Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-106/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi (vəkili) Nümayəndə3 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərin və qarajların təhvil verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC (MTK)-nin üzərinə onun tərəfindən Nərimanov rayonu, T.Şıxəliyev küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış evindən 12.04.2017-ci il tarixli, 069 nömrəli müqavilənin şərtlərinə uyğun İddiaçı1 81,0 kv.metr sahədən ibarət 3 (üç) otaqlı mənzilin, 12.04.2017-ci il tarixli, 70 və 71 nömrəli müqavilələrin şərtlərinə uyğun İddiaçı2 62,0 kv.metr sahədən ibarət 2 (iki) otaqlı mənzilin və -İ mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan, 2 ədəd təmirli qarajın 10 gün müddətində verilməsi öhdəliyinin qoyulması, 2020-ci ilin sentyabr ayı üçün İddiaçı1 ödənilməmiş 500 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun, cəmi 840 manat məbləğində pulun, İddiaçı2 2020-ci ilin senytabr ayı üçün ödənilməmiş 400 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun, cəmi 740 manat, ümumilikdə 1580 manat məbləğində pulun ödənmilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar 27 dekabr 2021-ci il tarixdə məhkəməyə “müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilələrdə nəzərdə tutulmuş mənzillərin və qarajların faktiki sahiblik və istifadəyə verilməsi, kirayə haqqının, eləcə də, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış 12.04.2017ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan –İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (MTK) iləİddiaçı2 arasında bağlanmış 12.04.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli ikiotaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış 12.04.2017-ci il tarixli 0.71 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmrili qarajların İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8.000 (səkkiz min) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat, mənəvi zərərə görə 5000 (beş min) manatın və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 13.340 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilməsi; 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6.400 (altı min dörd yüz) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat, mənəvi zərərə görə 500 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun, cəmi 11.740 manat məbləğində pulun Cavabdeh MTK-dən tutuluraq İddiaçı2 ödənilməsi barədə qətanmə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsinə əlavəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq mümkün hesab edir və icraata qəbul edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini müdafiə edərək izahatlarında göstərdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarını və Bakı şəhəri, Nərimanov rayon İcn Hakimiyyəti Başçısının 18 yanvar 2017-ci il tarixli, 37 saylı sərəncamını əsas tutaraq, bir tərəfdən ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh adından (indi MTK olmuşdur) onun direktoru X2 və digər tərəfdən ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış İddiaçı1 və İddiaçı2 arasında 12 aprel 2017-ci il tarixdə 069, 070 və 071 nömrəli müqavilələr bağlanılmışdır. 12 aprel 2017-ci il tarixli, 069, 070 və 071 nömrəli müqavilələrin 1.1.2-ci bəndlərinə görə Cavabdeh MMC ünvan 4 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-c mərtəbəsindən, (orta blokdan- İddiaçı2 qonşu olmaqla daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili İddiaçı1, ünvan 4 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan. İddiaçı1 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisini əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr təmirli mənzili və ünvan 4 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan 46,75 kv.metr sahədən ibarət qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın -İ (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajı İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götümüşdür. Müqavilə üzrə tikintinin müddəti 24 ay müəyyən edilmişdir. Eyni zamanda 069 və 070 nömrəli Müqavilələrin 6.4-cü bəndinə, 071 nömrəli Müqavilənin 6.3- cü bəndinə əsasən Cavabdeh MMC (MTK) yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasınm bünövrəsinin qoyulması və 069 və 070 nömrəli Müqavilələrin 6.4.-cü, 071 nömrəli Müqavilənin 6.3.-cü bəndində göstərilən müddətin başlanması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verir. “Tikinti təşkilatı” tərəfindən belə məlumat verilmədikdə tikintinin başlama tarixi bu Müqavilənin imzalanma tarixindən hesablanılır. Həmçinin, Cavabdeh MMC (MTK) tərəfindən yaşayış binasının bünövrəsinin qoyulması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verilmədiyindən müqavilələrin şərtlərinə uyğun olaraq tikintinin başlanılma vaxtı 12 aprel 2017-ci il tarix götürülür. Müqavilə şərtlərinə əsasən həmin mənzillər və qarajlar 12 aprel 2019-cu il tarixədək təhvil verilməli idi. Lakin, göründüyü kimi nəinki mənzillər və qarajlar təhvil verilməyib, eyni zamanda əlavə problemlər yaradılıb. 069, 070 nömrəli Müqavilələrin 2.2.4-cü, 071 saylı Müqavilənin 2.2.2-ci bəndinə əsasən Cavabdeh MMC (MTK) yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddərinə qədər başa çatdıraraq Müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili, qarajı iddiaçılara təhvil verməyi öhdəsinə götürür və təhvil-təslim “Tərəflər”in imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir. Göründüyü kimi hazırda MTK öhdəliklərini icra etməmiş, mənzillər və qarajlar iddiaçılara təhvil verilməmişdir. Yalnız 2020-ci ilin fevral ayının sonunda İddiaçı2 onlara müraciətindən sonra mənzilə baxa biləcəyinə icazə verilmiş, sonuncu da həmin mənzillərə 2020-ci ilin mart ayının əvvəlində əmlak eksperti ilə birlikdə gedərək baxmışdır. Baxış zamanı mənzillərin layihəyə uyğun olmadığı, bir otaqlı mənzilin sonradan daxildən bölünərək kiçik nəfəslik qoyulmuş tam bağlı ikinci otaqğın yaradılması hesabına ikiotaqlıya, eyni qaydada iki otaqlı mənzildə layihədənkənar hörgü hesabma kiçik nəfəslik qoyulmuş tam bağlı üçüncü otağm yaradılması hesabına üç otaqlıya çevrildiyi məlum olmuş və bu barədə əmlak üzrə ekspertin müvafiq rəyləri vardır. 12 aprel 2017-ci il tarixli, 069 və 070 nömrəli Müqavilələrin 1.1.3-cü maddəsinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı1, İddiaçı2 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 500 (beş yüz) manat, İddiaçı2 isə 400 (dörd yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilkin ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh MMC (MTK) uzun müddət və hazırda da kirayə haqqı ödəməmişdir. Bununla bağlı Nəsimi rayon Məhkəməsində “Müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsinə dair” iddia tələbi üzrə mülki işə baxılmış və iddia tələbləri Nəsimi rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(006)-3621/2020 saylı Qətnaməsi ilə qismən təmin edilmişdir. Onlar sonsuza qədər kirayələrdə yaşaya bilməzlər. Artıq Cavabdeh MMC (MTK) onlara qarşı qanunsuz hərəkətlərindən usanmışlar. Dəfələrlə MTK-nın ünvan 5 ünvanında yerləşən ofisinə gedərək müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Hər dəfə bir bəhanə ilə onları yola salmışlar. Bundan başqa tələb etmələrinə baxmayaraq onlara verilməli olan mənzillərin layihələrini göstərməkdən imtina etmişlər. Hər ikisi yaşlı və xəstə olmaqla təqaüdçüdürlər. Aldıqları pensiya məbləği hazırda yaşadıqları mənzilin kirayə haqqının ¼ % -dən də azdır. Cavabdeh MTK onları çox ağır vəziyyətə salıb. Hər ikisi ali məktəb müəllimləri olmuşlar. Pensiyaları heç dərmanlarına da çatmır. İddiaçı2 karsinoma xəstəliyimə tutulub, kimya və şüa terapiyası almaq məcburiyyətində qalmışdır. Xəstəlikləri bir tərəfdən, digər tərəfdən də stress içərisində ümidsiz vəziyyətə düşmüşlər. Onların sağlamlıq vəziyyətləri Cavabdeh MTK ilə mübarizə aparmağa imkan vermir. Cavabdeh MTK hüquqlarının müdafiə edilməsi üçün iddiaçıları vəkillə müqavilə bağlamaq, 620 manat xidmət haqqı, 40 manat dövlət rüsumu, cəmi 660 manat pul ödəmək məcburiyyəti qarşısında qoymuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə3 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə4 iddianı qəbul etməyərək, öz izahatında bildirmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış İddiaçı1 və İddiaçı2 arasında 12 aprel 2017-ci il tarixdə 069, 070 və 071 nömrəli müqavilələr bağlanılmışdır. 12 aprel 2017-ci il tarixli, 069, 070 və 071 nömrəli müqavilələrin 1.1.2ci bəndlərinə görə Cavabdeh MMC ünvan 4 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-c mərtəbəsindən, (orta blokdan- İddiaçı2 qonşu olmaqla daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili İddiaçı1, ünvan 4 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan. İddiaçı1 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisini əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr təmirli mənzili və ünvan 4 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan 46,75 kv.metr sahədən ibarət qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın -İ (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajı İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götümüşdür. Lakin tikilmiş binada müqavilələrdə nəzərdə tutulan ölcülərdə mənzillər mövcud deyil, onların əvəzinə MMC digər ölcülərdə olan mənzilləri iddiaçəlara təhvil verməyə hazırdı. Həmçinin qarajlar da hazır vəziyyətdədir və təhvil verilə bilər. Sonda iddiaçı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatları dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 aprel 2017-ci il tarixli 069№-li müqavilədən görünür ki, bu müqaviləyə əsasən, əmlak mülkiyyətçisi bu Müqaviləyə əsasən 20 may 2000-ci il tarixində, 1096 saylı reyestr kitabında 164619-cu səhifədə № 30/164619 qeydə alınmış və Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 028135 №li “Qeydiyyat vəsiqəsinə əsasən öz mülkiyyətində olan ünvan 9, mənzil 17 ünvamnda yerləşən 67,3 (ümumi sahə 61,1 kv.metr + 6,2 kv.metr balkon) kv.metrdən ibarət faktiki sahəsindən 20 %-i miqdarında əlavə olmaqla, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzili qəbul etməyi, “Tikinti təşkilatı”-“Poleks MMC” isə ünvan 4 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan- İddiaçı2 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götümüşdür. İş materiallarında olan 12 aprel 2017-ci il tarixli 070№-li müqavilədən görünür ki, Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən 20 may 2000-ci il tarixində, 1096 saylı reyestr kitabında 164618-ci səhifədə № 30/164618 qeydə alınmış və Bakı təhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 028136 № li “Qeydiyyat vəsiqəsinə əsasən öz mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 51,4 (ümumi sahə 48,4 metr + 3,0 kv.metr balkon) kv.metrdən ibarət faktiki sahəsindən 20% miqdarında əlavə olmaqla, yəni 62,0 kv.metr təmirli, 2 (iki) otaqlı mənzili qəbul etməyi, “Tikinti təşkilatı” “Poleks MMC” isə ünvan 4 ünvanında yerləşən İddiaçı2 qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən,(orta blokdan,İddiaçı1 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni m-m.i sahəsi 62,0 kv.metr təmirli, 2 (iki) otaqlı mənzili İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 aprel 2017-ci il tarixli 071№-li müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən və Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 6 ünvanında, Bakı şəhəri, Dzerjinski (indiki Nərimanov) rayonu XDS İK-nin 12 iyul 1957-ci il tarixli, RA-25-106 qərarı ilə ayrılmış, 47 kv.metr istifadədə olan torpaq sahəsində yerləşən 46,75 kv.metrdən (8,5 x 5,5 metr) ibarət sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə rəsmiləşdirilmiş müddətdə və qaydada -İ (minus birinci) mərtəbədə yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajı qəbul etməyi , “Tikinti təşkilatı”- “Poleks MMC” isə ünvan 4 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın -İ (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr İ iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajı İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 avqust 2019-cu il tarixli 54 və 55№-li Arayışlardan görünür ki, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-nin Bakı şəhəri, Xətai prospekti 38 (787-ci məhəllə) ünvanda inşa etdiyi yaşayış binasının Blok D1, 67 nömrəli mənzilində faktiki olaraq yaşayırlar. İş materiallarında olan "xxxx" MMC-nin MB-13/275 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 6 ünvanında yerləşən 3 otaqlı 3 saylı mənzilin ümumi daxili faydalı sahəsi 86.87 kv.m təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin MB-13/276 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 6 ünvanında yerləşən 2 otaqlı 5 saylı mənzilin ümumi daxili faydalı sahəsi 58.1 kv.m təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(006)-3621/2020 saylı qətnamədən çıxarışdan görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC tərəfindən İddiaçı1 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla 4740 manat məbləğində pul vəsaiti, Cavabdeh MMC tərəfindən İddiaçı2 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 3200 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla 3840 manat məbləğində pul vəsaitinin ödənilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-853/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 28.09.2021-ci il tarixli, 2(102)-4900/2021 saylı qərarına əsasən isə, həmin qətnamədən cavabdeh tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-853/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Eyni Məcəllənin MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni Məcəllənin 426.1, 426.2 və 426.2.1-ci maddələri tələb edir ki, öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra aşağıda göstərilən yerlərdə həyata keçirilməlidir: torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə. Həmin Məcəllənin 427-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. MM-nin 441.1 və 441.3-cü maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Eyni Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarını və Bakı şəhəri, Nərimanov rayon İcn Hakimiyyəti Başçısının 18 yanvar 2017-ci il tarixli, 37 saylı sərəncamını əsas tutaraq, bir tərəfdən ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh adından (indi MTK olmuşdur) onun direktoru X2 və digər tərəfdən ünvan 3 ünvandt qeydiyyatda olmaqla yaşamış İddiaçı1 və İddiaçı2 arasında 12 aprel 2017-ci il tarixdə 069, 070 və 071 nömrəli müqavilələr bağlanılmışdır. İddiaçıların iddia ərizəsində göstərdiklərindən aydın olur ki, 12 aprel 2017-ci il tarixli, 069, 070 və 071 nömrəli müqavilələrin 1.1.2-ci bəndlərinə görə Cavabdeh MMC ünvan 4 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-c mərtəbəsindən, (orta blokdan- İddiaçı2 qonşu olmaqla daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili İddiaçı1, ünvan 4 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan. İddiaçı1 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisini əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 62,C kv.metr təmirli mənzili və ünvan 4 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan 46,75 kv.metr sahədən ibarət qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın -İ (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmirli qarajı İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götümüşdür. Müqavilə üzrə tikintinin müddəti 24 ay müəyyən edilmişdir. Eyni zamanda 069 və 070 nömrəli Müqavilələrin 6.4-cü bəndinə, 071 nömrəli Müqavilənin 6.3- cü bəndinə əsasən Cavabdeh MMC (MTK) yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasınm bünövrəsinin qoyulması və 069 və 070 nömrəli Müqavilələrin 6.4.-cü, 071 nömrəli Müqavilənin 6.3.-cü bəndində göstərilən müddətin başlanması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verir. “Tikinti təşkilatı” tərəfindən belə məlumat verilmədikdə tikintinin başlama tarixi bu Müqavilənin imzalanma tarixindən hesablanılır. 069, 070 nömrəli Müqavilələrin 2.2.4-cü, 071 saylı Müqavilənin 2.2.2-ci bəndinə əsasən Cavabdeh MMC (MTK) yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddərinə qədər başa çatdıraraq Müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili, qarajı iddiaçılara təhvil verməyi öhdəsinə götürür və təhvil-təslim “Tərəflər”in imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir. Göründüyü kimi hazırda MTK öhdəliklərini icra etməmiş, mənzillər və qarajlar iddiaçılara təhvil verilməmişdir. Yalnız 2020-ci ilin fevral ayının sonunda İddiaçı2 onlara müraciətindən sonra mənzilə baxa biləcəyinə icazə verilmiş, sonuncu da həmin mənzillərə 2020-ci ilin mart ayının əvvəlində əmlak eksperti ilə birlikdə gedərək baxmışdır. Baxış zamanı mənzillərin layihəyə uyğun olmadığı, bir otaqlı mənzilin sonradan daxildən bölünərək kiçik nəfəslik qoyulmuş tam bağlı ikinci otaqğın yaradılması hesabına ikiotaqlıya, eyni qaydada iki otaqlı mənzildə layihədənkənar hörgü hesabma kiçik nəfəslik qoyulmuş tam bağlı üçüncü otağm yaradılması hesabına üç otaqlıya çevrildiyi məlum olmuş və bu barədə əmlak üzrə ekspertin müvafiq rəyləri vardır. Cavabdeh MMC (MTK) tərəfindən yaşayış binasının bünövrəsinin qoyulması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verilmədiyindən müqavilələrin şərtlərinə uyğun olaraq tikintinin başlanılma vaxtı 12 aprel 2017-ci il tarix götürülür. Müqavilə şərtlərinə əsasən həmin mənzillər və qarajlar 12 aprel 2019-cu il tarixədək təhvil verilməli idi. Lakin, göründüyü kimi nəinki mənzillər və qarajlar təhvil verilməyib, eyni zamanda əlavə problemlər yaradılıb. 12 aprel 2017-ci il tarixli, 069 və 070 nömrəli Müqavilələrin 1.1.3-cü maddəsinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı1, İddiaçı2 təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 500 (beş yüz) manat, İddiaçı2 isə 400 (dörd yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilkin ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh MMC (MTK) uzun müddət və hazırda da kirayə haqqı ödəməmişdir. Bununla bağlı Nəsimi rayon Məhkəməsində “Müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsinə dair” iddia tələbi üzrə mülki işə baxılmış və iddia tələbləri Nəsimi rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(006)-3621/2020 saylı Qətnaməsi ilə qismən təmin edilmişdir. Dəfələrlə MTK-nın ünvan 5 ünvanında yerləşən ofisinə gedərək müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Hər dəfə bir bəhanə ilə onları yola salmışlar. Bundan başqa tələb etmələrinə baxmayaraq onlara verilməli olan mənzillərin layihələrini göstərməkdən imtina etmişlər. Hər ikisi yaşlı və xəstə olmaqla təqaüdçüdürlər. Aldıqları pensiya məbləği hazırda yaşadıqları mənzilin kirayə haqqının ¼ % -dən də azdır. Cavabdeh MTK onları çox ağır vəziyyətə salıb. Hər ikisi ali məktəb müəllimləri olmuşlar. Pensiyaları heç dərmanlarına da çatmır. İddiaçı2 karsinoma xəstəliyimə tutulub, kimya və şüa terapiyası almaq məcburiyyətində qalmışdır. Xəstəlikləri bir tərəfdən, digər tərəfdən də stress içərisində ümidsiz vəziyyətə düşmüşlər. Onların sağlamlıq vəziyyətləri Cavabdeh MTK ilə mübarizə aparmağa imkan vermir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə işin araşdırmış halları ilə bağlı və tərəflərin iddia ərizəsi və cavabdehin etirazında olan dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıların mülkiyyətində mübahisələndirilən ünvanda mənzilin olması və həmin mənzilin yerləşdiyi ərazidə yeni şərtlər daxilində müasir tikinti qaydalarına uyğun olaraq tikilməsini mümkün edən Nəsimi Rayon İcra Hakmiyyətinin sərəncamının və müqavilənin olması mübahisəsizdir. Məhkəmə qeyd edir ki, iddiaçılar həmin müqavilələri bağlayarkən, mülkiyyətlərində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa olunan binanın 5-c mərtəbəsindən, (orta blokdan- İddiaçı2 qonşu olmaqla daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili İddiaçı1, ünvan 4 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan İddiaçı1 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisini əmlakın faktiki sahəsindən 20 % miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr təmirli mənzilin əldə edilməsini nail olmuşlar. Lakin Cavabdeh MMC Müqavilərin şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş müddətlərə mənzilləri və qarajı iddiaçılara təhvil vermir, öz üzərinə götürdüyü öhdəliklərini icra etməkdən boyun qaçırdır. Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Məhkəmə iddia ərizəsinin mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçılara ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçılar onlara mübahisə ilə bağlı müəyyən məbləğdə mənəvi zərər vurulduğunu bildirsələr də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədilər. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, iddiaçıların kirayyə haqqının tutulması ilə bağlı qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək İddiaçı1 8.000 manat, İddiaçı2 isə 6400 manat ödənilməmiş kirayə haqqı təşkil edir. Bundan başqa hüquqi yardıma görə 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin tələblər iş materialları ilə sçübut olunducuna görə, iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC (MTK) ilə İddiaçı1 arasında bağlanmış 12.04.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan –İddiaçı2 qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin İddiaçı1 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, Cavabdeh MMC (MTK) iləİddiaçı2 arasında bağlanmış 12.04.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan İddiaçı1 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli ikiotaqlı mənzilin İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, Cavabdeh MMC (MTK) ilə İddiaçı2 arasında bağlanmış 12.04.2017-ci il tarixli 0.71 nömrəli müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmrili qarajların İddiaçı2 sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8.000 (səkkiz min) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 8.340 (səkkiz min üç yüz qırx) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı1 ödənilsin; 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6.400 (altı min dörd yüz) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 6.740 (altı min yeddi yüz qırx) manat məbləğində pul Cavabdeh MTK-dən tutuluraq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-106/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-106/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver