Məhkəmə qərarları › İş №2(005)-2973/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2973/2021

17.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2973/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi doğum haqqında şəhadətnamə dəyişiklik edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bağırova (Mustafayeva) Samirə Qədir qızının xx.xx.1983-cü ildə Ermənistan SSR Yexeqnadzor rayonu Qovuşuq kəndində olmuş, Bağırova (nikaha daxil olduqdan sonra Mustafayeva) Samirə Qədir qızı doğumunun Ermənistan SSR Yexeqnadzor rayonu Qovuşuq kənd sovetliyində qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X5 və ana qrafasında X2 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bağırova (Mustafayeva) Samirə Qədir qızı xx.xx.1983-cü ildə Ermənistan SSR Yexeqnadzor rayonu Qovuşuq kəndində doğulmuş və bu fakt Ermənistan SSR Yexeqnadzor rayonu Qovuşuq kənd sovetliyində qeyd edilmiş və bu barədə ərizəçiyə doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Ərizəçinin atası X5 16 avqust 1956-cı ildə Ermənistan SSR Yexeqnadzor rayonu Qalaser kəndində anadan olmuş və 04.08.2010-cu ildə Bakı şəhərində ölmüşdür. X1 isə 20 noyabr 1961-ci ildə Ermənistan SSR Yexeqnadzor rayonu Qalaser kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. Atasının ölüm haqqında şəhadətnaməsi və anasının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi vardır. Ərizəçinin şəxsiyyətini təsdiq edən digər sənədləri vardır. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat Şöbəsi ərizəçinin doğumunun Ermənistan Respublikasında qeydə alındığından Bakı şəhəri Maraqlı şəxs doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan Ərizəçi 10 iyun 2021-ci il tarixdə ərizənin dəqiqləşdirilməsinə dair müraciət edərək, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında X5 və ana qrafasında X2 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə 23.06.2021-ci il tarixli 1146 saylı məktubu ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını, dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 01 may 2021-ci il tarixli 94 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs yazaraq Sizə bildirir ki, doğum haqqında akt qeydinizin bərpa olunması haqqında ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxanda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Az-İ195729 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X3 və X4 31 yanvar 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Və bu barədə 43 nömrəli akt qeydi tərtib edilmişdir. X4 xx.xx.1983-cü il tarixdə Ermənistan SSR Yexeqnadzor rayonunda doğulmuşdur. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE 09375605 seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X2 20 noyabr 1961-ci il tarixdə Ermənistan SSR Yexeqnadzor rayonunda anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 426113 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X6 03 avqust 2010-cu ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Ermənistan SSR Yexeqnadzor rayonu Qovuşuq kənd soveti tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, 16 avqust 1956-cı ildə Ermənistan SSR Yexeqnadzor rayonu Qalaser kəndində doğulmuş X6 və 20 noyabr 1961ci ildə Ermənistan SSR Yexeqnadzor rayonu Qalaser kəndində doğulmuş X2 28 iyun 1982ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yenə həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğuna görə təmin edilərək, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında X5 və ana qrafasında X2 qeyd olunması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 216-220, 305.1.1, 307.2.3, 308, 311-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında X5 və ana qrafasında X2 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar