Məhkəmə qərarları › İş №2(103)-4280/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4280/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4280/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçılar Talıbzadə Aydın Rza oğlu və Talıbzadə Nuriyyə Rza qızının və onların nümayəndəsi və vəkili Süleymanlı Elxan Bəhmən oğlunun iştirakları ilə, İddiaçılar Talıbzadə Aydın Rza oğlu və Talıbzadə Nuriyyə Rza qızının cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərin və qarajların təhvil verilməsi, kirayə haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar Talıbzadə Aydın Rza oğlu və Talıbzadə Nuriyyə Rza qızı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərin və qarajların təhvil verilməsi, kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul edildikdən və iş üzrə hazırlıq iclası keçirildikdən sonra cavabdeh "xxxx" MMC-nin nümayəndəsi-vəkili vəsatət təqdim edərək işə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, həmin qərardaddan şirkətin nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsivəkili şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmasına baxmayaraq cavabdeh "xxxx" MMC nümayəndəsini məhkəməyə göndərmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə isə, aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddia ərizəsi verilən 18.09.2020-ci il tarixdə "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2nradan 2021-ci ilin yanvar ayında ünvanları dəyişdirilmişdir. Bu hal isə iddia ərizəsinin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilməsinə dəlalət etmir. Beləliklə, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Müvafiq olaraq da birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin işin baxılması üçün xarici ölkə məhkəməsinə göndərilməsinə dair ərizəsini əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar