Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6525/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, İddiaçı MTK-nın Cavabdeh qarşı müqaviləyə xitam verilməsi, mənzilin geri qaytarılması və pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı müqaviləyə xitam verilməsi, mənzilin geri qaytarılması və pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri Neftçilər prospekti 151 ünvanda yerləşən Tower В binanın 15-ci mərtəbəsində yerləşən 1502B saylı mənzilin (Mənzil) satışı ilə bağlı 26.04.2013-cü il tarixdə PBR № 633 saylı Müqaviləyə vaxtından əvvəl xitam verilməsi; Bakı şəhəri Neftçilər prospekti 151 ünvanda yerləşən Tower В binanın 15-ci mərtəbəsində yerləşən 1502B saylı mənzilin və mənzilin giriş qapısının açarlarının Cavabdeh alınaraq İddiaçı MTK-ya geri qaytarılması; Bakı şəhəri Neftçilər prospekti 151 ünvanda yerləşən Tower В binanın 15-ci mərtəbəsində yerləşən 1502B saylı mənzilin üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, vurulmuş ziyanın tutulması və bundan sonra qalan vəsaitin Cavabdeh qızma qaytarılmasının 26.04.2013-cü il tarixli PBR № 633 saylı Müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş qaydada aparılması və Cavabdeh dövlət rüsumu olaraq 30 manat pulun İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, İddiaçı MTK iddia ərizəsini verərkən dövlət rüsumunun ödənilməsinə dair sənəd təqdim etsə belə, bu növ iddialar üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləğindən az ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1 və 150.1.2-ci maddələrinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bu Məcəllənin 108.3.-ci maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “X1” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu kimi ödənilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “X1” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu kimi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 276-278 və 279-cu maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ M : İddiaçı MTK-nın Cavabdeh qarşı müqaviləyə xitam verilməsi, mənzilin geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-6525/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6525/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver