Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-297/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Artunoviç ilə xx.xx.1989-cu il tarixdə tərtib edilmiş alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi tikili sahəsini Cavabdeh almışdır. Həmin alqı-satqı müqaviləsi tərəflər arasında məlum vəziyyəti nəzərə alaraq imzalanmışdır. Alqı-satqı müqaviləsindən sonra cavabdeh xx.xx.1989-cu il tarixdə ona rəsmi etibarnamə verimişdir. Bundan sonra məhkəməyə müraciət edərək, qeyd edilən mənzilə pasport qeydiyyatına alınması tələbinə dair iddia ilə müraciət etmiş və iddiası təmin edilmişdir. BŞİH-nin MKTD-nin Nərimanov Mənzil Kommunal Təsərrufatı Birliyinin 000545 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən həmin mənzil ona məxsusdur. Bu halları təsdiq edə biləcək qonşular akt tərtib etmişlər ki, 1989-cu il tarixdən iddiaçı həmin ünvanda yaşayır. Həmin hallan təsdiq edə biləcək qəbzlərdən də görsənir ki, yaşamağa başladığı tarixdən mənzil kirayə pulunu MKİS-ə mütəmadi şəkildə ödəmişdir. Hazırda həmin ünvanda öz ailə üzvləri ilə maneəsiz olaraq yaşayır, lakin həmin evə dair sənədləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iddia ərizəsinə etiraz etməyərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1961-ci ildə Cavabdeh adına texniki pasport tərtib edilmiş və həmin yaşayış sahəsi ona məxsus olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə həmin tipli tikililərin özəlləşdirilməsi və mülkiyyət sənədinin alınması mümkün olmuşdur. İddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.1989-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh Artunoviç İddiaçı onun bütün əmlaklarını idarə etmək və sərəncam vermək, əmlaklarına dair qanunla icazə verilmiş müqavilələri bağlamaq, həmçinin almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və sair hüququları etibar etmişdir; Cavabdeh Artunoviç və ailə üzvləri tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş iltizamdan görünür ki, Cavabdeh Artunoviç ünvan 1 ünvanında yerləşən fərdi tikili sahəsini İddiaçı 40000 rubl məbləğində pula satmışdır; Evlər İdarəsi üzrə Texniki İnventarizasiyanın ev sahibliyi kartından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi tikili sahəsinin sahibi Cavabdeh Artunoviçdır; BŞİH-nin MKTD-nin Nərimanov Mənzil Kommunal Təsərrufatı Birliyinin 000545 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi tikili sahəsi İddiaçı məxsusdur; İddiaçı qonşuları tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, İddiaçı həqiqətən 1989-cu il tarixdən ünvan 1 ünvanında yerləşən fərdi tikili sahəsində qeydiyyatsız yaşayır; Yasamal Rayon Məhkəməsinin 2-286/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ünvan 1 ünvanınа pasport qeydiyyatına alınması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi tikili sahəsi Cavabdehя məxsus olmuş və məlum hadislərələ bağlı xx.xx.1989-cu il tarixdə özünə məxsus yaşayış sahəsini iddiaçıya 40000 rubl məbləğində pula sataraq ona rəsmi etibarnamə vermişdir. Lakin evin sahibi rəsmiləşdirməni notarial qaydada icra edilməsi ilə bağlı hərəkətləri etmədən Respublikanı tərk etmiş və hazırki vaxta kimi geri qayıtmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.1989-cu il tarixdən etibarən iddiaçı həmin mənzildə hazırki vaxta kimi yaşayış, qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin 2-286/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanınа pasport qeydiyyatına götürülmüş, mənzil kirayə haqqını vaxtında ödəmiş və ödəməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri həmin dövrdə yarandığından hazırki işə xx.xx.2000-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 230-cü maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən tərəflərdən biri notariat qaydasında təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. “R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarından görünür ki, əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarından görünür ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmaldıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalıdır və onun yazılı formada tərtib edilməsinə dair tələb əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə dövlət qeydiyyatına alınmamış tikililər üzərində hüquqların rəsmiləşdirilməsi və daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məcburi hüquqi prosedurlar və tələblər baxımından qeyd edir ki, mübahisəli ev Cavabdeh məxsus olmaqla onun həmin evə gözlənilən mülkiyyət hüququ olmuş və o məlum hadisələrlə bağlı həmin hüququnu reallaşdırmağa imkan tapmayaraq satış pulu müqabilində etibarnamə vermək yolu ilə bu hüququndan istifadə edərək evini özgəninkiləşdirmişdir. Faktiki olaraq Cavabdeh iddiaçı ilə alqı-satqı münasibətlərinə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəli ünvan üzrə əvvəlki sahib ilə iddiaçı arasında əldə edilmiş yuxarıda qeyd edilən razılaşmaya əsasən həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilməsinə Cavabdeh iradəsindən asılı olmayan faktor kimi 1989-cu ildə baş verən məlum hadisələr maneə törətmişdir. Halbuki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış evin alqı-satqısı ilə əlaqədar Cavabdeh iddiaçının 40000 rubl pul məbləğini alınması ilə əlaqədar yazəıə formada özü və ailə üzvləri tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş iltizam verilməsi üzrə əvvəlki sahib Cavabdeh tərəfindən icra edilmiş hərəkətlər sonuncunun hüquq qabiliyyətindən irəli gəlməklə iradə ifadəsinin göstəricisidir və müsbət keyfiyyətli hüquqi nəticəyə nail olmaq məqsədi güdmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1989-cu il tarixdə İddiaçı ilə Cavabdeh Artunoviç arasında ünvan 1 ünvanında yerləşən fərdi yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı, cavabdehin sonradan həmin əqdi notariatda təsdiq etməməsi tam təsdiq olunduğundan və İddiaçı əqdi tamamilə icra etmiş tərəf olaraq həmin əqdin bağlanmış hesab edilməsini tələb etmək hüququ olduğundan, həmin müqavilə bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: xx.xx.1989-cu il tarixdə İddiaçı Məmmədovnа ilə Cavabdeh Artunoviç arasında ünvan 1 ünvanında yerləşən fərdi evlə bağlı alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-297/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-297/2024
31.01.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver