Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2984/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Marvin yataq dəsti, Bellissa-Gusto yumşaq dəsti, Uretan Doshek üçün 1883 (min səkkiz yüz səksən üç) manat ödənilməmiş hissə, 522 (beş yüz iyirmi iki) manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Bellissa-Gusto yumşaq dəsti üçün 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********05336 olan Xiaomi Redmi S2 markalı telefon üçün 337 (üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV və Sonorous Surefix asqı üçün 513 (beş yüz on üç) manat ödənilməmiş hissə, 121 (yüz iyirmi bir) manat dəbbə, ümumilikdə 3680 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3710 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, Marvin yataq dəsti, Bellissa-Gusto yumşaq dəsti, Uretan Doshek, Bellissa-Gusto yumşaq dəsti, İMEİ kodu **********05336 olan Xiaomi Redmi S2 markalı telefon, HOFFMANN LED TV və Sonorous Surefix asqı almış və nəticədə 3680 (üç min altı yüz səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3216 (üç min iki yüz on altı) manat (24 ay x 134 manat + 0 manat ilkin ödəniş) Marvin yataq dəsti, Bellissa- Gusto yumşaq dəsti, Uretan Doshek üçün ümumilikdə. 2405 (iki min dörd yüz beş) manat olmaqla ondan, 1883 (min səkkiz yüz səksən üç) manat ödənilməmiş hissə, 522 (beş yüz iyirmi iki) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (24 ay x 19 manat + 0 manat ilkin ödəniş) Bellissa-Gusto yumşaq dəsti üçün ümumilikdə, 204 (iki yüz dörd) manat olmaqla ondan, 170 (yüz yetmiş) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (12 ay x 48 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********05336 olan Xiaomi Redmi S2 markalı telefon üçün ümumilikdə, 437 (dörd yüz otuz yeddi) manat olmaqla ondan, 337 (üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (24 ay x 0 manat - 0 manat ilkin ödəniş) HOFFMANN LED TV və Sonorous Surefix asqı üçün ümumilikdə, 634 (altı yüz otuz dörd) manat olmaqla ondan, 513 (beş yüz on üç) manat ödənilməmiş hissə, 121 (yüz iyirmi bir) manat dəbbə, cavabdeh. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV-ə olan borc öhdəliyini yerin yetirmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1993 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, K00252711 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 3216 manat olan Marvin yataq dəstini, Bellissa-Gusto yumşaq dəstini, Uretan Doshek dəstini almış və 24 ay müddətinə ayda 134 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00349358 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 456 manat olan Bellissa-Gusto yumşaq dəsti almış və 24 ay müddətinə ayda 19 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00349320 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 576 manat olan Xiaomi Redmi S2 markalı telefonu almış və 12 ay müddətinə ayda 48 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00393255 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 648 manat olan HOFFMANN LED TV və Sonorous Surefix markalı asqını almış və 24 ay müddətinə ayda 27 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli əşyanın təhvil-təslim aktlarına əsasən HOFFMANN LED TV və Sonorous Surefix, Xiaomi Redmi S2 markalı telefon, Marvin yataq dəst, 2 ədəd Bellissa-Gusto yumşaq dəst, Uretan Doshek dəst Cavabdeh təhvil verilmişdir; “xxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən “xxxxxxxxxxx” MMC-dən HOFFMANN LED TV və Sonorous Surefix, Xiaomi Redmi S2 markalı telefon, Marvin yataq dəst, 2 ədəd Bellissa-Gusto yumşaq dəst, Uretan Doshek dəst almışdır. Cavabdeh bu günə kimi 1993 manat ödəmiş, xx.xx.2020-ci il tarixə cavabdehin cəmiyyətə 2903 manat məbləğində ödənilməmiş əsas borcu, 777 manat dəbbə pulu borcu, cəmi 3680 manat borcu vardır; “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqavilələri üzrə öhdəliyini yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-dən qiyməti 3216 manat olan Marvin yataq dəsti, Bellissa-Gusto yumşaq dəsti, Uretan Doshek, Bellissa-Gusto yumşaq dəst 24 ay müddətinə hər ay 134 manat aylıq ödəniş etməyi, qiyməti 456 manat olan Bellissa-Gusto yumşaq dəsti 24 ay müddətinə 19 manat aylıq ödəniş etməyi, qiyməti 576 olan Xiaomi Redmi S2 markalı telefonu 12 ay müddətinə hər ay 48 manat aylıq ödəniş etməyi, qiyməti 648 manat olan HOFFMANN LED TV və Sonorous Surefix markalı asqını 24 ay müddətinə hər ay 27 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 3.3-cü bəndi). İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixinə onun 2903 manat məbləğində əsas, 777 manat məbləğində cərimə, cəmi 3680 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənilməsini təsdiq edən sənəd mövcud deyil. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 25. xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə yaranmış cəmi 1951 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 777 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə hesablanmış 522 manat, 34 manat, 100 manat, 121 manat məbləğində cərimə əsas borclara məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 150 manat, 17 manat, 30 manat və 50 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə cəmi 3150 manat (üç min yüz əlli) məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 1883(bir min səkkiz yüz səksən üç)manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat dəbbə, 170 (yüz yetmiş)manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 337 (üç yüz otuz yeddi)manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə, 513 (beş yüz on üç) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə, cəmi 3150 manat (üç min yüz əlli) məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2984/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2984/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver