Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2997/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı uşaqları 14.07.2015-ci il təvəllüdlü X9 və 01.02.2017-ci il təvəllüdlü X7 İddiaçı Əli qızının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 23.12.2004-cü il tarixdən xüsusi mülkiyyət kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir və hal-hazırda da onun mülkiyyətindədir. Cavabdeh onun həyat yoldaşı X3 başqa qadınla olan nikahından doğulmuş uşağıdır, onunla isə heç bir qohumluq əlaqələri yoxdur. Həyat yoldaşı ondan oğlu X3 Bakı şəhərində qeydiyyata düşməyə ünvanı olmadığından, müvəqqəti olaraq iddiaçının onu xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata düşməsinə razılıq verməyini xahiş etmiş və o cavabdehin müvəqqəti ona məxsus evə qeydiyyata düşməsinə razılıq vermişdir. Lakin cavabdeh mənzilə qeydiyyata düşdüyü vaxtdan 1 il ona məxsus mənzildə yaşasa da, 2011-ci ildə özünə məxsus bütün əşyalarını da götürərək, ona məxsus mənzili tərk edərək getmiş və bir daha geri qayıtmamışdır. 2010-cu ildən bugünkü günədək cavabdeh bir gün belə ona məxsus mənzildə yaşamamışdır. Cavabdeh 05 yanvar 2015-ci il tarixdə X14 ilə rəsmi nikah daxil olmaqla ailə qurmuş və birgə nikahlarından 14.07.2015-ci il təvəllüdlü X9 və 01.02.2017-ci il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Həmin azyaşlı uşaqlar da onun razılığı və icazəsi olmadan iddiaçının xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşlər. Cavabdehin ailə üzvləri ilə birlikdə yaşamaları üçün şəxsi evləri vardır, lakin evin çıxarışı olmadığından ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Cavabdeh 11 ildən artıq müddətdir, özünə məxsus evi vardır. Hal-hazırda cavabdehin mübahisəli mənzildə heç bir əmlakı yoxdur. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması səbəbindən mülkiyyətçi olaraq mənzil üzərində sərbəst sərəncam verə bilmir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, Cavabdeh yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malik ailə üzvi olmadığından və onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etməsi qanunun müddəalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülkiyyətçinin razılığı ilə şərtləndirildiyindən, mülkiyyətçi İddiaçı Əli qızının isə belə razılığı olmadığından, Cavabdeh və azyaşlı uşaqları 14.07.2015-ci il təvəllüdlü X9 və 01.02.2017-ci il təvəllüdlü X7 İddiaçı Əli qızına məxsus evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası təmin olunmalıdır. Daha sonra İddiaçı Əli qızı 16.07.2021-ci il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmə iclası 27 iyul 2021-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını, Cavabdeh və onun azyaşlı uşaqları 14.07.2015-ci il təvəllüdlü X9 və 01.02.2017-ci il təvəllüdlü X7 İddiaçı Əli qızının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 219545 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzili İddiaçı mülkiyyətdindədir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 04.05.2021-ci il tarixdə verilmiş ******* №-li arayışından görünür ki, ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzildə X9, X10, X15, X8, X11 qeydiyyatdadırlar. 4 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat Şöbəsi tərəfindən 20 may 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 955117 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki X15 01.02.2017-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2968 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X4r; 4 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat Şöbəsi tərəfindən 28 avqust 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 606189 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki X9 14.07.2015-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5545 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X4r; 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən 05 yanvar 2015-ci il tarixdə verilmiş verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X14 arasında 05.01.2015-ci il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə 05.01.2015-ci il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışdan görünür ki, ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1360öz nömrəli reyestr kitabının 204254 nömrəli vərəqində qeydiyyata alınmışdır. 35 saylı MKİS-in 18.05.2021-ci il tarixli 35/327 №-li arayışdan görünür ki, İddiaçı ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzildə pasport qeydiyyatındadır. Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq yaşamır. ünvan 350 № ilə qeyd edilmiş X12 və X2 ərizəsindən görünür ki, qonşular olaraq bildirirlər ki, Cavabdeh, İddiaçı məxsus ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzil ünvanında qeydiyyatda olsa da yaşamır. Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən 09 mart 1990-cı il tarixdə verilmiş verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X5 qızı arasında 09.03.1990-cı il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 274 nömrə ilə 09.03.1990-ci il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 20.05.2021-ci il tarixli məktubdan görünür ki, sorğu edilmiş xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh 30.06.2005-ci tarixdən 19.01.2021-ci il tarixədək ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzildə qeydiyyatdadır. Gürcüstan Res. Mmanisi qeydiyyat şöbəsi tərəfindən 01.09.1991-ci il tarixdə verilmiş X-Tİ seriyalı 389531 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki Cavabdeh xx.xx.1988-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmişdir. X1, anası X6r; Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən edildi ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzilinin sahibi İddiaçıdır. Cavabdeh mülkiyyətçinin ailə üzvü deyil və ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzilində qeydiyyatdadır. Lakin, cavabdeh uzun müddətdir ki, həmin evdə yaşamır və daimi yaşamaq üçün başqa yaşayış yerinə getmişdir. Cavabdehin hər hansı hüquqi əsas olmadan İddiaçı məxsus evdə qeydiyyatda qalması evin sahibinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh şəxsin mübahisəli mənzildən daimi olaraq çıxıb getməsi və yaşamaq üçün faktiki olaraq geri dönməməsi onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getdiyini təsdiq edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzilində qeydiyyatda olsa da, onun həmin mənzildən daimi olaraq köçməsi və başqa yaşayış sahəsində yaşaması öz təsdiqini tapdığından cavabdeh şəxsin və onun azyaşlı uşaqlarının mübahisəli evə olan istifadə hüquqlarının itirilməsinə dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslaandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və onun azyaşlı uşaqları 14.07.2015-ci il təvəllüdlü X9 və 01.02.2017-ci il təvəllüdlü X7 ünvan 4anov rayonu, Atatürk prospekti 37 nömrəli evin 117 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2997/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2997/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver