Məhkəmə qərarları › İş №2(005)-2973/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2973/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2973/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclas katibi X4, Cavabdeh iştirakı ilə X1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi 6 saylı evin, 10 saylı mənzilinə köçürülməyi və pasport qeydiyyatına alınmağa əsas üçun həmin mənzilə istifadə hüququnun tanınması, habelə 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı X16 tərəfindən qaldırılmış 2(005)-2973/2020 saylı mülki işin hakim G.Əsədova icraatında olan 2(005)-2111/2020 saylı mülki işlə bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh tələblərin bir icraatda birləşdirilməklə əlavə vaxt itkisinə yol verilmədən yekun qərar qəbul edilməsinin mümkünlüyü barədə izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-2111/2020 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan iddiaçı X6 cavabdeh X3 qarşı “əmlak və onun dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni tərəflərin, eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X10 cavabdeh X3 qarşı “əmlak və onun dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi xx xxx 2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata qəbul edilmiş, hazırda məhkəmə araşdırması davam etdirilir. 2(005)- 2973/2020 nömrəli mülki iş isə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, 2(005)-2973/2020 nömrəliişhəmin Məhkəmənin icraatında olan iddiaçı X6 cavabdeh X3 qarşı “əmlak və onun dəyərinin alınması” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcədə eyni tərəflərin, eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə 2(005)-2111/2020 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan X1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2973/2020 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan iddiaçı X6 cavabdeh X3 qarşı “əmlak və onun dəyərinin alınması” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2111/2020 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin, birləşdirilmiş iş üzrə 2(005)- 2111/2020 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar