitin bu dərəcədə dəyışəcəyini nəzərdə tutmamışlar, şəraitin dəyişməsini doğuran səbəbi maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb olunan qayğı və ehtiyatla aradan qaldıra bilməz, müqavilə şərtlərini dəyişdirmədən onun icrası tərəflərin əmlak mənafeləri nisbətini pozaraq maraqlı tərəfə vurulan zərərlə, onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına səbəb olar. Məhkəmə tərəfindən bu hallar müəyyən edildikdə müqavilə ləğv edilə bilər. Hazırki işin hallarından göründüyü kimi, cavabdeh "xxxx" şirkəti iddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən mənzil təklif olunduğuna görə öz öhdəliyinin icra edilməməsi ilə əlaqələndirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün əsaslar müəyyən edilmədiyindən, Cavabdeh üzərinə düşdüyü öhdəlikləri icra etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 421.2-ci maddəsində öz əksini tapan müqavilənin ləğvi üçün əsaslar hazırki hüquq münasibətlərində mövcud olmadığından qarşılıqlı iddia təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ilkin iddia qismən təmin olunduğuna görə ilkin iddia üzrə cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 otaqlı yeni təmirli mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsi Cavabdeh üzərinə vəzifə kimi qoyulsun. Cavabdeh tərəfindən İddiaçı istifadəsinə mənzil təhvil verilənədək ödənilməyən aylıq kirayə haqqının verilməsi Cavabdehnə həvalə edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2954/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2954/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver