Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2995/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsini və Azərbaycan Respublikası Dövlət Arxivini maraqlı şəxs kimi cəlb edilməklə “doğum akt qeydinin bərpası” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum akt qeydinin bərpası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.1933-cü ildə Azərbaycan SSR Bakı şəhərində anadan olması barədə doğumunun qeydə edilmə faktını müəyyən edilərək onun doğum akt qeydi bərpa edilsin və doğum akt qeydinin ata qrafasında 1908-ci il təvəllüdlü X19 (milliyyəti alman) ata qrafasında -1911 -ci il təvəllüdlü X6 (milliyyəti alman) olması faktı qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Xalq X17 xx.xx.1941-ci il tarixli qərarına əsasən, alman millətinə mənsub olduğuna görə babası- X19 ailəsi ilə birlikdə (nənəsi, atası, bibisi və s) Bakı şəhərindən sürgün edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 214 saylı qərarına əsasən, sürgün olunmuş alman millətindən olan şəxslərə bəraət verilmişdir. X2 1933-cü ildə Bakı şəhərində (Sabunçu rayonunda) anadan olmuşdur. Onun pasportunda doğum yeri Bakı şəhəri, doğum tarixi isə xx.xx.1933-cü il olaraq göstərilmişdir. Atası xx.xx.1997-ci il tarixdə Novosibirsk şəhərində vəfat etmişdir. Digər ölkələrdə yaşayan alman əsilli şəxslər Almaniyaya köçüb bu ölkənin vətəndaşlığını almaq hüququna malikdirlər. Bunun üçün onlar alman kökənli olma faktını sübut etməlidirlər. Bu fakı bir qayda olaraq, ərizəçilərin atasının və babasının alman kökənli olmasını əks edən sənədlərlə təsdiq edilir. Rusiya Federasiyasında yaşayan alman əsilli şəxs olaraq. Almaniyaya köçüb bu ölkənin vətəndaşlığını almaq hüquqdan istifadə etmək üçün digər sənədlərlə yanaşı atasının doğum haqqında şəhadətnaməsini və ya buna dair arayışı da təqdim etməlidir. Bu sənəd alman millətinə mənsub X11 ərizəçinin atasının atası, ərizəçinin isə babası olmasının, habelə ərizəçinin alman əsilli olmağını təsdiq edəcək. X1 1933-cü ilə Bakı şəhərində alman millətinə mənsub atası- 1908-ci il təvəllüdlü X19 və anası-1911-ci il təvəllüdlü X3 doğulduğuna dair şəhadətnamə və ya arayışı təqdim edə bilməsə digər ölkədə yaşayan alman əsilli şəxs olaraq Almaniyaya köçüb bu ölkənin vətəndaşlığını almaq hüququndan məhrum olacaq. Bu hüququnu həyata keçirmək üçün topladığı sənədlərin içində atasının doğum haqqında şəhadətnaməsi olmadığına görə, onu əldə etmək məqsədi ilə Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət AR Dövlət Arxivi xx.xx.2020-ci il tarixli DA-00417-2020 saylı məktubunda qeyd etmişdir ki, 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu, Sabunçu kənd və qismən qəbul edilmiş Zabrat qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Göründüyü kimi AR X26 qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabları tamlıqla mövcud deyil. Bu isə bir daha sübut edir ki. X5 təvəllüdü doğum haqqında qeydiyyat kitablarında mövcud olmuş, lakin bu kitabların bir hissəsi məhv olduğuna görə o qeydləri də hazırda tapmaq mümkün deyil. Digər sənədlərdə atasının 1933-cü ildə Bakı şəhərində (Sabunçu rayonunda) anadan olmasının qeyd olunduğunu nəzərə alaraq atasının doğumu haqqında aktın itirilmiş qeydinin bərpası üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdi. Nərimanov rayon qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixli, 77 saylı məktubunda zəruri sənədlərin olmadığı üçün doğum akt qeydinin bərpa edilməsindən imtina edərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Göründüyü kimi Atası- X5 həqiqətən 1933cü ilə Bakı şəhərində anadan olmasını təsdiq edən kifayət qədər sübutların mövcud olmasına baxmayaraq, qeydiyyat şöbəsi atasının doğumu haqqında aktın itirilmiş qeydlərini bərpa etməkdən imtina etdiyi üçün atasının doğumunun qeydə edilmə faktının yalnız məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Belə ki, AR Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli. №DA-00417-2020 saylı məktubundan məlum olur ki. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yanında notariat və vətəndaşlıq vəziyyətləri aktları idarəsi" arxiv fondunda mühafizə edilən sənədlərində 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu, Sabunçu kənd və qismən qəbul edilmiş Zabrat qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat yoxdur. AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ei il tarixli. 0İ2-İ882M- 3221 saylı Arxiv arayışından məlum olur ki. Azərbaycan SSR Xalq X17 xx.xx.1941-ci il tarixli qərarına əsasən, alman millətinə mənsub olduğuna görə babası - 1908-ci il təvəllüdlü X19, nənəsi- 1911-ci il təvəllüdlü X6. atası- 1933-cü təvəllüdlü X12, bibisi- 1935-ci il təvəllüdlü X20 və atasının iki xalası birlikdə Bakı şəhərindən Qazaxıstan Respublikasına sürgün edilmişlər. Novosibirsk vilayəti üzrə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, İO/B-8/p saylı Arxiv arayışından məlum olur ki, alman millətinə mənsub babası X19 1908-ci ildə Bakı şəhəri, Sabunçuda anadan olmuşdur. xx.xx.1949-cu il tarixə onun ailəsi aşağıdakı tərkibdə olmuşdur: Həyat yoldaşı (nənəsi)- 1911-ci il təvəllüdlü X6. Oğlu (atası)- 1933-cü təvəllüdlü X12. Qızı (bibisi)- 1935-ci il təvəllüdlü X21. Oğlu (əmisi)- 1942-ci il təvəllüdlü X13, Qızı (bibisi)- 1947-ci il təvəllüdlü X16. Novosibirsk vilayəti üzrə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 10/E-8/p saylı Arxiv arayışından məlum olur ki, alman millətinə mənsub nənəsi X6 1911-ci ildə Bakı şəhəri, Lenin rayonu, 10-cu mədən, Trest, Lenin, neftdə anadan olmuşdur. xx.xx.1949-cu il tarixə onun ailəsi aşağıdakı tərkibdə olmuşdur: Həyat yoldaşı (babası)- 1908-ci il təvəllüdlü X19. Oğlu (atası)- 1933-cü təvəllüdlü X12. Qızı (bibisi)- 1935-ci il təvəllüdlü X20. Oğlu (əmisi)- 1942-ci il təvəllüdlü X13 Qızı (bibisi)- 1947-ci il təvəllüdlü X16. Bundan başqa, bibisi- X14 X30 Komisarlığından verilmiş xx.xx.1935-ci il tarixli 1248 saylı təvəllüd haqqında şəhadətnamədən müəyyən olunur ki, atası X19, anası X4maqla o xx.xx.1935-ci ildə Bakı şəhəri (Sabunçu) Zabratda anadan olmuşdur. Bundan başqa, bibisi- X7 X30 Komisarlığından verilmiş xx.xx.1947-ci il tarixli İ-E №043624 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, atası X19, anası X4maqla o xx.xx.1947-ci ildə Novosibirsk şəhərində anadan olmuşdur. Bibisi - X16 doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətini əlavə edərək məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində aşağıdakıları qeyd etmişdir: "Mən X18 (evlilikdan avval X16). Rusiya Federasiyasının Sovosibirsk şaharinda xx.xx.1947 anadan olmuşam. Hal-hazırda mən Rusiya Federasiyası, Sovosibirsk şəhərinin, Sibiryakov- Qvardeysev küçasinin 28 nömrali evin 3eu manzilinda yaşayıram. Baxılan işla əlaqədar bildirmək va təsdiq etmak istardim ki. uşağıda qeyd olunan bütün aila üzvlarim Azərbaycan SSR-in Bakı şaharinda anadan olub va istinaddan avval Bakı şaharinin Sabunçu rayonunun Zabratda yerlaşan evlarinda yaşayırdılar. Beh ki, atam X19 1908-ci ildə Bakı şaharinda anadan olub, anam X6 1911-ci ildə Bakı şəhərində, qardaşım X12 xx.xx.1933-cü ildə Bakı şəhərində. X28 Aleksandrovna xx.xx.1935-ci il də həmçinin Bakı şaharinda anadan olub. Lakin onların alman milliyyətinə mənsubluğu ilə alaqadar hamısı ata. ana. qardaş, bacı, elaca da iki xalam X8 va X22 Azərbaycan SSR-in X17 xx.xx.1941ci ildə olan qərarı ilə prosesdə iştirak edə bilmirəm. Bununla əlaqədar yuxarıda qeyd olunan faktları nazara olmağınızı xahiş ediram. Hörmətlə, X18. Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubundan görünür ki, Bakı 2 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 06 oktyabr 2020-ci il tarixli ərizəyə cavab olaraq bildiririk ki. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən sənədlərində 1933-cü ilə dair Bakı şəhən Lenin (Sabunçu) rayonu. Sabunçu kəndi və qismən qəbul edilmiş Zabrat qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Nərimanov rayon qeydiyyat şöbəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 13-cü bəndinin tələbinin uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arxiv arayışından görünür ki, verilir ondan ötrü ki, həqiqətən 1908-ci il təvəllüdlü X19 ailəsi ilə birlikdə Azərbaycan SSR Xalq X17 10 oktyabr 1941-ci il tarixli qərarına əsasən alman millətinə mənsub olduğuna görə Bakı şəhərindən Qazaxstan Respublikasına sürgün edilmişdir. Sürgün edilən zamanı ailə tərkibi: həyat yoldaşı -1911-ci il təvəllüdlü X6, oğlu - 1933-cü il təvəllüdlü X12, qızı - 1935-ci il təvəllüdlü X20, baldızı - 1908-ci il təvəllüdlü X8, baldızı - 1906-cı il təvəllüdlü X23 (sənəddə olduğu kimi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyul 1991-ci il tarixli 214 №-li qərarına əsasən sürgün olunmuş alman millətindən olan şəxslərə bəraət verilmişdir. İş materiallarında olan Novosibirsk vilayəti üzrə olan Rusiya Federasiyasının DİN Bİ İnformasiya mərkəzinin xx.xx.2021-ci il tarixli arxiv arayışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X19, 1908-ci il, doğurduğu yer- Baki şəhəri, Sabunçu (işdə belə qeyd olunub), milliyəti almandır. Alman milliyətinin nümayindəsi kimi SSRİ X25 xx.xx.1941-dən olan qərarına əsasən 1941 ci ildə Baki şəhərindən çıxardılıb, 1941-ci ildən 1942 ilə qədər Novosibirsk vilayətinin Tolquçinsk rayonunda xüsusi yaşayış məntəqəsində olmuşdur, 1942 ildən 1946 ilə kimi - X31 Sosialist Respublikasının Vorkuta şəhərində əmək ordusunda, 1946 ildən 1956 ilin 7 yanvarına kimi -Novosibirsk şəhərində.SSRİ X32 Heyətinin xx.xx.1955 ildən olan fərmanı əsasında xüsusi yaşayış məntəqəsinin uçotundan çıxardılıb. xx.xx.1949-cu il anketində uçotda olan və birgə yaşayan ailə tərkibi qeyd olunub. arvad X9, 1911 d.t. oğul X12, 1933 d.t. qızı X20, 1935 d.t. oğlu X13, 1942 d.t qızı X16, 1947 d.t. Əsas: 28 sayılı fond, 25398-56r sayılı arxiv işi İş materiallarında olan Novosibirsk vilayəti administrasiyasının Daxili İşlər İdarəsinin Reabilitasiya haqqında arayışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, verilir ondan ötrü ki, 1933-cü il təvəllüdlü, Bakı şəhərində anadan olan X12 SSRİ ASRHnin 28 avqust 1941-ci il tarixli Fərmanı ilə Bakı şəhərindən alman milliyyətli şəxs kimi Novosibirsk vilayətinə sürgün edilib və 1941-ci ilin oktyabr ayından 9 dekabr 1954-cü ilədək Novosibirsk şəhərində xüsusi qəsəbədə olub. 18 oktyabr 1991-ci il tarixli "Siyasi represiyaların qurbanı olanların reabilitasiyası haqqında” RSFSR Qanunun 3-cü mad. "v” bəndinə əsasən Ərizəçi reabilitasiya olunub. Əsas: uçotdan çıxarılma SSRİ DİN-nin xx.xx.1954-cü il tarixli əmri Arxiv İş materiallarında olan Novosibirsk vilayəti xalq deputatlar sovetinin icraiyyə komitəsinin Daxili İşlər İdarəsinin Arxiv arayışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Verilir ondan ötrü ki, 1933-cü il təvəllüdlü. Bakı şəhərində anadan olan X12 SSRİ ASRH-nin 28 avqust 1941-ci il tarixli Fərmanı ilə Bakı şəhərindən alman milliyyətli şəxs kimi Novosibirsk vilayətinə sürgün edilib və 1941-ci ilin oktyabr ayından 9 dekabr 1954-cü ilədək Novosibirsk şəhərində xüsusi qəsəbədə olub. Əsas: uçotdan çıxarılma SSRİ DİN-nin xx.xx.1954-cü il tarixli əmri Arxiv işi № 129 İş materiallarında olan İİ-UE № 721881 saylı xx.xx.1970-ci il tarixdə verilmiş Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.1970-ci ildə RSFSR Novosibirsk vilayətində doğulmuş və bu barədədoğum akt qeydləri kitabında xx.xx.1970-ci il tarixində 3265 № ilə qeyd edilmişdir. X27 Aleksandroviç, anası X24. İş materiallarında olan SSSR-yə məxsus 43№3534048 seriya nömrəli pasportun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.1933-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan İ-ET № 410021 saylı xx.xx.1997-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.1997-ci il tarixdə Novosibirsk şəhərində ürək iskemindən ölmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X12 xx.xx.1933-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi X15 xx.xx.1970-ci ildə RSFSR Novosibirsk vilayətində doğulmuşdur. X27 Aleksandroviç, anası X24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arxiv arayışına əsasən 1908-ci il təvəllüdlü X19 ailəsi ilə birlikdə Azərbaycan SSR Xalq X17 10 oktyabr 1941-ci il tarixli qərarına əsasən alman millətinə mənsub olduğuna görə Bakı şəhərindən Qazaxstan Respublikasına sürgün edilmişdir. Sürgün edilən zamanı ailə tərkibi: həyat yoldaşı -1911-ci il təvəllüdlü X6, oğlu - 1933-cü il təvəllüdlü X12, qızı - 1935ci il təvəllüdlü X20, baldızı - 1908-ci il təvəllüdlü X8, baldızı - 1906-cı il təvəllüdlü X23 (sənəddə olduğu kimi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyul 1991-ci il tarixli 214 №-li qərarına əsasən sürgün olunmuş alman millətindən olan şəxslərə bəraət verilmişdir. Novosibirsk vilayəti üzrə olan Rusiya Federasiyasının DİN Bİ İnformasiya mərkəzinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən X19, 1908-ci il, doğurduğu yer- Baki şəhəri, Sabunçu (işdə belə qeyd olunub), milliyəti almandır. Alman milliyətinin nümayindəsi kimi SSRİ X25 xx.xx.1941-dən olan qərarına əsasən 1941 ci ildə Baki şəhərindən çıxardılıb, 1941-ci ildən 1942 ilə qədər Novosibirsk vilayətinin Tolquçinsk rayonunda xüsusi yaşayış məntəqəsində olmuşdur, 1942 ildən 1946 ilə kimi - X31 Sosialist Respublikasının Vorkuta şəhərində əmək ordusunda, 1946 ildən 1956 ilin 7 yanvarına kimi -Novosibirsk şəhərində.SSRİ X32 Heyətinin xx.xx.1955 ildən olan fərmanı əsasında xüsusi yaşayış məntəqəsinin uçotundan çıxardılıb. xx.xx.1949-cu il anketində uçotda olan və birgə yaşayan ailə tərkibi qeyd olunub. arvad X9, 1911 d.t. oğul X12, 1933 d.t. qızı X20, 1935 d.t. oğlu X13, 1942 d.t qızı X16, 1947 d.t. Novosibirsk vilayəti administrasiyasının Daxili İşlər İdarəsinin Reabilitasiya haqqında arayışına əsasən 1933cü il təvəllüdlü, Bakı şəhərində anadan olan X12 SSRİ ASRH-nin 28 avqust 1941-ci il tarixli Fərmanı ilə Bakı şəhərindən alman milliyyətli şəxs kimi Novosibirsk vilayətinə sürgün edilib və 1941-ci ilin oktyabr ayından 9 dekabr 1954-cü ilədək Novosibirsk şəhərində xüsusi qəsəbədə olub. 18 oktyabr 1991-ci il tarixli "Siyasi represiyaların qurbanı olanların reabilitasiyası haqqında” RSFSR Qanunun 3-cü mad. "v” bəndinə əsasən Ərizəçi reabilitasiya olunub. Novosibirsk vilayəti xalq deputatlar sovetinin icraiyyə komitəsinin Daxili İşlər İdarəsinin Arxiv arayışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, verilir ondan ötrü ki, 1933-cü il təvəllüdlü. Bakı şəhərində anadan olan X12 SSRİ ASRHnin 28 avqust 1941-ci il tarixli Fərmanı ilə Bakı şəhərindən alman milliyyətli şəxs kimi Novosibirsk vilayətinə sürgün edilib və 1941-ci ilin oktyabr ayından 9 dekabr 1954-cü ilədək Novosibirsk şəhərində xüsusi qəsəbədə olub. Ərizəçinin atası ölmüş, onun doğum haqqında şəhadətnaməsi sürgündə olduqlarından itirmiş, bununla bağlımüvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən ona doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi atası X5 xx.xx.1933-cü il tarixdə Azərbaycan SSR-nin Bakı şəhərində anadan olması barədə doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamənin “ata” qrafasında 1908ci il təvəllüdlü X19, milliyyəti alman, “ana” qrafasında 1911-ci il təvəllüdlü X6, milliyyəti alman qeyd edilməli, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.1933-cü il tarixdə Azərbaycan SSR-nin Bakı şəhərində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında 1908-ci il təvəllüdlü X19, milliyyəti qrafasında "alman", “ana” qrafasında 1911-ci il təvəllüdlü X6, milliyyəti qrafasında "alman" qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2995/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2995/2022
19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver