Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2970/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İlk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair ilk və iddiaçı Cavabdehlər İddiaçı və X9 qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospekti, ev 105 B, mənzil **********94-05101-093033 saylı dövlət reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışa əsasən” ona məxsusdur. Bildirir ki, adı çəkilən mənzildə hazırda qeydiyyatda olan Cavabdeh Ramiz qızı onun keçmiş gəlinidir. Cavabdeh ilə oğlu X5 aralarında olan nikah Nərimanov rayon qeydiyyat şöbəsində xx xxxxxx 2020-ci ildə pozulmuşdur. Lakin Cavabdeh Ramiz qızı boşanaraq evdən faktiki olaraq çıxıb getmiş olsa da, məlum olmayan səbəblərdən qeydiyyatdan çıxmamışdır və harada yaşadığı ona məlum deyil. Bildirir ki, Cavabdeh Ramiz qızının adına 37 saylı DNK-nın 4Ə-1-113 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 20, 103 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir hazırda mülkiyyətindədir. Cavabdehin ona məxsus olan evdə pasport qeydiyyatında qalması onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirilməsinə maneə törənir, cavabdehə görə əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. Göstərilənlərə əsasən hesab edir ki, onun mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Buna görə də cavabdehlərin mülkiyyətində olan evə yaşayış hüququ məhkəmə qaydasında itirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh Ramiz qızının ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər İddiaçı və X9 qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Vüqar Cavadov arasında nikah xx xxxxxxxx 2005-ci il tarixdə qeydə alınmışdır. Həmin tarixdən qarşılıqlı iddiaçı ərinin evinə köçmüş, özünə məxsus cehiz əşyaları həmin mənzilə daşımışdır və nikah pozulanadək həmin ünvanda uşaqları və əri ilə birlikdə yaşamışdır. Nikahdan 2 usaqları, xx.xx.2007-ci il təvəllüdlü oğlu Qabil və xx.xx.2012-ci il təvəllüdlü qızı Ləman doğulmuşdurlar. Sözügedən nikah Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə pozulmuşdur. Qarşılıqlı iddiaçı mübahisəli mənzilə mərhum qayınatası X2 razılığı və istəyi ilə köçürülmüşdür. Onunla notarial müqavilə bağlanmaq istədikdə rəhmətlik bildirmişdir ki, gəlinin həmin mənzildə yaşamasına hər hansı maneə yoxdur və olmayacaqdır da. Sözlərinin sübutu kimi gəlinini həmin mənzilə pasport qeydiyyatına aldırmışdır. xx.xx.2012-ci ildə X6 vəfat etmişdir, lakin buna baxmayaraq Zarina ailəsi ilə birlikdə həmin mənzildə daha 7 il də yaşamağa davam etmişdir. Onun ölümündən sonra vərəsəlik işi açılmamışdır və yeni mülkiyyətçi müəyyən olunmamışdır ki, hüquqi işlər tamamlansın. Yalnız boşanmadan 1 il keçdikdən sonra vərəsəlik işi açılmışdır və o zaman məlum olmuşdur ki, iddiaçının keçmiş əri vərəsəlik payından anasının xeyrinə imtina etmişdir. Vərəsəlik işi yekunlaşandan sonra qarşılıqlı cavabdeh İddiaçı həmin mənzilin 5/6 payına mülkiyyət hüququ tanınmışdır və yalnız bundan sonra Zarinanı qeydiyyatdan çıxarmaq məqsədi ilə istifadə hüququna xitam verilməsi barədə ərizə məhkəməyə verilmişdir. İlkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia tələbini müdafiə edir, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hesab edir ki, 15 il ərzində fasiləsiz və maneəsiz, habelə keçmiş mülkiyyətçinin razılığı ilə iddiaçının mənzildən istifadə etməsi onun həmin mənzildə mübahisəsiz istifadə hüququnun olmasına və mənzilin digər sakinləri tərəfindən qəbul edilməsinə dəlalət edir. Qeyd edilənləri nəzərə alaraq, ilkin iddianın rədd edilməsi barədə, qarşılıqlı iddianın təmin edilərək, qarşılıqlı iddiaçı Cavabdeh ünvan 2 ünvanda yerləşən 5 saylı mənzilinə dair istifadə hüququnu müəyyən edərək, qarşılıqlı iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək qarşılıqlı iddia tələbinin təmin, ilk iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X13 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 5 saylı mənzili 5/6 hissədə İddiaçı, 1/6 hissədə X7 adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh, X13, X14, X11 ünvan 3 ünvanında yerləşən 5 saylı mənzildə ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ № 335288 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X13 ilə Cavabdeh arasındakı nikahın pozulması xx.xx.2019cu il tarixdə 299 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 256/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X13 ilə Cavabdeh arasında xx xxxxxxxx 2005-ci i! tarixdə Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsində 644 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx xxxx 2007-ci il təvəllüdlü X8 və xx xxxx 2012-ci il təvəllüdlü Cavadova L.ərnarı Vüqar qızının anaları Cavabdeh yanında saxlanılmaları, X3 xx xxxx 2007-ci il təvəllüdlü X8 və xx xxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlaniımaian üçün hər ay hər uşaq üçün160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtının xx xxxxxx 2018-ciil tarixdən hesablanması, qətnamənin alimentin tutulma hissəsində dərhal icra edilməsi, iddiaçı X5 Cavabdeh qarşı uşaqların atanın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən xx xxxx 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 970113 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx xxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X13, anası isə Cavabdehdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2007-ci il tarixdə 1309 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 906387 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx xxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X13, anası isə Cavabdehdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2012-ci il tarixdə 1461 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********48 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına 37 saylı DNK-nın 4Ə-1-113 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 20, 103 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh (Ramiz qızının) adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi ünvan 4-in 6/5 hissəsi İddiaçı, qalan 1/6 hissəsi isə X5 mülkiyyətindədir. X13 ilə Cavabdeh arasındakı nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü olan Cavabdeh arasında hər hansı bir razılaşma yoxdur. Bundan əlavə, iş materiallarından göründüyü kimi, Cavabdeh adına Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 20, 103 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdeh iddiaçının gəlini olmuş və mübahisəli evdə yaşamış və qeydiyyata düşmüşdür. Hal hazırda iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulduğundan iddiaçı onun istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Göründüyü kimi, cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçinin mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Ramiz qızının ünvan 4 ünvanındakı yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı onun mübahisəli mənzilə küçürülməsi barədə iddia tələbini əsaslandıra bilməmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində digər mənzilin olması da məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdı. Bu səbəbdən məhkənə belə nəticəyə gəlir ki, Cavabdehlər İddiaçı və X9 qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair ilk iddia ərizəsitəminedilsin. Cavabdeh Ramiz qızının ünvan 4 ünvanındakı yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı Cavabdehlər İddiaçı və X9 qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2970/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2970/2020
28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver