Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2978/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Ağayev Anar Kamal oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********94078 olan Nokia 2.1 markalı telefon üçün 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat dəbbə; 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Asus markalı notebook üçün, 2020 (iki min iyirmi) manat ödənilməmiş hissə, 393 (üç yüz doxsan üç) manat dəbbə pulu, ümumilikdə 2511 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, “ABC TELECOM" MMC ilə 09.07.2019-cu il və 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********94078 olan Nokia 2.1 markalı telefon, Asus markalı notebook almış və nəticədə 2511 (iki min beş yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 244 (iki yüz qırx dörd) manat (12 ay x 19 manat + 16 manat ilkin ödəniş) olan İMEİ kodu **********94078 olan Nokia 2.1 markalı telefon üçün ümumilikdə, 98 (doxsan səkkiz) manat olmaqla ondan, 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 709 (yeddiyüz doqquz) manat (24 ay x 101 manat + 305 manat ilkin ödəniş) olan Asus markalı notebook üçün ümumilikdə, 2413 (iki min dörd yüz on üç) manat olmaqla ondan, 2020 (iki min iyirmi) manat ödənilməmiş hissə, 393 (üç yüz doxsan üç) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 877 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 09.07.2019-cu il tarixli, 00770794 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh İMEİ kodu **********94078 **********74078 Nokia 2.1 DS markalı telefon satmışdır. Cavabdeh müqavilə əsasında yaranan alqı-satqı qiyməti ilkin ödəniş daxil olmaqla 244 (iki yüz qırx dörd) manat (12 ay x 19 manat) olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 02.11.2019-cu il tarixli, 01023768 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh X4 markalı noutbuk satmışdır. Cavabdeh müqavilə əsasında yaranan alqı-satqı qiyməti ilkin ödəniş daxil olmaqla 2729 (iki min yeddi yüz iyirmi doqquz) manat (24 ay x 101 manat) olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.11.2013-cü il tarixdə ASAN 1 tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 14239604 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, həmçinin DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. 16.01.2021/2 il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 09.07.2019-cu il və 02.11.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən “Nokia” markalı telefon və “Asus” markalı kompyuter alındığı bildirilmişdir. Lakin müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmişdir. Bu səbəbdən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi və əşyaların tam dəyərini və gecuikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin qısa zamanda ödənilməsi barədə xəbərdar edilmişdir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı qeyd edilmişdir. Maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 2511 (iki min beş yüz on bir) manat borcu mövcuddur. 20 noyabr 2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 09.07.2019-cu il tarixli, 00770794 nömrəli müqavilə üzrə maliyyə arayışında alqısatqı qiyməti 244 (iki yiiz qırx dörd) manat olmaqla, 76 (yetmiş altı) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat dəbbə pulu; 02.11.2019-cu il tarixli, 01023768 nömrəli müqavilə üzrə maliyyə arayışında alqı-satqı qiyməti 2729 (iki minyeddi yüz iyirmi doqquz) manat olmaqla ondan, 2020 (iki min iyirmi) manat ödənilməmiş hissə, 393 (üç yüz doxsan üç) manat dəbbə pulu təşkil edir. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyesterinə daxil edilmiş məlumatlaradan görünür ki, iddiaçının hüquqi ünvanı ünvan 2ərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 09.07.2019-cu il tarixli, 00770794 nömrəli və 02.11.2019-cu il tarixli, 01023768 nömrəli müqavilələrin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilələr üzrə əsas borcu 2096 (iki min doxsan altı) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 02.11.2019-cu il tarixli, 01023768 nömrəli müqavilə üzrə 2020 (iki min iyirmi) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 393 (üç yüz dosan üç) manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 28 (iyirmi səkkiz) manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 09.07.2019-cu il tarixli, 00770794 nömrəli müqaviləyə əsasən 76 (yetmiş altı) manat məbləğində ödənillməmiş əsas borc, 22 (iyirmi iki) manat məbləğində cərimə və 02.11.2019-cu il tarixli, 01023768 nömrəli müqaviləyə əsasən 2020 (iki min iyirmi) manat ödənillməmiş əsas borc, 28 (iyirmi səkkiz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2146 (iki min yüz qırx altı) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09.07.2019-cu il tarixli, 00770794 nömrəli müqaviləyə əsasən 76 (yetmiş altı) manat məbləğində ödənillməmiş əsas borc, 22 (iyirmi iki) manat məbləğində cərimə və 02.11.2019-cu il tarixli, 01023768 nömrəli müqaviləyə əsasən 2020 (iki min iyirmi) manat ödənillməmiş əsas borc, 28 (iyirmi səkkiz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2146 (iki min yüz qırx altı) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2978/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2978/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver